Çərşənbə günü, 28 may 2025
     

Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

Image

Rauf Zeyni: "Qərbi Azərbaycan İcması da Ermənistanın baş naziri ilə görüşməyə, onunla müzakirələr aparmağa tam hazırdır"

Qərbi azərbaycanlıların beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təhlükəsiz və layaqətli şəkildə öz ata-baba yurdlarına, indiki Ermənistan ərazisinə - tarixi Qərbi Azərbaycan torpaqlarına qayıdışı əsas məsələlərdən biri kimi gündəmdədir. 

Bəyan edildiyi kimi, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibədə Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayışı məsələsinə də toxunub. Prezident eyni zamanda deyib  ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməlidir. Prezident bu barədə qeyd edib: "Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, "banisi olan" Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər".

Azərbaycan Prezidenti təklif edir ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bu məsələ ilə bağlı  müxtəlif suallarla Qərbi Azərbaycan İcmasına sorğu göndərmişik, sorğumuz cavablandırıldıqdan sonra onu sizə təqdim edəcəyik. 

"Müzakirə aparmaq üçün əlimizdə konkret olaraq Qərbi Azərbaycana qayıdış konsepsiyası var"

Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, vətəndaş cəmiyyəti təmsilçisi, müstəqil ekspert Rauf Zeynidən müsahibə götürdük. 

- Rauf müəllim, fərz edək ki, Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə razılaşdı. Belə bir görüşə hazırsınızmı? 

- Bu çox ciddi sualdır və çox ciddi məsələdir. Ümumiyyətlə, Prezident İlham Əliyev yerli televizya kanallarında yol xəritəsini tamamilə göstərdi. 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın iştirakı ilə 1993-cü ildə keçirilən iclasın videoyazısı yayıldı. Bu videoyazı Ermənistanın bütün terrorçu, işğalçı niyyətlərini, siyasətini tamamilə bir daha ortaya qoydu. Ona görə də Ermənistan gələcəyini düşünürsə, Ermənistanın baş naziri Paşinyan konkert bunun öhdəsindən gəlmək istəyirsə yeganə çıxış yolu Azərbaycanla birbaşa danışıqlar apararaq sülh müaviləsinə öz töhfəsini verməlidir. Ona görə də, Qərbi Azərbaycan İcmasının müraciətinə mütləq baxılmalıdır. Düşünürəm ki, Qərbi Azərbaycan İcması da Ermənistanın baş naziri ilə görüşməyə, onunla müzakirələr aparmağa tam hazırdır. Ümumiyyətlə, nəinki Ermənistan rəhbərliyilə, eləcə də Ermənistanın Milli Assambleyası, digər qurumları, o cümlədən də diaspor ilə danışıqlara, müzakirələrə tam hazır vəziyyətdədir. Çünki ortada konkret mövqe - Qərbi Azərbaycana qayıdış konsepsiyası var. Bu konsepsiya cənab Prezidentin tövsiyəsi ilə ən yüksək standartda uyğun şəkildə hazırlanıb. Bu konsepsiyanın icrası bənd-bənd həyata keçirilir. Bu günə qədər Azərbaycanda, o cümlədən də vətəndaş cəmiyyəti, QHT sektoru, milli təşkilatlarımız BMT-yə, Avropa İttifaqına, Avropa Şurasına, UNESCO-ya və başqa beynəlxalq təşkilatlara bəyanat verirdi, amma heç bir reaksiya yox idi.  Amma son dövrdə Qərbi Azərbaycan İcmasının verdiyi bəyanatlar BMT-nin işçi sənədi kimi yayılır. UNESCO və başqa beynəlxalq təşkilatlar qurumun bəyanatlarına reaksiya verirlər. Bu bizi həm sevindirir, həm düşündürür. 

- Bunu bu istiqamətdə ciddi irəliləyiş saymaq olarmı?

