KÖHNƏ VERSİYA            

Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

Image

Əli Orucov: "Ermənistan Rusiyanın "arxa bağçası"dır, onun Qərbin sanksiyalarından yayınmasında Ermənistan vacib rol oynayır"

Son dörd ildə Ermənistanın yürütdüyu siyasət əksər siyasət adamlarını təəccübləndirirdi. Nikol Paşinyan bir tərəfdən Qərbə inteqrasiya siyasətini yürütdüyünü elan edirdi, digər tərəfdən isə Rusiya və onun müttəfiqləri ilə iqtisadi əlaqələri gücləndirirdi. 

Təsəvvür edin ki, Ermənistanın siyasi yolunu ayırmaq istədiyi Rusıya ilə ticarət dövriyyəsi 4 il ərzində 5,3 dəfə artaraq, 3 milyard dollardan 16 milyard dollara çatıb. Belə bir vəziyyətdə Ermənistan Rusiyanın rəhbərliyi ilə qurulan KTMT-də fəaliyyətini dondurub, iclaslarda iştirak etmir, üzvlük haqqı vermir, MDB-nin ənənəvi qeyri-rəsmi sammitinə qatılmır, hər il sayəsində milyardlarla dollar qazandığı Avrasiya İqtisadi İttfaqının sədriliyi dönəmində təşkilatın zirvə toplantısının ənənəyə uyğun olaraq İrəvanda keçirilməsindən imtina edir, üstəgəl, sammitə sədrliyi COVİD-ə yoluxma bəhanəsi ilə onlayın qaydada həyata keçirir və s. Bütün bunlar bir yana, Paşinyan hakimiyyəti bu günlərdə artıq "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini müzakirəyə çıxarıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Avropa İttifaqına üzvlük Ermənistanın suveren hüququdur.

Buna baxmayaraq, Peskov Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın Ermənistan üçün faydalı olduğuna əminliyini ifadə edir.

“Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Aİİ-yə üzvlük faydalıdır”, - Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Aİİ-də iştirak təkcə bir dövlət kimi Ermənistana deyil, həm də Ermənistan xalqına dividendlər gətirir.

Rusiya prezidentinin mətbuat katibi deyib ki, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında olması mümkun deyil. “İki fərqli təşkilatın üzvü olmaq... sadəcə olaraq mümkün deyil".

Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə Ermənistanın "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini şərh edərkən deyib ki, Ermənistanda bu qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk: "Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində, çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək".

Məsələ isə bağlı bakı-xeber.com saytına açıqlamasında politoloq Əli Orucov bildirdi ki, "Ermənistanın Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsinin parlament müzakirəsinə çıxarılması Ermənistanın bu quruma qoşulması anlamına gəlmir: "Əvvəla ona görə ki, Birliyə qoşulma uzun və çətin proses olmaqla, bunu istəyən dövlətlər qarşısında ciddi tələblər qoyur. Digər tərəfdən, müəyyən edilən standartlar Ermənistanda hələ mövcud deyil. Bura insan hüquqlarından tutmuş, iqtisadi-siyasi vəziyyət, təhlükəsizlik  və digər göstəricilər daxildir. Gürcüstanda da Avropa Birliyinə qoşulma haqqında qanun qəbul edilmişdi. Hətta Qərbə inteqrasiya Gürcüstanın Konstitusiyasında da öz əksini tapıb. Hazırda Tbilisi ilə Qərbin hansı münasibətlərdə olduğunu siz də bilirsiz. Hətta gərginlik o həddə çatıb ki, Aİ Gürcüstanın yeni parlamentini və prezidentini tanımır, bir sıra sanksiyalar tətbiq edilib. Birləşmiş Ştatlar da analoji qanun layihəsini müzakirəyə çıxararaq, Gürcüstan hökümətinin tanınmasına qadağa qoymağı hədəfləyir. Artıq "Gürcü Arzusu" Partiyasının fəxri lideri və faktiki idarəedicisi Bidzina İvanişiviliyə qarşı sanksiyalar tətbiq edilib. Ona görə də İrəvanın Qərbə inteqrasiyasının asan və mümkün olduğuna şübhə ilə baxıram. İrəvan hər nə qədər özünü Qərbyönlü göstərməyə çalışsa da, bütün sahələr üzrə Rusiyadan asılıdır. Rusiyanın patronajlığı altında yaradılan qurumlarından tam imtina etməyib. Avrasiya İqtisadi İttifaqında, KTMT, MDB-də qalır və həmin qurumları da tərk edəcəyini deməyib. Hansılar ki, Qərb təsisatları ilə antoqonist təşkilatlardı. Sizin də vurğuladığınız kimi, Ermənistan Rusiyanın ən yaxın iqtisadi, hərbi və strateji tərəfdaşıdır. İxracı və idxalı Rusiyadan asılıdır. Hər il ticarət dövriyyəsi sürətli artan templə gedir. Rusiya statistikasının rəsmi göstəricilərinə görə, Ermənistan iqtisadi və ticari əlaqələrinə görə ilk beşlikdə yer alır. Belə olan halda İrəvanın Rusiyadan qopub Aİ-yə qoşulması absurd səslənir. Məncə, parlament müzakirəsinə təqdim olunan sözügedən qanun layihəsi qəbul olunsa da işləməyəcək. Həmçinin, bunu daha çox hiyləgər  siyasi gediş kimi qiymətləndirirəm. Moskvanın bütün bu prosesləri təmkinlə izləməsi də fikirlərimi gücləndirir. Halbuki, getdikcə daha çox aqressivləşən Kreml nədənsə Ermənistana və onun baş nazirinin şıltaqlığına dözümlülük göstərir. Ermənistan Rusiyanın "arxa bağçası"dır, Qərbin sanksiyalarından yayınmasında Ermənistan vacib rol oynayır. Təbii ki,  Qərb-Rusiya konfrontasiyasının açıq və şiddətli xarakter aldığı indki dönəmdə Ermənistanın bir-birinə kəskin ziddiyyətlərdə olan iki ayrı-ayrı qurumda təmsil olunması sadəcə mümkün deyil. Baxmayaraq ki, Peskov bunu Ermənistanın suveren hüququ adlandırıb. Ancaq sual doğuran odur ki, Ermənistan suveren dövlətdirmi?!"

Akif NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031