KÖHNƏ VERSİYA            

Qəzza müharibəsi Cənubi Qafqazı da təhdid edir...

Image

Məlum olduğu kimi, Yaxın Şərq indiyədək gördüyü ən böyük böhranla üz-üzədir. Belə ki, İranla İsrail arasında tammiqyaslı savaş başlaya və bütün bölgəni münaqişəyə sürükləyə bilər. Xatırladaq ki, Fələstinin HƏMAS qrupunun siyasi lideri İsmail Haniyənin iyulun 31-də Tehranda qətlə yetirilməsi bölgədəki gərginliyi aşırı həddə çatdırıb.

Ekspertlər deyir ki, İran, söz verdiyi kimi, İsrailə hərbi cavab verərsə, tammiqyaslı müharibə başlaya, İranla onun bölgədəki proksiləri İsrail və ABŞ-yə qarşı döyüşə bilər. İsraildə fəaliyyət göstərən Milli Güvənlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Tsimmt qeyd edir: “Bu, məncə, ilk dəfədir ki, gerçəkdən potensial tammiqyaslı regional qarşıdurma istiqamətində gedirik”. Haniyənin qətlindən bəri bütün bölgə İranın İsrailə cavabını gözləyir. İranın ali dini rəhbəri Ayətullah Əli Xamnei bu hücuma hərbi cavab veriləcəyini vəd edib. Gələn xəbərlərə görə,  artıq hərbi cavab verilməsi qərarını təsdiqləyib. Haniyənin qətlindən cəmi bir neçə saat öncə İsrail Beyrutda Livanın İran dəstəkli ekstremist “Hizbullah” təşkilatının yüksək rütbəli komandirini öldürüb. Bundan öncə də İran İslam İnqilab Keşikçiləri Korpusunun bir üzvü İsrailin hava zərbəsilə öldürülüb. Apreldə - Tehranın İsrailə ovaxtadək misli görünməmiş hava hücumundan sonra İran və İsrailin savaşın astanasında olduğu düşünülürdü. Bu hücumdan bir neçə gün sonra İranın mərkəzində yerləşən İsfahan şəhərində bir hərbi baza vuruldu. Bu hücumu İsrailin gerçəkləşdirdiyi düşünülür. İranın hücumu isə aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinə, yeddi iranlı komandirin qətli ilə nəticələnən hücumuna cavab idi. Ekspertlər deyir ki, Haniyənin İran ərazisində qətlinə Tehranın cavabı aprel hücumundakından daha sərt ola bilər. Raz Tsimmt deyir ki, İran və onun “dirəniş oxundan” – Tehranın bölgədəki pərakəndə silahlı qrup və proksilər şəbəkəsindən, İsrailə qarşı birləşmiş, mərkəzdən yönəldilən hücumun şahidi olacağımız ehtimalı apreldəkindən xeyli çoxdur: “Mənə elə gəlir ki, bu, durumu xeyli çətinləşdirir, axı İran və “Hizbullah”ın hücum nəticələri, çox güman, apreldə baş verənlərdən daha ağır olacaq. Bu da bizi regional hərbi kampaniyanın mümkün olduğu qənaətinə yaxınlaşdırır”. İsrailin Qəzzaya qarşı dağıdıcı savaş başlatmasından bəri “Hizbullah”, eləcə də İraq, Suriya və Yəməndəki İran dəstəkli silahlı qruplar ona qarşı hücumlar gerçəkləşdirib. İsrailin Qəzzaya qarşı müharibəsi isə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum edərək 1200-dək dinc sakini öldürməsinə cavab idi. Almaniyanın Beynəlxalq və Güvənlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, hətta apreldən sonra İranın İsrailə qarşı düşmənçiliyi azalmış olsa da, iki düşmən tərəf arasında birbaşa qarşıdurmanın növbəti fazası yalnız zaman məsələsi idi: “Bu, bəlkə də son bir neçə ildə bölgədə ən təhlükəli andır”.

İran israrla gərginliyi artırmağa çalışmadığını, ancaq İsraili vurmaq üçün legitim hüququ olduğunu deyir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirir: “Biz öz ərazi bütövlüyümüzlə bağlı heç bir güzəştə getməyəcəyik”. İranla İsrail arasında başlaya biləcək birbaşa savaş bütün bölgəni, o sıradan Livandakı “Hizbullah” qrupu, Yəməndəki husilər və İraqdakı iranyönümlü silahlılar da daxil, Tehranın proksi müttəfiqlərini də münaqişəyə sürükləyə bilər. Bölgədə baş verən hər hansı münaqişə İsrailin əsas müttəfiqi olan ABŞ-ı da hərbi fəaliyyətə cəlb edə bilər. ABŞ artıq bölgəyə əlavə döyüş gəmiləri və təyyarələri göndərib. Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaez deyir ki, Tehranın verdiyi siqnallar onun daha ciddi nəticələri olan daha böyük cavab vermək niyyətində olduğunu göstərir: “İranın potensial hücumu ciddi zərər və itkilər doğurarsa, eskalasiya silsiləsini dayandırmaq qat-qat çətinləşəcək”. Bu arada CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıl ki, Livanın “Hizbullah” hərəkatı İranın addımlarından asılı olmayaraq yaxın günlərdə İsrailə zərbələr endirə bilər. Mənbələrin fikrincə, “Hizbullah” İsrailə qarşı əməliyyat keçirmək baxımından İrandan daha yaxındadır, ona görə də qısa müddət ərzində hücum edə biləcək. Mənbələr həmçinin “CNN”ə bildiriblər ki, hərəkat, İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olması səbəbindən xəbərdarlıq etmədən zərbə endirə bilər.  “The New York Times” yazır ki, “Hizbullah”ın ardınca İran döyüşə qatılacaq. Proseslər Cənubi Qafqaza da təsir edəcək. Xüsusən də nəzərə alınmalıdır ki, hər iki dövlət Azərbaycana bu və ya digər formada yaxındır. Biri Azərbaycanla qonşu dövlətdir, orada az qala ölkə əhalisinin yarıdan çoxunu təşkil edən soydaşlarımız yaşayır. İsraillə də münasibətlər strateji xarakter daşıyır. Azərbaycan əsas etibarilə başqa dövlətlər arasındakı problemin, o cümlədən müharibənin birbaşa tərəfi olmamağa çalışır və bu, doğru strategiyadır. Yəni İran-İsrail gərginliyi də dağıdıcı zərbələrin endirildiyi bir mərhələyə keçsə, Azərbaycan yenə də münaqişə tərəflərindən birbaşa heç birinin tərəfini tutmayacaq, əksinə, onları sülhə-təhlükəsizliyə çağıracaq. Amma istər-istəməz bu, beynəlxalq münasibətlər sistemi baxımından Azərbaycanı müəyyən təzyiq atında da saxlayacaq. Eyni zamanda, ümumi Qafqaza müəyyən qaçqın axınının olması da tam gözləniləndir. Bunlar fonunda Yaxın Şərqdə baş verən hadisələr İsrailin strateji tərəfdaşı olan Azərbaycanı yaxından maraqlandırır. Dünyada baş verən münaqişələrin regiona daha az təsir etməsi üçün regionda sabitliyin təmin edilməsi vacibdir və bunun üçün Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində addımlar atmalıdır. Ümumiyyətlə isə müharibənin Cənubi Qafqaza təsiri onun hansı ssenaridə davam edəcəyindən, quru əməliyyatının olub-olmayacağından, müharibənin müddətindən və hansı ölkələrin savaşda iştirak edəcəyindən də asılıdır.

Nahid SALAYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30