"Bizə demokratiya dərsi verməyə çalışanlara bu dərsi verəcək vəziyyətdəyik" - TBMM rəsmisi
Ermənistanın 30 illik işğalından sonra Azərbaycan bütün torpaqlarında ərazi bütövlüyünü bərpa edib. Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir müddət əvvəl parlament seçkiləri ilk dəfə bütün suveren Azərbaycan torpaqlarında keçirilib: "Hər yerdə seçki qutularının qurulduğu, millətin sözünün hər yerdə söyləndiyi və təmsil edildiyi bir damın altındayıq. Bizə demokratiya dərsi verməyə çalışanlara demək istəyirəm ki, biz bu dərsi verəcək vəziyyətdəyik. Çünki parlamentarizm tariximiz çox qədimdir”.