KÖHNƏ VERSİYA            

Ermənilər xalis türk xəttat Səfiyəddin Urməvini də farslaşdırır...

Image

Hafiz Cabbarov: “Səfiyyədin Urməvinin “fars” olduğu barədə deyilənlər əsassızdır və o, Azərbaycan türküdür, xalqımızın mədəniyyətinin görkəmli nümayəndəsidir”

Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, bizim başqa xalqın mədəni dəyərlərinə heç bir ehtiyacımız yoxdur. Eləcə də başqa millətin nümayəndəsi olan hansısa tarixi şəxsiyyəti, bilim adamını, musiqiçini, filosofu öz adımıza çıxmağa adət etməmişik, bu bizə xas  xüsusiyyət deyil. 

Başqasının mədəni irsinə, tarixi şəxsiyyətlərinə iddia etmək, onları öz adlarına çıxmaq ermənilərə xas xəstəlikdir. Amma onlar bunu dərk etmək istəmirlər və öz adlarını bizə qoymaq, öz saxtakar əməllərini bizim ayağımıza yazmaq istəyirlər. Dəfələrlə bu halın şahidi olmuşuq. Adəmdən, Nuhdan, II Tiqrandan, daha neçə-neçə tarixi və mifik simalardan tutmuş az qala müasirlərimizə qədər çoxlarını onlar “erməni” adlandırırlar. Bundan utanmaq əvəzinə bizi Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvini, yəni əslən Güney Azərbaycandan olan böyük alim, musiqiçi, musiqi nəzəriyyəçisi, xəttat Səfiyyədin Urməvini azərbaycanlılaşdırmaqda ittiham edirlər. Guya Səfiyyədin Urməvi milliyyətcə “farsdır”, biz onu azərbaycanlı kimi qələmə veririk. Guya Azərbaycan təkcə erməni deyil, İran “mədəniyyətini və tarixini də mənimsəyir”. 

Doğrudan gülünc iddia və ittihamdır. Ermənilər niyə anlamaq istəmir ki, Urməvi gerçək bir Azərbaycan türküdür və türk də türk adlandırılmalıdır? Güney Azərbaycanda doğulan və öz istedadı və zəkası ilə bütün Şərq aləminə günəş kimi nur saçan Urməvini “fars” adlandırmağın özü günahdır, tarixi gerçəyin təhrif edilməsidir. 

Böyük musiqiçi, alim və xəttatın doğulduğu, böyüdüyü Urmiya vilayəti, şəhəri bugünkü İran ərazisində yerləşir, amma nə ermənilər, nə də onlar kimi düşünən panfarsistlər unutmasınlar ki, Urmiya qədim türk şəhəridir və burada bizim milli mədəniyyətimizin, yaşam, həyat tariximizin canlı nümunələri var. O da məlumdur ki, Azərbaycan dövlətçiliyinin ilk təməllərinin atıldığı ərazilərimizdən biri məhz Güney Azərbaycanın Urmiya şəhəri olub. Bu gün panfarsistlərin, molla rejiminin və ermənilərin apardıqları yanlış təbliğata, mövcud İran hakimiyyətinin Urmiyanın əhali tərkibini dəyişmək cəhdlərinə baxmayaraq, ora Güney Azərbaycandır, türklərin torpağıdır.  

Türk oğlu   Urməvi də 1216-cı ildə bu torpaqda doğulub. İbtidai təhsilini öz vətənində alıb, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənib. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirib. 

Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi tanıdıb. Bütün Şərq aləmində ünlü sənətkar kimi ad çıxarıb, bir çox musiqişünaslar onun şagirdləri olub.  Məşhur Azərbaycan musiqişünası (XIII–XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olub. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.

