KÖHNƏ VERSİYA            

İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

Image

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Sənəddə ayrıca vurğulanır ki, Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir.

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Məclisə vətəndaş təşəbbüsü kimi təqdim edildiyini deyib: “Mülki təşəbbüs kimi Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi parlamentə təqdim olunub və indi hökumət öz mövqeyini bildirməlidir. Biz bir neçə halı nəzərə alaraq müsbət mövqe bildirməyi təklif etmişik. Son illərdə Ermənistanla Aİ arasında kifayət qədər dinamik münasibətlər var. Onlar çox zəngin məzmuna malik olmaqla yanaşı, müxtəlif sahələri əhatə edir. Aİ həmçinin Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək etməyə hazır olduğunu bildirib. Aydındır ki, Aİ-nin çox zəngin demokratik ənənələri, güclü demokratik təsisatları, azad rəqabət mühiti, müasir iqtisadiyyatı, inkişaf etmiş elmi var. Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ ilə yaxınlaşmağa hazırdır. Bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin başlanmasını və Aİ ilə tətbiq edilmiş və ya müzakirə olunan bir sıra digər sənədləri nəzərdə tuturam”. Ölkənin baş naziri Nikol Paşinyan  bildirib ki, Ermənistanın Aİ-yə daxil olması barədə qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər. Onun sözlərinə görə, o vaxtadək Ermənistan və Aİ yol xəritəsi hazırlamalıdır. 2023-cü ilin oktyabrında Paşinyan Avropa Parlamentində ölkənin Aİ-yə daxilolma imkanını fəal şəkildə müzakirəyə çıxardığını dilə gətirib. Bu bəyanatdan bir neçə ay sonra Avropa Parlamenti Avropa Komissiyası və Avropa Şurasından İrəvanı Brüssellə əməkdaşlığı genişləndirməkdə dəstəkləməyə çağıran ayrıca qətnamə qəbul edib. Beləliklə, Ermənistan hökumətinin iclasında ölkənin Aİ-yə qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsi təsdiqlənib. Baş vrənlər Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın Aİ-yə mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil: “Aİ-yə bu üzvlük nə deməkdir? Bunu indi demək çətindir. Çünki əlbəttə ki, hipotetik olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil”. Peskov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Ermənistan üçün faydalıdır. Onun sözlərinə görə, fayda faizlərlə, yüksək artım templəri ilə ölçülür. Bundan əlavə, Aİİ çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları iştirak edən xalqların və ölkələrin rifahı üçün işləməyə davam edir.

Məsələ ilə bağlı rusiyalı politoloq Sergey Markov bildirir ki, həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq, əlbəttə ki, mümkün deyil: “Aİİ Aİ ilə müqayisədə daha məhdud funksionallığa malikdir və əsasən ümumi bazar olmaq konsepsiyasını ehtiva edir. AB isə yalnız ümumi bazar əsasında deyil, həm də konfederativ elementləri olan ümumi siyasi sistem üzərində qurulub. Bu baxımdan, Aİİ-ni Aİ-də mövcud olan struktur və formatların ilkin mərhələsi kimi qiymətləndirmək olar. AB ümumi bazardan əlavə, konfederativ xüsusiyyətləri olan siyasi birlikdir. Buna görə də Aİ Ermənistanın Aİİ üzvlüyünü strateji baxımdan qəbul etməyəcək. Ermənistanın Aİ-yə üzvlük məsələsini dövlətin strateji kursu kimi elan etməsi onun Aİİ üzvlüyü ilə bağlı strateji problem yaratmır, bu daha çox, iqtisadi deyil, siyasi ziddiyyətlər doğurur”. Ekspert   açıqlamasında  qeyd edib ki, İrəvanın Aİ-yə tez bir zamanda üzv olmaq şansı yoxdur: “Ermənistanın Aİ-yə üzv olmaq prosesini başlamağa hazırlaşması hələ o demək deyil ki, ölkə bu quruma üzv olacaq. Üzvlük uzun və mürəkkəb danışıqlar prosesi tələb edir. Bu müddət ərzində Ermənistan Aİ tərəfindən kiçik müttəfiqləri üçün yaradılmış strukturlara və sistemlərə uyğunlaşma mərhələsindən keçməlidir. Lakin İrəvanın, özünün də başa düşdüyü kimi, Aİ-yə tamhüquqlu üzv olmaq şansı çox azdır. Strateji olaraq belə bir açıqlama Ermənistan üçün Aİ-nin müttəfiqi statusu qazanmaq imkanını artırır və müxtəlif faydalı proqramlarda iştirak etməsinə şərait yaradır. Ancaq bu cür proqramlara qoşulmağın əks tərəfləri də mövcuddur. Ermənistan Aİ ilə əməkdaşlıq etmək üçün suverenliyinin bir hissəsini güzəştə getməli olacaq. Aİ təmənnasız heç bir dəstək göstərmir. İki tərəf arasında ciddi danışıqlar və qarşılıqlı güzəştlər, alver başlayacaq. Avropa Komissiyası bu tip alverlərdə böyük təcrübəyə malikdir və müxtəlif ölkələr, qonşular və ya üzv olmaq istəyən qurumlarla daim bu cür müzakirələr aparır. Ermənistan isə özünü böyük bir diasporun təmsilçisi kimi təqdim edərək, siyasi manevrlərlə nəticə əldə etməyə çalışır. Ermənilər tarixi təcrübələrinə əsaslanaraq düşünürlər ki, Osmanlı və ya Çar Rusiyasını aldada bildikləri kimi, AB bürokratiyasını da aldada bilərlər. Lakin Aİ çalışacaq ki, Ermənistanı çox şey ödəmədən Aİİ üzvlüyündən çəkindirsin. Digər tərəfdən, Ermənistan AB-nin proqramlarından maksimum fayda götürməyə çalışacaq və eyni zamanda Aİİ üzvlüyünü qoruyub saxlayacaq”. Markov qeyd edib ki, Ermənistan Aİ-yə üzvlüyə can atsa da, Aİİ-dən daha daha çox fayda əldə etdiyini anlayır: “Ermənistan üçün ideal ssenari Aİİ üzvlüyünü Aİ ilə əvəz etməkdir. Lakin Aİ-yə üzvlük perspektivi çox uzaqdır. Türkiyə nümunəsində olduğu kimi, Ermənistanın da üzvlüyü rədd edilə bilər. Belə olan halda Aİİ üzvlüyü Ermənistan üçün daha sərfəli seçimdir. Çünki Aİİ üzvlüyü vasitəsilə Ermənistan Rusiya sanksiyalarından yan keçərək əhəmiyyətli gəlirlər əldə edir. Buna görə də İrəvan Aİİ-dən çıxmaq istəməyəcək, amma eyni zamanda Avropa Komissiyası ilə danışıqlar aparacaq. Eyni zamanda Aİİ-ni şantaj edərək güzəştlərin artırılmasına çalışacaq”.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031