20 illik milyarder ərindən boşandı, özünə yeni sevgili tapdı...
Məşhur ukraynalı müğənni Kamaliya, 20 il evli olduğu Pakistan əsilli milyarder Məhəmməd Zahurdan boşandıqdan sonra yeni münasibətə başlayıb. Bu barədə ukraynalı müğənni özü açıqlama yayıb: "Elə bir an gəlir ki, parlayırsan. O insanı hər zaman görmək, onunla vaxt keçirmək, onun üçün nəsə etmək istəyirsən. Əvvəlcə hər kəs aşiq olur, amma sevgi yalnız iki və ya üç illik münasibətdən sonra öyrənilir".
Kamaliya sevgilisinin kimliyini açıqlamayıb. O, bu münasibətin uzun olub-olmayacağını hələlik bilmədiyini əlavə edib.
Mətləb