KÖHNƏ VERSİYA            

Neft bazarı “qaynayır”, dünyanın maliyyə institutları fantastik qiymətlərdən danışır...

Image

Beynəlxalq iqtisadi dairələr  Yaxın Şərqdəki münaqişənin artıq neft qiymətlərinə getdikcə daha çox təsir etdiyini açıqlayıb. Gözlənilən İsrail-İran savaşı fonunda qiymətlərin daha da yüksələcəyi proqnozlaşdırılır. Yeni qiymət artımı ABŞ prezidenti Cozef Baydenin Vaşinqtonun İsrailin İranın neft obyektlərinə mümkün hücumunu müzakirə etdiyini etiraf etməsi səbəbindən özünü daha qabarıq göstərir. 

Mütəxəssislər artıq bu halda neftin nə qədərə başa gələcəyini hesablayırlar və fərqli rəqəmlər səslənir: bir barrel üçün 100, 150, 200 dollar. Bu, həm OPEC+ təşkilatında birləşən ən böyük təchizatçıların, həm də ABŞ-da şist nefti istehsalçılarının istədiləri rəqəmlərdən daha yüksəkdir. Ancaq belə bir artım eyni zamanda bazar balansının pozulmasına, qlobal enerji böhranına səbəb olmaq iqtidarındadır. Neft bazarı Yaxın Şərq münaqişəsinin daha da genişlənməsi xəbərləri fonunda sözün əsl mənasında qaynayır. Yuxarıda qeyd olunduğu kimi, ABŞ prezidenti Cozef Bayden açıqlaması ilə sanki alova benzin töküb. Jurnalistlərlə ünsiyyətlərindən birində Vaşinqtonun İsrailin İrandakı neft obyektlərinə zərbə endirməsinə dəstək olub-olmayacağı ilə bağlı suala cavab olaraq Bayden bu mövzunun müzakirə edildiyini bildirib. Bayden jurnalistlərə bildirib ki, İsrail İrana qarşı hansı cavab zərbəsinin ardınca getməsi ilə bağlı hələ yekun qərar verməyib. Lakin Baydenin fikrincə, İsrailin İrandakı neft yataqlarına hücum etmək əvəzinə bəzi alternativ variantları düşünməsi daha yaxşı olardı. Bununla belə, bu gün hipotetik alternativlərlə bağlı yayılan fərziyyələr, yumşaq desək, heç də az qorxulu deyil. Bütün bu açıqlamaları nəzərə alan Qərb analitikləri İsrailin İranın neft obyektlərinə hipotetik hücumu zamanı “Brent” markalı neftin qiymətinin nə qədər sıçrayacağını hesablamağa başlayıblar. Məsələn, “Goldman Sachs” hesab edir ki, gələn il “Brent” neftinin qiyməti 100 dollara qədər qalxa bilər. “Fitch” analitikləri Yaxın Şərqdə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə “Brent” markalı neftin qiymətinin potensial olaraq hətta 150 dollara çatacağını bildirib. İsveçin SEB bankının əmtəə analitikləri bir barrel üçün 150 dollar olan həddin növbəti mərhələdə daha da ekstremal qiymətə, 200 dollara çata biləcəyini bəyan edirlər. Xüsusən də münaqişə halında İranın Hörmüz boğazını bağlayacağı təqdirdə neft qiymətlərində belə güclü sıçrayış gözlənilir. Eskalasiyanın ən pis ssenarilərindən biri İranın hər gün dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazını bağlamasıdır. “BCS World of Investments” şirkətinin eksperti Lyudmila Rokotyanskaya da qeyd edib ki, regiondakı digər iki darboğaz Süveyş kanalı və Bab əl-Məndeb boğazıdır.  Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, barrel üçün 150-200 dollar səviyyəsi OPEC+ qurumuna daxil olan ən böyük təchizatçıların ehtiyaclarını tam ödəyə bilər. ABŞ-ın şist nefti istehsalçıları da bundan faydalanacaqlar. “Bloomberg” analitiklərinin əvvəllər bildirdiyi kimi, ABŞ-ın şist sənayesi bütün yataqlarda, o cümlədən bahalı yataqlarda hasilatın xüsusiyyətlərini nəzərə alaraq, bir barel üçün ən azı 86 dollar qiymət səviyyəsini tələb edir.

Bu arada Amerikanın “Wall Street Journal” nəşri mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı nümayəndələri kifayət qədər kobud şəkildə digər istehsalçılara xəbərdarlıq ediblər ki, razılaşdırılmış hasilatın azaldılmasına əməl etməsələr, neftin qiyməti 50 dollara düşəcək. Aydınlaşdırıldığı kimi, bu bəyanat digər dövlətlərin razılaşmalara əməl etmədiyi təqdirdə krallığın həqiqətən qiymət müharibəsinə başlamağa hazır olduğuna dair üstüörtülü təhlükə kimi qəbul edilib. Lakin sonra OPEC bu məlumatı təkzib etdi. Bundan əlavə, ötən həftə keçirilən OPEC+ monitorinq görüşündə avqust və sentyabr ayları üzrə razılaşmanın yüksək səviyyədə icra olunduğu qeyd edilib. Rusiya baş nazirin müavini Aleksandr Novak bu xüsusda bildirib: “Müəyyən səbəblərdən neft hasilatı üzrə öhdəliklərini yerinə yetirməyən ölkələr dünya bazarlarına həddən artıq çıxarılan həcmlərə görə kompensasiya cədvəllərini təqdim ediblər. Və tədricən bu cədvəllər azalma istiqamətində kompensasiya ediləcək”. Qeyd edək ki, söhbət Rusiyadan da gedir. Bundan əlavə, OPEC+ nazirlərinin monitorinq komitəsi neft hasilatının azaldılması üzrə sazişin cari parametrlərinə sadiqliyini təsdiqləyib. Növbəti iclas dekabrın 1-nə təyin edilib. Novak etiraf edib ki, bir tərəfdən bazar Yaxın Şərqdəki vəziyyətə kifayət qədər kəskin reaksiya verir.  Lakin digər tərəfdən, baş nazirin müavininin fikrincə, bütövlükdə Yaxın Şərqdəki münaqişənin özü artıq qismən qiymətə daxil edilib: “OPEC+ təşkilatının əlaqələndirilmiş tədbirləri olmasaydı, neft qiymətlərində ciddi disbalans yaranardı və bu, qlobal enerji böhranına səbəb olardı”. Rusiyanın VEB İnstitutunun analitiklərinin dərc etdiyi proqnoza əsasən  2030-cu ilə qədər OPEC+ üzvü olan ölkələr qiymətlə bağlı aktiv siyasət yürütməyə davam edəcəklər. VEB İnstitutu aydınlaşdırıb ki, “Brent” neftinin qiymətləri yaxın üç-dörd il ərzində bir barrel üçün 80-90 dollar diapazonunda dəyişəcək, real olaraq nisbətən sabit qalacaq.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031