İşə düzəltmək adı ilə 36 min manatı ələ keçirən şəxs saxlandı
Abşeronda işə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında etibarından sui-istifadə edərək, 36000 manatını dələduzluq yolu ilə ələ keçirən 58 yaşlı E.Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
ZÜMRÜD