KÖHNƏ VERSİYA            

Bu ölkə Ermənistanı keyfiyyətsiz silah poliqonuna çevirir...

Image

Hindistanın hərbi sənaye kompleksindən yazan “Indian Defense Research Wing” saytı bildirir ki, Hindistan istehsalı “Akash S1” raket kompleksləri Ermənistana bu ilin sonunadək çatdırılacaq. Qeyd olunur ki, “Akash S1” kompleksləri qırıcı təyyarələrdən, qanadlı raketlərdən və dronlardan müdafiə funksiyasına malikdir. 

Bu da xəbər verilir ki, Ermənistan ümumi dəyəri təxminən 720 milyon dollar olan 15 “Akash” kompleksini 2022-ci ildə sifariş edib.

Rusiyanın TASS dövlət xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla Ermənistanın Hindistanın ən böyük silah müştərisi olduğunu bildirir. Ermənistan Hindistandan “Pinaka” raket-zenit sistemləri almağı da planlaşdırır. Onu da qeyd edək  ki, 2020-ci il müharibəsindən sonra Hindistanla Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq xeyli genişlənib. Bu fonda Hindistan Ermənistanı təkcə “Pinaka” raket sistemləri ilə deyil, həm də haubitsalar, tank əleyhinə raketlər və antidron qurğuları ilə təchiz etməlidir. Hindistan mediası ötən sentyabrda yazmışdı ki, növbəti üç ildə Ermənistana 90 ədəd haubitsa topları veriləcək. Onu da qeyd edək ki, bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan müdafiə məsləhətləşmələri keçirilib. Tərəflərin yaratdığı “işçi qrup” 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır. İrəvanla Nyu Dehli arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən taktiki məşqlər və təcrübə mübadiləsi daxildir.  Burada onu da xatırladaq ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb. Bundan başqa, Ermənistan rəsmiləri 44 günlük müharibədə həm də Moskvanı, mövcud kontraktlara baxmayaraq, İrəvana lazımi qədər silah verməməkdə ittiham edir. 2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir. Daha bir vacin nüans bundan ibarətdir ki,  Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti, o cümlədən “Akash” hava hücumundan müdafiə kompleksi, “ATAGS”haubitsaları, “MArG 1552 özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Ümumiyyətlə, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür. Rəsmi Dehli Ermənistandan yalnız öz silahlarını reklam etmək, iri silah ixracatçısı statusu əldə etmək üçün vasitə kimi yararlanır. Təbii ki, hindistanlılar reklamla yanaşı, öz maliyyə maraqlarını da unutmur. 

Hakimiyyətə bağlı deputat Andranik Köçəryan isə bildirir ki, rəsmi İrəvan hər yerdə silah axtarır: “Ermənistan bütün ölkələrdə potensial olaraq ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. Bu ölkələr arasında Hindistan da var. Ermənistan bu silahı ölkəyə çatdırmaq üçün bütün mümkün və qeyri-mümkün vasitə və mexanizmlərdən istifadə edir”. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan isə bildirir: “Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişə nail olan digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah alınması ilə bağlı çox ciddi razılaşmaları var”. Onun sözlərinə görə, müharibədən sonra kifayət qədər çətin vəziyyət var idi, silahların əldə edilməsi və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq var idi, lakin bu məsələ təəccüblü dərəcədə qısa müddətdə öz həllini tapıb: “Hər halda, artıq məlum olduğu kimi, bu gün bizim Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silah alınması ilə bağlı ciddi razılaşmalarımız var. Deməliyik ki, bizim böyük dövlətlər olan və hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş dövlətlərlə də müqavilələrimiz var. Təbii ki, bu barədə danışmayacağıq, deməyəcəyik, amma bu, təkcə Fransa və Hindistan deyil”. Görünən odur ki, ki, Ermənistanı silahlandırmaqla, Hindistan bu bölgədə gərginliyin davam etməsinə xidmət etmiş olacaq, sülhü, təhlükəsizliyi təhdid edəcək. xatırladaq ki, prezident İlham Əliyev ötən ilin mayında Hindistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən də Hindistanın Ermənistana hərbi yardımından bəhs edərək, sürətlə silahlanmanın yeni təhlükələr yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, doğrudan da Ermənistan Azərbaycanla sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. İndilikdə  Azərbaycan Ermənistanın silah sövdələşmələrini diqqətlə izləyir və buna uyğun əks-addımlar atır. Həm də Ermənistan  və Hindistan bilməlidir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri, Ermənistanla heç bir əlaqə, diplomatik münasibət qurmayan Pakistanla Azərbaycan hərb sənayesində sıx əməkdaşlıq edir və Pakistan silahları Hindistanla müqayisədə dəfələrlə üstündür. 

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30