- Bəli, bu ciddi irəliləyiş və ciddi nəticədir. Yenə də deyirəm, biz bu istiqamətdə işlərimizi aparırıq və həm Ermənistan rəhbərliyi, həm hansısa bir QHT və sairlə görüşməyə hazır olmalıyıq və hazırıq da.   

- Paşinyanla əsasən necə müzakirələr aparmaq istərdiniz? 

- Müzakirə aparmaq üçün əlimizdə konkret olaraq Qərbi Azərbaycana qayıdış konsepsiyası var. Bütün məsələlər, tələblər və sair bu konsepsiyada ayrı-ayrı müddəlarla öz əksini tapıb. Bizim əsas mövqeyimiz Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışı təmin etməkdir.  Bəyan ediliyi kimi, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Ora qayıtmaq azərbaycanlıların beynəlxalq hüquq tərəfindən tanınan haqqıdır, bu təmin edilməlidir. 

Eyni zamanda Ermənistanda hələlik mövcud olan tarixi abidələrimizin qorunub saxlanılmasına, onların məhv edilməməsinə nail olmaqdır. Bu mənada biz Ermənistanın baş naziri, yaxud onun istənilən rəsmi nümayəndəsi ilə görüşməyə, Qərbi Azərbaycan İcmasının mövqeyini, tələblərini onların diqqətinə çatdırmağa hazırıq.  

- O görüşün tezliklə baş verəcəyinə inamınız varmı ki, Paşinyan bu çağrışa cavab verib icma nümayəndələrini qəbul edəcək? 

- Mən buna az inanıram ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşmək istəyəcək. Çünki o bizimlə görüşərsə, deportasiyanı, etnik təmizləməni etiraf etmiş olacaq. 

-  Hansı tərkibdə bir nümayəndə heyətilə ora getmək istərdiniz?   

- Keçmiş Qarabağ münaqişəsi müzakirə ediləndə gördüz ki, bütün məsələlər nəzərə alınaraq nümayəndə heyəti müəyyən olundu. Hesab edirəm ki, əgər Ermənistan rəhbərliyindən icmaya görüşlə bağlı hər hansı bir təklif gələrsə onunla görüşə gedəcək heyət indidən hazırdır. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəskili Əziz Ələkbərli başda olmaqla müəyyən bir heyət artıq hazır vəziyyətdədir. Yəqin icmada da düşünüblər ki, istənilən vaxt belə bir ehtiyac yaransa o heyət ortada olmalıdır və gedib ən yüksək səviyyədə danışıqları aparmalıdır, tələblərimizi açıq şəkildə səsləndirməlidirlər.    

-  Əgər Paşinyan Qərbi Azərbaycan İcmasına şərait yaradarsa ondan nə istərdiniz? Bu mənada azərbaycanlıların yaşadığı hansısa bölgəyə səfərinizin təşkil edilməsini, gedib haraları görməyinizin reallaşdırılmasını istərdiz? 

- Əlbəttə, belə bir fürsət olsaydı ilk olaraq İrəvanın qədim Təpəbaşı məhəlləsinə səfərimizin təşkil edilməsini istərdik.  Baxmayaraq ki, mən Qarakilsədənəm, İrəvanlı deyiləm, amma birinci Təpəbaşına getmək istərdim. İkincisi isə doğulduğum və 7 yaşıma qədər yaşadığım, sonra da həmişə getdiyim Qərbi Zəngəzura-Qarakilsəyə getmək arzum var, oraları görmək istəyim böyükdür. Təbii ki, əgər buna şərait yaradılsa. 

-  Azərbaycandan Paşinyana hansısa bir hədiyyə aparmalı olsaydınız  nə aparardınız? 

- Bu həm simvolik, həm də diplomatik məsələdir. 

Baş nazirə elə bir hədiyyə aparmaq olar ki, o hədiyyə ona ibrət olar. Yəni sülh, münasibətlər, onların o revanşist siyasətdən əl çəkməsi, bəşəriyyət və insanlıq naminə elə bir hədiyyə aparmaq olar ki, o baş nazir üçün bir ibrət ola bilər. Bu mənada Paşinyana ibrət götürəcəyi bir hədiyyə aparmaq olar. 

