Maya Sandu prezident seçkilərində liderlik edir
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu prezident seçkilərində liderlik edir. Bunu Moldova Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,16 %-i işləndikdən sonra açıqlayıb. Məlumatda deyilir ki, M. Sandu 41,53 faizlik nəticə ilə liderdir.
Onun ardınca 29 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo gəlir. Qalib seçicilərin yarısından çoxunun səsini toplamalıdır. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.
Mətləb