KÖHNƏ VERSİYA            

İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

Image

Faiq Ələkbərli: “Molla rejimi terrorçunu cəzalandırmaqda və ədalətin bərpa edilməsində maraqlı deyil”

2023-cü il yanvarın  27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu baş verdi. Hadisənin üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də İran terror aktını törədən Yasin Hüseynzadəyə layiqli cəza verməyib. Onunla bağlı edam hökmünün çıxarıldığını bəyan etsələr də, hələ bu hökm icra olunmayıb. 

Bir sözlə, molla rejimi cinayətkarı cəzadan yayındırmaq üçün bütün resurslarını işə salıb. Təbii ki, bu da Azərbaycan tərəfini ciddi narahat edir və ölkəmiz İrandan cinayətkarın cəzalandırılmasını tələb edir. 

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində İran-Azərbaycan münasibətləri barədə danışarkən səfirliyimizə hucumla bağlı məsələyə də toxunub. Bu barədə Prezident Əliyev deyib: “...Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki, istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb müsahibə verir. O hadisədən iki il keçir. Bugünə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma bu hadisədən iki il keçməsinə baxmayaraq, bu nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib”.

İran niyə bu işi uzadır? Niyə birdəfəlik bu işi həll etmir?

“Əks halda proses çoxdan başa çatmalı və cinayətkar çoxdan cəzalandırılmalı idi, amma bunu görmürük”

AMEA-nın Sosiologiya və Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan ötən illər ərzində   İranla münasibətlərini nə qədər səmimiyyət və obyektivlik üzərində qurmağa çalışsa da, bunun qarşılığını görə biməyib. “Rəsmi Bakı mümkün olduğu qədər rəsmi Tehrana münasibətdə daha şəffaf, daha obyektiv siyasət yürüdüb və yürütməkdə də davam edir. Ancaq bir çox hallarda İran adlanan ölkə nəinki bu məsələlərdən ciddi şəkildə kənara çıxmalara yol verir, hətta açıq şəkildə Azərbaycanın əleyhinə işlər görməkdən belə çəkinmir. Yəni məsələnin əsas mahiyyətini bunda görmək lazımdır. Bu baxımdan, iki il əvvəl Azərbaycanın Tehrandakı səfirliyində baş verənlərin böyük bir terror cinayəti olduğu hər kəsə bəllidir. Bu cinayətin arxasında duranların da kimliyini bilirik. İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarını həzm edə bilməyən rəsmi Tehran aşkar Azərbaycanı təhdid etdi və ölkəmizin Tehrandakı səfirliyinə terror hücumu təşkil edərək bu prosesin arxasında dayandı”.

F.Ələkbərlinin fikrincə, bu məsələni Azərbaycan Prezidentinin bu şəkildə səsləndirməsi də təsadüfi deyil. O qeyd etdi ki, Prezident Əliyev əvvəlki dövrdə də Tehran hakimiyyətinə bu və digər şəkildə öz xəbərdarlığını edib, mesajlarını ötürüb, bu rejimin yanlış yolda olduğunu ifadə edib. “Ancaq görünür, bu mesajlardan, xəbərdarlıqlardan rəsmi Tehran nəticə çıxarmaq istəmir. Prezident öz müsahibəsində Tehran rejiminin mahiyyətini bir daha ifşa etdi. Burda məsələ təkcə Tehrandakı səfirliyimizə qarşı baş verən xain terror hucumu deyil, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı vaxtda İranın addımlarına, qanunsuz, qeyri-hüquqi davranışlarına da aydınlıq gətirdi. Prezident eyni zamanda Tehrandakı səfirliyimizdə terror törədən şəxsin İran hökuməti tərəfindən cəzalandırıldığını, bunun isə gerçəklikdə reallaşmamasını dilə gətirdi. Tehran rejimi səfirliyimizə hücum edən terrorçunun cəzalandırılması məsələsini müxtəlif bəhanələrlə uzatmaqla, gah edam qərarını elan etməklə, gah da işi yenidən məhkəməyə göndərməklə əslində o canini himayə etdiyini göstərmiş olur. Molla rejimi terrorçunu cəzalandırmaqda və ədalətin bərpa edilməsində maraqlı deyil. Əks halda proses çoxdan başa çatmalı və cinayətkar çoxdan cəzalandırılmalı idi, amma bunu görmürük. Günü-gündən səbəbsiz yerə proses uzadılır”.

F.Ələkbərlinin vurğuladığına görə, Prezident Əliyev rəsmi Tehrana göstərir ki, Azərbaycan öz siyasətində yeni addımlar atacaq, yəni İranın yanlış siyasətinə qarşı əvvəlki kimi dözümlü münasibət göstərməyəcək, molla rejiminin addımlarına qarşı müvafiq addımlar atılacaq. “Bir tərəfdən İran Tehrandakı səfirliyimizə hücum edən terrorçunu himayə edir, o biri tərəfdən işğalçı Ermənistanı dəstəkləyir, son zamanlar hansısa əyalət mollası Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hədyanlar yağdırır, bu da   bizim səbr kasamızı daşırır. Ona görə də, mənə elə gəlir ki, Prezident İlham Əliyevin təbirincə desək, artıq rəsmi Bakı daha sərt addımlar atmalı olacaq. Hesab edirəm ki, İranla münasibətlər əvvəlki şəkildə olmayacaq. Prezidentin bu mesajları ilə bağlı əgər rəsmi Tehran müvafiq addımlar atmayacaqsa, Tehrandakı səfirliyimizdə silahlı terror törədən öz layiqli cəzasını almayacaqsa, Ərdəbilin imam-cüməsi dövlət səviyyəsində cəzalandırılmayacaqsa, o zaman rəsmi Bakının addımları buna uyğun olacaq. Dövlət başçısı yeni bir mərhələnin işarəsini verdi. Azərbaycan geriyə addım atmayacaq, hansısa güzəştli mövqe tutmayacaq. Əksinə, biz daha çox müdafiə olunmaqdan hücum etmək müstəvsinə keçməliyik. Əlbəttə, bu məsələdə dünya azərbaycanlılarının, İran adlı ölkədə yaşayan soydaşlarımızın da bizim üçün sözün həqiqi mənasında bir güc mənbəyi olduğu bəllidir. Onlar artıq Təbrizdə Azərbaycan və Türkiyə prezidentlərini müdafiə edən posterlər qoyur, sloqanlar, şüarlar  paylaşırlar. Bu onu göstərir ki, güney azərbaycanlılar da bizimlə birgə molla rejiminə öz yerini göstərməyə çoxdan hazırdırlar” - deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031