Rusiyanın nəzarət etdiyi Lazkiyə şəhərində də Əsədin heykəlini yıxdılar...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriyada inqilabın yeni mərhələsinin 11- ci günü....İdlib, Hələb, Hama, hums, Paytaxt Şam, Dəra- Türkiyənin Kilis şəhərindən başlamış taa İsrailin tutduğu Colan təpəliyinədək ərazilər Əsəd rejimindən təmizləndi. Aralıq dənizinin sahillərindəki Lazkiyə və Titus şəhərləri rus- Əsəd qüvvələrinin birgə nəzarətində qalsalar da, onların artıq Şamla əlaqələri kəsilib və mühasirəyə düşüblər .Bu gün səhər yayılan məlumatlara görə artıq Lazkiyə camaatı da ayağa qalxıb, hətta şəhərdəki Bəşər Əsədin heykəlini yıxıblar. Demək, Rusiya qoşunları Əsəd rejiminin son qalası olan Lazkiyəni də müdafiə edə bilmədilər. Bu o deməkdir ki, Lazkiyə və Titusun ələ keçməsi an məsələsidir və çox tezliklə müxalif qüvvələr Rusiyanın Suriyanın Aralıq dənizindəki limanlarını tərk etməsini tələb edəcəklər...
Bilirsiniz bu anda nəyi xatırlayıram? 2015 - ci ildə Rusiya qoşunları Suriyanın iç müharibəsinə müdaxilə edəndə Türkiyə ilə sərhəddə Rusiyanın bir qırıcısı vuruldu. O zaman Türkiyə rəhbərliyi ritorik olaraq belə bir sual sısləndirdi ki, biz Suriyanın demokratik müxalifətinin çağırışı ilə gəlmişik, bəs Rusiya Suriyanın daxili işlərinə niyə müdaxilə edir? Lavrov cavab vermişdi- "Biz Suriya xalqının dəvəti ilə gəlmişik"....
Maraqlıdır. Bundan sonra Rusiya ordusunun qalması üçün Suriya xalqının iradəsini kim ortaya qoyacaq?...Dəqiq cavab yoxdur.
Yəqin hələ uzun müddət Suriya parçalanmış şəkildə qalacaq. Ölkəni birləşdirmək müsibət bir iş olacaq. Mümkün olub- olmayacağını isə Allah bilər...."
Mətləb