Əsədin süqutu Səddamın süqutuna bənzəməz...Niyə?
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Dostlar, 2024- cü ilin dekabrında Suriyada Əsəd rejiminin çöküşü 2003- cü ildə İraqda Səddam rejiminin çöküşünə bənzəməz. Suriyadakı bu hadisənin təsirləri daha böyük olacaq. Niyə? Çünki İraqda Səddam rejimi çökəndə bu ölkədə tək ABŞ-ın qoşunları var idi. Bu gün Suriyada kimlər var? Bəlkə "kimlər yoxdur"? sualını qoymaq daha doğru olar?. Əsədin süqutu anında Siriyada ABŞ var, Türkiyə var, İran var, Proksi- İsrail var, Rusiya var, İordaniya var, Qatar var. Bunlar ölkədə birbaşa olanlardı. Dolayı qaydada Suriyada olanları da bura əlavə etsək, Suriyanın hər məhəlləsində bir hakimiyyətin qurula biləcəyi qədər əcaib bir vəziyyət var...Bu bir fəlakətdir, faciədir. Suriyanın ən böyük böhranı LİDERSİZLİK böhranıdır...
Bu gün Gürcüstanın da, Suriyanın da vahid lideri yoxdur. Bu ,hər iki ölkə üçün uzun illər böyük problemlərin mənbəyi olacaq....
İndiyə qədərki bütün problemlərin mənbəyi isə Əsədlər rejimidir...
1969- cu ildən bu yana bu rejim ölkənin heç olmasa ərazi bütövlüyü problemini həll edərək İsrailin işğal etdiyi Colan təpələrini geri almış olsaydı, əminəm ki, Suriya xalqı bu rejimi müdafiə edərdi...
Ancaq Əsədlər Colanı da qaytara bilmədilər .Suriya xalqı özünü bu rejimə borclu saymır...."
Mətləb