- Görüşə şans yaransa, siz ona necə müraciət edərsiniz - cənab baş nazir, yoxsa Nikol Vovayeviç? 

- Müraciət şərti bir şeydir. Əgər elə bir imkan yaranırsa bu artıq onun tərəfindən yaranmış şərait olur, o şəraitə uyğun olaraq ona baş nazir də deyə,   ata adı ilə də müraciə edə bilərik. Bu simvolik məsələdir və diplomatiyada bunlar qarşılanan və qəbul olunan məsələlərdir. Əsas mahiyyət sənin görüşünün nəticəsidir. Sən o görüşdə nəyə nail oldun? Amma mən yenə də deyirəm, Ermənistanın indiki rəhbərliyindən icmaya münasibətdə belə jest gözləmirəm. Ermənistan rəhbərliyi öz ölkəsinin gələcəyini düşünsə irəli düşüb Qərbi azərbaycanlıların geri qaytarılmasını, onların orda yerləşdirilməsini həyata keçirib dünyaya göstərə bilər ki, mən burda Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmasına şərat yaradıram, bu işi təşkil edirəm. Bunu edərsə ölkəsinin zədələnmiş, vaxtilə bizi yurd-yuvamızdan qovaraq qazandığı mənfi imicini müəyyən qədər düzəldə bilər.

Ermənistan əgər silahlanırsa, Petrosyanın o videoyazısını yayırsa və başqa əməllər edirsə onların humanist mövqedən çıxış edəcəyi gözlənilən deyil. Sülh sazişi imzalamağa hazırlaşan ölkə heç zaman yeni minalar basdırmaz, yeni təxribatlarla məşğul olmaz, silahlanıb yeni müharibəyə hazırlaşmaz. Bir tərəfdən sülh sazişi imzalamağa hazırşalan dövlət, təəssüflər olsun ki, digər tərəfdən müharibəyə hazırlaşır. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.2025 / 19:36
Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

27.05.2025 / 19:34
Bayram Beqay Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:30
Litva Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:23
İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

27.05.2025 / 19:15
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi - FOTO

27.05.2025 / 19:09
Fransa və Ermənistan Strateji Tərəfdaşlıq sənədi imzalamağa hazırlaşır - hərbi sfera xüsusi diqqətdədir...

27.05.2025 / 18:56
Ermənistanda Fransanın xüsusi inkişaf fondu haqda protokol imzalandı - Fransa ABŞ-ı əvəzləmək istəyir...

27.05.2025 / 18:42
Paşinyan Bakı ilə sazişi pozan köhnə “konstitusiya ideyasını” yenidən gündəmə gətirdi...

27.05.2025 / 18:39
Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

27.05.2025 / 18:33
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi - FOTO

27.05.2025 / 18:28
"Putin dəli olub" sözlərinə görə Kreml Trampa çox qorxaq cavab verdi... Niyə?

27.05.2025 / 18:22
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

27.05.2025 / 18:15
100 illər öncə qul ticarəti aparırdı, indi islamofobiyanın önündə gedir... Kim?

27.05.2025 / 18:12
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 18:02
Avropanın iki mühüm qurumu islamofobiyanın mərkəzinə çevrilib...

27.05.2025 / 17:50
Putinin yaxın çevrəsində “SSRİ-nin bərpası” şüarına qoşulanların sayı artır...

27.05.2025 / 17:44
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

27.05.2025 / 17:43
II Qaregin növbəti dəfə Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq etdi

27.05.2025 / 17:30
Əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrulda bildimi?..

27.05.2025 / 17:27
Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

27.05.2025 / 17:26
Vüqar Rəhimzadə: Müstəqil və qüdrətli Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır

27.05.2025 / 17:24
Putin Vatikana getsə, ingilislər təyyarəsini vuracaq - Rusiya deputatından şok iddia...

