Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…
Slovakiyanın baş naziri Robert Fiko Rusiya təbii qazının Avropaya tranzitini dayandıran Ukrayna hökumətinə qarşı sərt tədbirlər görəcəklərini açıqlayıb.
Fiko problem n həll edilmədiyi təqdirdə həm bu ölkəyə, həm də Slovakiyada yaşayan Ukrayna əsilli vətəndaşlara qarşı sərt tədbirlər görüləcəyini və problemin həllini bir müddət gözləyəcəklərini bildirib.
Baş nazir Ukraynada mina təmizləmə fəaliyyətləri də daxil olmaqla humanitar yardımın dayandırılacağını, Slovakiyaya gələn Ukrayna vətəndaşlarına yardımın ya qismən, ya da tamamilə kəsiləcəyini deyib. Fiko həmçinin Ukraynaya təcili elektrik dəstəyinin dayandırılacağını və Avropa İttifaqı (Aİ) toplantılarında bu ölkəyə qarşı veto hüququndan istifadə edəcəklərini vurğulayıb.
O, iddia edib ki, Slovakiyanın koalisiya hökuməti bu sərt tədbirləri görmək üçün parlamentdə kifayət qədər çoxluğa malikdir.
İki ölkə arasında gərginliyin artıb-artmayacağı ilə maraqlanmadığını deyən Fiko, daha əvvəl Ukraynanı qaz nəqlini dayandırdığı üçün tənqid etmiş və buna cavab olaraq Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü.
TAHİR