Cümə axşamı günü, 24 iyul 2025
     

Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

Image

Akif Nağı: "Görünur, Suriyanın yeni hakimiyyəti Türkiyə ilə Qərb-Amerika cütlüyü arasında manevr etməyə çalışır"

Azərbaycan Prezidenti İlham Əliyev həmişə müsahibələrində qeyd edib ki, biz bütün məsələlərdə qardaş Türkiyənin yanında olacağıq. Doğrudan da Azərbaycan bütün sıxıntılarında qardaş Türkiyənin yanında olub. Məsələn, meşə yanğınlarını, bir neçə il əvvəl baş verən zəlzələləri xatırlatmaq kifayətdir. İndi isə Suriyadakı problemlər qardaş Türkiyəni məşğul etməkdədir.

Belə ki, Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyatla əlaqədar Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə hökumətyönlü Türkiyə media orqanları hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarından PKK-ya qarşı lazımi tədbirlərin görülməsini tələb edib.

Məlumatda vurğulanıb ki, Türkiyə indi hadisələrin istənilən nəticəsinə, o cümlədən hərbi əməliyyata hazırlaşır. Suriya ilə sərhəddəki qoşunları mümkün əməliyyat üçün döyüş hazırlığına gətirilib.

Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK terrorçularına xəbərdarlıq edib. Onun sözlərinə görə, hakimiyyət PKK təmsilçilərindən silahı yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. PKK təmsilçiləri bu təklifə məhəl qoymasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ türk qoşunları ilə kürd yaraqlıları arasında münaqişənin gərginləşməsinin qarşısını almağa çalışır. Blinken qeyd edib ki, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK yaraqlıları ilə bağlı "qanuni narahatlıqları" var.

Azərbaycan Prezidentinin dedilklərini də nəzərə alsaq, Suriya məsələsində Bakı Ankaraya hansı səviyyədə dəstək verə bilər?

"Bakı-Xəbər" qəzetinin sualını cavablandıran politoloq Akif Nağı bildirdi ki, Suriyada kürd problemi hazırda gündəmdədir, hətta bu məsələ Türkiyə və Amerika arasında ixtilafa səbəb olub: "Türkiyənin mövqeyi ondan ibarətdir ki, Suriyadakı PKK və ona dəstək verən digər yaraqlılar tərkisilah edilməlidir. Suriyadakı yeni halikimiyyət də bəyan edir ki, bütün silahlı dəstələri zərərsizləşdirəcəklər. Amma hakimiyyət bu istiqamətdə sərt mövqe nümayiş etdirmir. Görünur, Suriyanın yeni hakimiyyəti Türkiyə ilə Qərb-Amerika tandemi arasında manevr etməyə çalışır. Amma Amerika, Qərb, eləcə də Suriya hökuməti yaxşı başa düşür ki, Türkiyə bölgədə regional güc amilidir. Ona görə də tərəflərin hec biri Türkiyə ilə qarşıdurmaya getmək istəmir. Turkiyənin həm sərhəddə, həm də Suriya ərazisində hərbi hissələri var və hər an PKK/YPG/PYD silahlı terror dəstələrini zərərsizləşdirməyə hazırdır.

Azərbaycanla Türkiyə arasında ilk gündən Suriya ilə bağlı məsləhətləşmələr gedir. Azərbaycan Prezidenti də bəyan elədi ki, bu məsələdə Türkiyənin yanındadır. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycandan Suriyaya ilk yardim karvanı da göndərildi. Bu o deməkdir ki, Azərbaycan Türkiyə ilə birlikdə Suriyada yardım kampaniyasına artıq başlayıb. Azərbaycanın hərbi əməliyyatlarda iştirakı məsələsi hələ açıq qalır, çunki qəti qərar qəbul edilməyib. Prezidentlər səviyyəsində bu barədə tez-tez müzakirə aparılır. Mətbuatın yaydığı məlumata görə, bu günlərdə baş tutan telefon danışıqlarının da əsas mövzusu Suriya və Zəngəzur dəhlizi məsələsi olub. Ola bilsin ki, yaxın zamanlarda Zəngəzur dəhlizi ilə bağlı dəyişikliklər baş verəcək.

Azərbaycanın Suriyada Türkiyəyə hərbi dəstək veriməsi beynəlxalq miqyaslı məsələdir. Bilirsiniz ki, Amerikanın təşəbbüsü ilə antiterror koalisiyası yaradılmışdı. Azərbaycan həmin koalisiyada iştirak edirdi. ABŞ rəhbərliyi də Azərbaycanın bu rolunu həmişə təqdir edirdi. Türkiyə də Suriyada hərəkətə kecmək üçün buna bənzər antiterror koalisiyası yaradacaqsa, sözsüz ki, Azərbaycan da bu koalisiyanın tərkibində olacaq. Amma illərin təcrübəsi gôstərir ki, Türkiyə bu əməliyyatı təkbaşına həyata keçirəcək.

Birincisi, bunu etməyə Türkiyənin kifayət qədər gücü var. İkincisi isə, Turkiyə beynəlxalq qarşıdurmanı kəskinləşdirməmək üçün yəqin ki, prosesə digər dövlətləri, o cümlədən də Azərbaycanı qoşmaz. Bəllidir ki, Azərbaycanın həm Rusiya, həm də İsraillə yaxın münasibətləri var. Amerika ilə mûnasibətlər gərgin olsa da, yumşalma prosesi gedir, xüsusilə də yeni seçilmiş prezident Donald Trampın dönəmində bu münasibətlər daha çox yumşalacaq. Prezident İlham Əliyev də vurğuladı ki, Bayden dönəmində Amerika anti-Azərbaycan siyasəti yeritdi. Amma yeni prezident donəmində bu münasibətlərin yumşalma ehtimalı yüksəkdir. Ona görə də Azərbaycan-Tükiyə müttəfiqliyi Azərbaycanla bu ölkələr arasındakı münasibətlərə zərər verməsə daha yaxşı olar. Yəni bu gün Azərbaycan Türkiyə ilə birgə Suriyadakı əməliyyatlarda iştirakdansa, məsafədə qalıb digər dəstəyi verməklə, Rusiya, İsrail və Ameria ilə münasibətlərini qorusa daha yaxşı olar. Əməliyyatlar zamani bu ölkələrlə bağlı hər hansı problemlər yaranarsa, o zaman Azərbaycan bu münasibətlərdən istifadə edərək narahatlığı çözməklə daha çox fayda verər, nəinki birbaşa hərbi əməliyatlarda iştrakla... Hesab edirəm ki, bu məsələ nəzərə alınmalıdır. Fikrimcə, geniş müzakirə edilərək, bütün türk dövlətlərinin mənafeləri nəzərə alınaraq addımlar atılacaq. Azərbaycan hansısa başqa səviyyədə Türkiyəyə dəstək verəcək. Amma düşünürəm ki, Azərbaycanın birbaşa hərbi əməliyyatlarda iştiraki heç Türkiyənin də maraqlarına uyğun deyil".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910