Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR
Böyük Britaniya və Latviyanın birgə rəhbərliyi ilə yaradılan Beynəlxalq Dron İmkanları Koalisiyası tərəfindən 45 milyon funt-sterlinqlik müqavilələr əsasında Ukraynaya 30 min dron göndəriləcək. Bu qərar Böyük Britaniyanın 2025-ci ildə Ukraynaya dəstək səylərini artırması çərçivəsində elan olunub.
Bu mühüm addımı Böyük Britaniyanın müdafiə naziri Con Hili və Latviyanın müdafiə naziri Andris Spruds elan ediblər. Yeni 30 min dronun maliyyəsi Böyük Britaniya, Danimarka, Niderland, Latviya və İsveç tərəfindən təmin olunub.
Mətləb