27.05.2025 / 17:16
"Müsəlmanları cəmiyyətin təhlükəli elementi kimi göstərməyə çalışan siyasi qruplar var" - David Munir

27.05.2025 / 17:08
Zəka Mirzəyev yaxın qohumlarına vəzifə verib? - DSMF açıqlama yaydı...

27.05.2025 / 16:54
Azərbaycan fransız məhbusu Kaya Kallasın şəxsi xahişindən sonra əfv edib...

27.05.2025 / 16:51
Ermənistan parlamentinin sədri separtçıların cavabını verdi,ancaq yarımçıq...

27.05.2025 / 16:50
Jean-Noël Barrault: “Ağrı dağının baxışları altında İrəvana endik”

27.05.2025 / 16:49
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini haqqında da istintaq başladıldı

27.05.2025 / 16:48
İyunun 2-də Gorusda Fransanın konsulluğu açılır, Rusiya isə 3 ildir gözləyir

27.05.2025 / 16:47
Qondarma “Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı” Azərbaycana qarşı hədyanlar yağdırdı

27.05.2025 / 16:45
"İslamı Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha ədalətlidir" - Avstriya Müsəlman Təşəbbüsünün sədri

27.05.2025 / 16:44
Tramp Baydenin Ukraynaya qoyduğu bütün məhdudiyyətləri aradan qaldıracaq

27.05.2025 / 16:42
Spiker erməniləri azərbaycanlılarla ticarət etməyə səslədi - "özünüzü buna hazırlayın"....

27.05.2025 / 16:41
"Dezertirlik " erməni cəmiyyətini bürüyüb- 10 mindən çox gənc axtarşdadır....

27.05.2025 / 16:32
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunub

27.05.2025 / 16:18
Putindən Microsoft və McDonald's haqqında sərt açıqlamalar - Onları boğmaq lazımdır...

27.05.2025 / 16:10
Beynəlxalq konfransda İslam mədəni irsinin qorunması yolları müzakirə edilib

27.05.2025 / 15:55
"Tibb işçilərinə tətbiq edilən 65 yaş həddi ləğv edilməlidir" - Əhliman Əmiraslanov

27.05.2025 / 15:47
Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırıldı

27.05.2025 / 15:32
Moskva Kiyevlə danışıqlar üçün beş ölkəni nəzərdən keçirir...

27.05.2025 / 15:26
Prezident İlham Əliyev: "May ayı bundan sonra bayram ayı olacaq"

27.05.2025 / 15:24
"Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb" - Prezident

27.05.2025 / 15:06
Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb - Baş Prokurorluq açıqlama yaydı...

27.05.2025 / 14:48
Toyda içib həmkəndlisini döyən nazirlik əməkdaşı məhkəmə zalında həbs edildi

27.05.2025 / 14:40
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib - FOTO

27.05.2025 / 14:35
"Qərbdəki müsəlmanlar öz kimlikləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlar" - Samir Boudinar

27.05.2025 / 14:23
Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında - azad ərazilərdə üçüncü hava limanının açılışı olacaq…

27.05.2025 / 14:12
"İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır" - Oussama Jammal

27.05.2025 / 14:07
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

27.05.2025 / 13:59
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib

27.05.2025 / 13:55
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 13:51
Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına endi - FOTO

27.05.2025 / 13:43
İsxak Hersoq Prezident İlham Əliyevə məktub göndərdi

27.05.2025 / 13:37
93 min dolları ölkədən çıxaran şirkət cərimələndi

27.05.2025 / 13:35
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 13:25
Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu - FOTO

27.05.2025 / 13:23
Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlandı

27.05.2025 / 13:20
"İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsidir" - Damir Muhetdinov

27.05.2025 / 13:17
Beynəlxalq konfransda Avropa radikallaşma fonunda yayılan islamofobik ritorika müzakirə edildi

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678