Narkotikin təsiri altında avtomobil idarə edən Astara sakini həbs olundu
İdarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyənləşib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.
ZÜMRÜD