Ermənilər bütün bunları bildikləri halda yenə öz köhnə bayatılarını çağırırlar ki, Urməvi əsərlərini fars və ərəb dillərində yazıb və guya bu halda o azərbaycanlı ola bilməz. İddia edirlər ki, guya biz  Urmiyanın hazırda İranın Qərbi Azərbaycan əyalətində yerləşməsini əsas götürərək Urməvinin azərbaycanlı olduğunu deyirik. Onu da iddia edirlər ki, Urməvinin qeydlərində Azərbaycanın adı yoxdur və o, heç vaxt Azərbaycan dilində yazmayıb. Guya o vaxt, yəni XIII əsrdə Azərbaycan xalqı, belə bir dil, dövlət olmayıb. Guya olmayıb... Burda deyirlər ki, ay saxtakar, sən öz adını kimə qoymaq istəyirsən? Azərbaycan türkü də, Azərbaycan tükcəsi də, Azərbaycan dövlətləri də olub. Amma o çağlarda erməni və Ermənistan olmayıb, erməni dili yüz dilin qarşığından yaranan hibrid bir nəsnədir, erməni əlifbası, bayrağı belə oğurluqdur, qurduqları dövlət də Azərbaycan ərazisində yerləşir. Bundan artıq saxtakarlıq ola bilər? 

Bizi Urməvini azərbaycanlılaşdırmaqda ittiham edən erməni alimləri, erməni mediası Urməvinin “fars” olduğuna dair hansısa bir mənbə göstərə bilərmi? Qətiyyən. Çünki bütün mənbələrdə onun Güney azərbaycanlı, bir türk olduğu bilinir. Bütün dünya Urməvini Azərbaycan türkü olaraq tanıyır və qəbul edir. Biz özümüzün olana sahib çıxırıq, özümüzün olmayana heç vaxt iddia etməməşik. Böyük şairimiz demişkən, farsın Xəyyamı var, Firdovsisi var...Normalda onun bizim Urməvimizə, Nizamimizə ehtiyacı olmamalıdır, amma görsənən odur ki, erməni mediasını Urmənini farslaşdırmağa həvəsləndirən elə panfarsistlərdir, yoxsa onlar Urməvini nə tanıyırlar. Yəqin molla rejimi Nizami kimi Urməvini də “farslaşdırmaq” istəyir, amma təbii ki, bu cəhdi də uğursuz olacaq.

Yeri gəlmişkən, Azərbaycanın xalq rəssamı Elmira Şaxtaxtinskaya Azərbaycanın görkəmli musiçilərinin portretlərini (plakat) işləyib və bu əsərlərdən biri məhz böyük Azərbaycan musiqiçisi Səfiyyədin Urməviyə həsr olunub.   

Onlar  bu məsələdə də Azərbaycan xalqına qısqanc yanaşır və düşmən münasibətlərini nümayiş etdirirlər”

Azərbaycan tarixi dərsliklərinin müəlliflərindən biri olan, tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, Urməvinin fars olduğunu iddia etmək yanlışdır, özü də böyük tarixi yanlışlıq. “Ermənilər hər zaman olduğu kimi yenə də yalan və iftira, eyni zamanda da tarixi gerçəkliyin inkar edilməsi ilə məşğuldurlar. Bunlar tarixən bu sahə üzrə “peşəkarlaşıblar”. Çünki onların öz real tarixi olmadığı üçün həm başqa xalqların tarixini mənimsəyirlər, həm də digərilərinə mənsub tarixi kiçiltməyə çalışırlar. 

Ümumiyyətlə, Azərbaycan xalqının zəngin tarixi, mədəni irsi var və xalqımız ən qədim zamanlardan mədəniyyətin müxtəlif sahələrində böyük irs yaradıb, bu proses davam edib. Bu irs ona görə qədimdir ki, Azərbaycan xalqının dövlətçilik tarixinin özü də qədimdir. Dövlətçilik tarixi qədim olan xalq özünəməxsus mədəniyyət də yaradır”. 

Ermənilərin iddiasının heç bir fakta, əsasa söykənmədiyini deyən H.Cabbarov qeyd etdi ki, bu cür dezinformasiyalar onların bizə düşmən siyasətindən irəli gəlir. “Səfiyyədin Urməvi XIII-XIV əsr Azərbaycan musiqisinin ən görkəmli nümayəndələrindən biridir. Cənubi Azərbaycanın Urmiya bölgəsində anadan olub və onun təxəllüsü də bunu təsdiqləyir. Urmiya da Azərbaycan türklərinin qədim dövlərdən yaşadığı ərazilərdən biri olub. Bu dövrdə Səfiyyədin Urməvi ilə yanaşı Əbdülqadir Marağayi də Azərbaycan türküdür, Azərbaycan musiqiçisidir. Hər ikisi Azərbaycan musiqisinin yaranmasında və inkiışıfında mühüm rol oynayıb. 

