KÖHNƏ VERSİYA            

Ermənistan parlamentində "Arsaxın irsi" mövzusunda müzakirə boykot olundu...

Image

Faiq Ələkbərli: “Paşinyan hökuməti işin ciddiliyini anlayır və bilir ki, bu cür saxtakarlıqlarla, qeyri-real məsələlərlə, miflərlə irəli gedə bilməyəcəklər” 

 Ermənilər “Arsax irsi” uydurmasından heç cür əl çəkmək istəmirlər. Guya ki, Qarabağda erməni irsi var imiş. Hansı “irsdən” danışırlar, özləri də bilmirlər. Gah “Qarabağın xristian irsinin məhv edildiyini”, gah da “erməni irsinin dağıdıldığını” iddia edirlər. Anlamırlar ki, Qarabağın xristian irsinin onlara heç bir aidiyyəti yoxdur, digər tərəfdən də, o irs onlara məxsus olsaydı onlara qarşı saxtalaşdırma aktları həyata keçirməzdilər, işlərinə yaramayanları dağıtmazdılar. Bu gün Ermənistanda bir qrup var ki, əsassız olaraq Azərbaycanı hədəfə alır və  bizi “erməni irsini dağıtmaqda” ittiham edir.    

Ermənistan hakimiyyəti də, müxalifəti də bir qayda olaraq Qarabağdan könüllü getmiş ermənilərdən ciddi şəkildə sui-istifadə edib özlərinə xal qazanmaq istəyir. Bu öz yerində, amma  bəzi məsələlər də var ki, orada ortaq məxrəcə gələ bilmirlər. Məsələn,   

oktyabrın 18-də Ermənistan parlamentində  müxalifətçi deputatların təşəbbüsü ilə “Bakı Arsaxın tarixi və mədəni irsini məhv edir” mövzusunda keçirilən absurd müzakirəyə Ermənistan hökumətinin rəsmiləri qatılmaqdan imtina edib. 

Saxta ittihamlar və əsassız iddiaların əks olunduğu iclasın təşəbbüskarlardan biri, Ermənistan paralamentinin müstəqil deputatı Taquhi Tovmasyan qeyd edib ki, iclasa Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Təhsil, Elm, Mədəniyyət və Mədəniyyət nazirliklərinin nümayəndələri dəvət edilib. “Amma ilk iki şöbənin nümayəndələri dərhal iştirakdan imtina etdilər, Təhsil və Elm Nazirliyinin nümayəndələri əvvəlcə razılaşdılar, lakin sonra iclasın başlamasına bir saat qalmış gəlməyəcəklərini bildirdilər. Bu o deməkdir ki, hər ehtimala qarşı müxalifət deputatlarının çağırdığı müzakirəyə qatılmamaq üçün siyasi sifariş var. Amma biz üzülmürük, onlarsız müzakirə edəcəyik, müraciətimizi beynəlxalq aləmə göndərəcəyik, Ermənistan hökumətinin səlahiyyətinə aid olan bütün problemləri qeydə alacağıq və onların həllində ardıcıllıq nümayiş etdirəcəyik”, - deyə Tovmasyan bildirib. 

Ermənistanın rəsmi qurumlarının boykot etdiyi iclasda artıq tarixdən silinən və onların diriltmək istədiyi “Artsax hökumətinin üzvləri və mədəniyyət sahəsinin nümayəndələri”, erməni Qriqoryan kilsəsinin “Arsax yeparxiyasının” “rəhbəri”, “yepiskop” Vrtanes Abrahamyan, BMT-nin İrəvan ofisinin və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirliklərinin nümayəndələri iştirak edib. 

Müxalif “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan deyib ki, hökumət strukturlarının nümayəndələrinin bu müzakirədə iştirakdan imtina etməsi təkcə müxalifətin təşəbbüsü ilə keçirilən dinləmələrlə bağlı demarş deyil, həm də Ermənistana bir mesajdır ki, bir dövlət, ümumiyyətlə, “Artsaxda” “tarixi və mədəni dəyərlərin” “qorunub saxlanması məsələsi ilə məşğul olmur, bu məsələni prioritet hesab etmir.

Guya Qarabağda onların “tarixi-mədəni dəyərləri” varmış (?). 

