KÖHNƏ VERSİYA            

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirildi - FOTO

Image

Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.

Parlamentin sədri bu konfrans çərçivəsində aparılacaq müzakirələrin faydalı olacağına inamını ifadə edib. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışan Sahibə Qafarova 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan parlamentinin ilk iclası 106 il əvvəl məhz dekabrın 7-də keçirilib.

Qeyd edilib ki, müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı. Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərsə də, həmin dövr ərzində 145 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinin parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldığını deyən S.Qafarova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının ilə ölkəmizdə sabitliyin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

S.Qafarova, həmçinin ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığını, təxribatlar həyata keçirildiyini, lakin onların nəticəsiz qaldığını vurğulayıb.

Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay çıxış edərək, Azərbaycan parlamentinin 106-cı ildönümü münasibətilə təbriklərini və xoş arzularını çatdırıb. O, Azərbaycan parlamentinin öz fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu qeyd edib. Eyni dilə, dinə, mədəniyyətə mənsub Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Türkiyənin hər zaman, o cümlədən 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini, ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin vacibliyini vurğulayıb. Fuat Oktay dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daim mövcud olacağına əminliyini söyləyib.

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında Azərbaycan parlamentinin tarixi günü ilə bağlı xoş arzularını söyləyib, müsəlman Şərqinin ilk demokratik respublikasının parlamentinin mühüm işlər gördüyünü deyib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək, ölkəmizin Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini məmnunluqla vurğulayıb. Şamil Ayrım Azərbaycanın regionda və dünyada rolunun artdığını vurğulayaraq, ölkəmizin bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdiyini, o cümlədən bu yaxınlarda yüksək səviyyədə təşkil olunmuş COP29 Konfransının qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfələr verdiyini qeyd edib.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq bildirib ki, vaxtilə öz yurdlarından didərgin düşmüş azərbaycanlılar beynəlxalq hüquq normalarına uyğun olaraq öz evlərinə qayıtmalıdırlar.

Parlamentlərimiz arasında münasibətlərin gücləndiyini deyən Şamil Ayrım Azərbaycan parlamentarizminin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. O, parlament dostluq qrupları çərçivəsində əlaqələrin təqdirəlayiq olduğunu deyib, parlament komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən bəzi deputatlar müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin Azərbaycanda elan edilməsi ilə həm də ölkə tarixində parlamentarizmin əsasının qoyulduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara səsvermə hüququ verilib. Bu baxımdan Azərbaycan parlamentinin öz yeri, rolu və ənənələri var.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Milli Məclisə rəhbərliyi dövründə onun ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasında və parlament mədəniyyətinin təkmilləşdirilməsində misilsiz xidmətləri olub. Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunub saxlanılması, onun dayanıqlı inkişafının təmin edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi sahəsində qanunların hazırlanıb və qəbul edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Deputatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində təqdirəlayiq uğurların əldə edildiyini, sabitliyə, tərəqqiyə nail olunduğunu, ölkəmizin beynəlxalq miqyasda söz sahibi olduğunu vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan parlamenti ümummilli məqsədlərin həyata keçirilməsində dövlət başçısını dəstəkləmək üçün bütün imkanlarını səfərbər edib.

Beynəlxalq konfransda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Qazaxıstan parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali, Özbəkistan Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova, Tacikistan Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Gülzoda, TBMM-in Cümhuriyyət Xalq Partiyası Qrupunun sədr müavini Murat Emir, İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi, Belarus Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələləri üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasilyev, Gürcüstan parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev, TBMM-in Milliyyətçi Hərəkat Partiyası Qrupunun sədr müavini Filiz Kılıç, Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen, TBMM-in Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel, Qırğızıstan Joqorku Keneşinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Səidbek Zulpuyev, TBMM-in Rəqəmsal Media Komissiyasının sözçüsü Zeynep Yıldız, TBMM-in üzvü Süreyya Öneş Derici, Pakistan Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari, TBMM--in üzvü Kürşad Zorlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək fikirlərini bölüşüblər.

Qonaqlar Azərbaycan parlamentinin fəaliyyətini, parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndiriblər.

Xarici ölkələrin parlamentariləri ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnunluqlarını ifadə ediblər. Ölkəmizin beynəlxalq məsələlərlə bağlı uğurlu siyasət yürütdüyünü söyləyiblər. Onlar təmsil etdikləri ölkələrin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyiblər. Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Ölkəmiz tərəfindən mədəniyyətlərarası, dinlərarası dialoqun təbliği sahəsində mühüm addımlar atılıb. Qeyd edilib ki, bu gün Azərbaycanda multikulturalizm ənənələri formalaşıb. Bakıda keçirilən bir çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

12.01.2025 | 22:57
Polşa Moskvaya gedən Slovakiya deputatlarının təyyarəsinə yol vermədi...

12.01.2025 | 22:35
Slovakiya ilə Ukrayna arasında gərginlik artır - Fiko Zelenskini “dilənçi, şantajçı” adlandırdı...

12.01.2025 | 22:09
İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...

12.01.2025 | 19:07
Co Bayden çərşənbə günü vida nitqi söyləyəcək

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031