Əsəd bu dəfə də gözləmədiyi yerdən vuruldu – Dəməşqi ələ keçirmək üçün ikinci cəbhə açıldı…
Son hadisələr göstərir ki, Suriyada 13 ildir davam edən qeyri-sabit vəziyyət Əsəd rejiminin süqutuna doğru gedir. Türkiyənin Suriyanın Hatay sərhədində yerləşən İdlib şəhərinin böyük hissəsini nəzarətdə saxlayan müxalif qüvvələr noyabrın 27-də başlatdığı əməliyyatla qısa müddətdə bütün İdlibi ələ keçirib.
Müxaliflər Hələb və Hama şəhərlərini də ələ keçirdikdən sonra irəliləyə başlayıblar və cənubda Homs şəhərinə giriblər. Əsəd rejiminə qarşı böyük üstünlük qazanan müxaliflərin Homsdan sonra hədəfi 170 kilometr uzaqlıqdakı paytaxt Dəməşq olacaq.
Əsəd rejiminin şimaldan quracağı müdafiə xətti Dəməşqi necə müdafiə edəcəyi bəlli olmasa da, artıq qüvvələrini parçalayacağı dəqiqdir. Məlumatlara görə, müxaliflər Suriyanın ən cənub bölgəsindəki Dəradan ikinci cəbhə açıblar və Dəməşqə cənubdan da hücum başlayacağı gözlənilir. Şimaldan Homs və cənubdan Dəra şəhərləri arasında yerləşən Dəməşqə hücum strategiyası isə Əsəd rejimini qüvvələrini iki cəbhəyə bölmək məcburiyyətində qoyacaq.
Hama əməliyyatını “Zənciri qırmaq üçün müharibə” adlandıran müxalif silahlı qruplar hədəflərinin Dəməşq olduğunu bəyan ediblər.
Bu arada, İsrail isə Suriyada vəziyyətin nəzarətdən çıxma təhlükəsinə görə, Qolan bölgəsinə ordu yığmağa başlayıb. Rusiya isə öz vətəndaşlarını təcili olaraq Suriyanı tərk etməyə çağırıb.
TAHİR