Suriyada 61 illik Bəəs, 54 illik Əsəd hakimiyyətinə son qoyuldu, Bəşər ölkədən qaçdı
Suriyada 1963-cü ildə hakimiyyətə gələn Bəəs Partiyasının 61 illik qanlı hakimiyyətinə son qoyuldu. Rejim 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatlarının zorakılıqla yatırılmasına qarşı başlayan vətəndaş müharibəsində paytaxt Dəməşqin nəzarətdə çıxması ilə çökdü.
Qeyd edək ki, bir neçə gün əvvəl rejimə qarşı qəfil hücuma başlayan silahlı qruplar Dəməşqin cənub ətrafına daxil olduqdan sonra rejim qüvvələri bir çox məntəqələrdən geri çəkilməyə başlayıb. Müxaliflər şəhərdə bu kritik əhəmiyyətli nöqtələri ələ keçirməsi ilə rejim paytaxtda nəzarəti itirib.
Suriya Ordu Komandanlığı öz zabitlərinə Əsəd rejiminin süqut etdiyi mesajını çatdırıb.
Suriya prezidenti Bəşər Əsəd isə Dəməşqi tərk edib. Əsədin hara getdiyi hələlik məlum deyil.
ZÜMRÜD