“…Ermənistanın bugünkü və gələcək varlığı  məhz bu qondarmalıqdan, saxtakarlıqdan əl çəkməkdən keçir”

Bu qondarma mövzu üzrə iclasın keçirilməsində iştirakdan  Ermənistan hökumətinin nümayəndələrinin imtina etməsi, onu boykot etməsinə münasibət bildirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli baki-xeber.com-a dedi ki, görünür, artıq Ermənistan hökuməti reallığı qəbul edir və bu kimi qondarma tədbirlərin sülh prosesinə mane olduğunun fərqindədir. “Bu qondarma tədbiri hökumətin boykot etməsi anlaşılandır. Çünki rəsmi İrəvan, Paşinyan hökuməti işin ciddiliyini anlayır və bilir ki, bu cür saxtakarlıqlarla, qeyri-real məsələlərlə, miflərlə irəli gedə bilməyəcəklər. Ermənistanın indiki hökuməti də özündən əvvəlki hökumətlərin saxtalarlıqlarını, qondarma iddialarını, uydurmalarını davam etdirəcəksə onlar bu bölgədə ümumiyyətlə yer tapa bilməyəcəklər. Yəni bu gün əllərində-ovuclarında olan, məkrli planlarla, havadarlarının köməyilə ələ keçirdikləri Azərbaycan ərazisindəki hazırda  Ermənistan adlanan respublika və ya coğrafiyadan da məhrum ola bilərlər. Paşinyan hökuməti daha ağıllı və soyuqqanlı tərpənərək bu məsələlərdən uzaq durmağa çalışır və çalışmalıdır. Çünki həm Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, həm də dediyimiz kimi, Ermənistanın bugünkü və gələcək varlığı  məhz bu qondarmalıqdan, saxtakarlıqdan əl çəkməkdən keçir.  Ona görə də Paşinyan hökumətinin nümayəndələrinin parlamentdə müxalifətçi deputatların təşəbbüsü ilə keçirilən bu qondarma mövzulu iclasda iştirak etməməsi doğru bir addımdır. Özü də erməni müxalifəti bu iclası Azərbaycanının dövlət müstəqilliyinin bərpası günü keçirib. Bu da təsadüfi deyil. Bu işi həyata keçirənlər bu kampaniya ilə bir tərəfdən Azərbaycanı qaralamaq məqsədi güdür, digər tərəfdən də Paşinyan hökumətini zərbə altında qoymaq istəyirlər. Ermənistandakı revanşist qüvvələr bu amillərdən istifadə edib hakimiyyətə gəlmək niyyəti güdürlər. Bunlar boş və mənasız cəhdlərdir. 

Azərbaycan öz tarixi torpaqlarına sahib çıxır. Azərbaycanın tarixi torpaqları Qarabağla məhdudlaşmır, bunu Ermənistanın hökuməti də, müaxlifəti də, onları himayə edən qüvvələr də yaxşı bilir. Mənə elə gəlir ki, bu kimi addımlar Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmasını daha çox yaxınlaşdırır. Bu baxımdan, hər halda Paşinyan hökuməti nisbətən təmkinli və soyuqqanlı davranaraq, heç olmasa əllərində-ovuclarında olan hazırkı 29 min kvadrat kilometri itirməməyin mübarizəsini aparır. Amma hökumət, yaxud hakimiyyətə can atanlar tərəfindən Azərbaycana qarşı böhtanlar, uydurmalar davam edərsə bu onlar üçün çox ağır nəticələrə gətirub çıxaracaq”-deyə müsahibimiz qeyd etdi.    

F.Ələkbərli bildirdi ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatlarının keçirdikləri iclasda qaldırdıqları məsələ tamamilə reallıqdan uzaqdır. 

“Erməni tərəfin Azərbaycanın qondarma və bütün anlamlarda artıq tarixin səhifəsindən silinmiş “Arsaxın” olmayan mədəni irsini guya  “məhv etməsi” barədə iddiası qətiyyən qəbuledilməzdir. Çünki reallıqda nə “Arsax” vardı, nə də onun “mədəni irsi” ola bilərdi. Qarabağdakı irs bütövlükdə Azərbaycan xalqına məxsusdur və ermənilər işğal dövründə o irsi saxtalaşdırıblar. Çar Rusiyası tərəfindən ərazilərimizə köçürülən haylara Sovet dövründə hansısa qondarma bir nəsə yaratdılar, orda eyni zamanda hayların “mədəniyyətini” yaratmağa cəhd etdilər. Son nəticədə SSRİ dağıldıqdan sonra hər şey aydın oldu. Keçən əsrin 80-ci illərinin sonlarında xarici qüvvələrin əli və Ermənistanın himayədarlığı ilə qondarma “Dağlıq Qarabağ” oyuncaq rejimi yaratdılar. Ancaq bütün bunlar saxta və qondarma olmaqdan başqa bir şey deyildi. Çünki ordakı bütün mədəni irs Azərbaycan xalqına məxsusdur, oranın tarixi də Azərbaycan türkləri ilə bağlıdır. Qarabağın xristian irsi Azərbaycan türklərinin sərvətidir, tarixidir, mədəniyyətidir. Burada əsasən islam mədəniyyəti örnəkləri var, qismən də xristianlıq dövrünü əks etdirən abidələrdir. Bilirik ki, türklərin qədim inancı ola Tenqriçiliyə, Tanrıçılığa aid abidələr də orada ola bilərdi”.   

İradə SARIYEVA    

 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031