Velosiped sürdüyü yerdə Paşinyana it sürüsü hücum edib...
Ermənistanın Şirak bölgəsinə səfər edən baş nazir Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə Şirak bölgəsinin mərkəzi hesab edilən Gümrü şəhərində baş verib.
Ermənistan mediası yazır ki, Paşinyan şəhərdə velosiped sürərkən itlərin hücumuna məruz qalıb.
Şəhər sakinlərindən biri Hraparak.am-a bildirib ki, bütün Gümrü, Paşinyan Slobodka məhəlləsində velosiped sürərkən ona və mühafizəçilərinə bir sürü sahibsiz itin hücumundan danışır. Bildirilir Paşinyan və cangüdənləri panika içində ərazidən qaçıblar.
Paşinyan özü də Gümrü küçələrində velosiped sürməsinin videosunu yayıb. Videoda itlərin hürməsi də eşidilir.
TAHİR