Yeri gəlmişkən, Azərbaycan mədəniyyəti həm də qonşu xalqların mədəniyyətinə təsir edib. Əbdülqadir Marağayi həm də Osmanlı musiqinin yaranmasına və inkişafına böyük təsir göstərib. Osmanlı dövrünün ən böyük araşdırmaçılarından biri olan Halil İnalcıq bildirir ki, Osmanlıda klassik musiqinin əsasını Azərbaycan türkü olan Əbdülqadir Marağayi qoyub. Mövzudan uzaq düşməyək. Marağayini niyə dedim? Çünki Marağayi və Urməvi XIII-XVI əsr görkəmli Azərbaycan musiqiçiləri olublar. Onlar bir Azərbaycan türkü olaraq xalqımızın mədəniyyətinin inkişafında böyük xidmət göstərib, həmçinin onların zəngin irsi qonşu xaqlarının mədəniyyətinə də təsir göstərib. 

Bir sözlə, onlar (ermənilər)  bu məsələdə də Azərbaycan xalqına qısqanc yanaşır və düşmən münasibətlərini nümayiş etdirirlər. Səfiyyədin Urməvinin “fars” olduğu barədə deyilənlər əsassızdır və o, Azərbaycan türküdür, xalqımızın mədəniyyətinin görkəmli nümayəndəsidir”.

H.Cabbarov vurğuladı ki, bu gün tarix dərsliklərində Azərbaycanın mədəniyyət tarixinin görkəmli simaları olan S.Urməvi və Ə.Marağayi barədə məlumat verilib və onların irsi şagirdlərimizə öyrədilir.  

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

12.01.2025 | 23:16
Tramp-Putin görüşünə hazırlıqlar başladı - ilk addım yaxın günlərdə atıla bilər...

12.01.2025 | 22:57
Polşa Moskvaya gedən Slovakiya deputatlarının təyyarəsinə yol vermədi...

12.01.2025 | 22:35
Slovakiya ilə Ukrayna arasında gərginlik artır - Fiko Zelenskini “dilənçi, şantajçı” adlandırdı...

12.01.2025 | 22:09
İranı korrupsiya qalmaqalı bürüdü - neft və əczaçılıq sahələrində milyardlarla dollar necə yoxa çıxıb...

12.01.2025 | 19:07
Co Bayden çərşənbə günü vida nitqi söyləyəcək

12.01.2025 | 14:35
Putin Trampdan NATO-nu şərq sərhədlərindən çəkməsini istəyəcək...

12.01.2025 | 14:14
"Şahdənizdən" Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayanması ətrafında çox həssas durum var...

12.01.2025 | 13:20
Biləsuvarda narkokuryer külli miqdarda narkotik və həblərlə yaxalandı...

12.01.2025 | 12:38
ABŞ-dakı yanğınlarla bağlı iddia - Xilasedicilər varlıların iqamətgahlarının yerləşdiyi ərazilərə yönəldilir...

12.01.2025 | 12:12
İrandan meşə yanğınları ilə bağlı ABŞ-a sürpriz təklif - yardım göndərməyə hazırıq...

12.01.2025 | 11:54
Sumqayıtda avtomobildə baş verən yanğında 1 nəfər yanaraq ölüb

12.01.2025 | 11:23
Bakıda avtomobillərə qənim kəsilən 2 oğru yaxalandı

11.01.2025 | 21:52
Türkiyə ordusu Suriyaya girir - geri sayım başladı...

11.01.2025 | 21:36
Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

11.01.2025 | 21:09
Proses başladı - Türkiyədə 14 millət vəkilinin toxunulmazlığı ləğv edilir...

11.01.2025 | 21:04
Yazıçı Gülzar İbrahimovanın Ağdaş və Zərdab rayonlarının oxucuları ilə görüşləri keçirildi

11.01.2025 | 19:19
"Seymur Talıbov 3,1 milyon manat "şapka pulunu" cəzasız yeyə bilər"(?) - 144 milyonun kimə çatdığı hələ bir yana...

11.01.2025 | 18:07
Makron Azərbaycandakı fransız şirkətlərini ilginc duruma saldı...

11.01.2025 | 17:38
Bayden təhlükəni etiraf etdi - Los-Anceles yanğınlarında ölənlərin sayı artacaq...

11.01.2025 | 17:12
SOCAR Türkiyədə 2 şirkəti niyə satdı? - ilginc məqamlar var...

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031