İsveçlilər tənhalıqdan əziyyət çəkir...
İsveçin İctimai Səhiyyə İdarəsinin statistikası göstərir ki, ölkədə gənc insanlar tənhalıqdan əziyyət çəkirlər, xüsusən də kişilər bu hissi qadınlara nisbətən daha çox keçirirlər. Ölkənin İctimai Səhiyyə İdarəsi tərəfindən 2022-ci il üçün aparılan sorğunun nəticələri bunu sübut edir. Qurum bu cür sorğuları iki ildən bir keçirir.
“Oğlanların və kişilərin necə olmaları ilə bağlı kifayət qədər ciddi standartlar mövcuddur. Bu standartların bir hissəsi ondan ibarətdir ki, onlar öz hissləri barədə danışmamalıdır. Statistikaya görə, qadınlar psixi xəstəliklərlə bağlı kömək üçün daha çox müraciət edirlər”, - deyə İctimai Səhiyyə İdarəsinin tədqiqatçısı Hillevi Buş qeyd edir. Onun sözlərinə görə, yaşı 16-dan 29-dək olan respondentlərin 27 faizi təsdiqləyirlər ki, onların öz fikirlərini bölüşəcəyi və ya etibar edəcəyi insan yoxdur.
Mətləb