Suriyanın ən dəhşətli dövrü başladı....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "İndi sual o deyil ki, Əsəd rejimi bitəcək, ya yox. Əsəd rejimi bitib. İndi sual odur ki, Bəşər Əsəd rejiminin süqutundan sonra bölgə necə olacaq? Suriyanın Türkiyəyə münasibəti necə olacaq? Suriyanın Rusiyaya münasibəti necə olacaq?Suriya - İran münasibətləri necə olacaq? Suriyanın özünün dövlət quruluşu necə olacaq?
Təzə bir monarxiyanın yaranma şansları yoxdur. Demokratik rejimin yaranması üçün isə həm xarizmatik, həm demokratik, həm də avtoritarlıq gücü olan lider Suriya siyasətində hələlik yoxdur....Sonra?...
Suriya öz tarixində ən mürəkkəb dövrə daxil olur..."
Mətləb