KÖHNƏ VERSİYA            

Bu seçki dairələrində mübarizə daha kəskin gedəcək

Image

Bəlli olduğu kimi, növbədənkənar parlament seçkiləri ilə əlaqədar artıq seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. 

Xatırladaq ki, seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb. Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb. Ekspertlər qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin seçkilərdəki namizədlərini açıqlamasından sonra bir sıra dairələr üzrə kəskin mübarizənin olacağı gözlənilir. Xatırladaq ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bundan başqa, bəzi dairələrdə tanınmış şəxslərin mübarizəsi də məsələni daha maraqlı edir. Məsələn, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə mübarizə aparacaq. Yeni Azərbaycan Partiyasının buradakı namizədi isə Xaliq Hüseynovdur. 26 saylı dairədə Fazil Mustafa ilə YAP-dan Afaq Hacıyeva, 36 saylı dairədə Qüdrət Həsənquliyevlə  YAP-dan Nərminə Hacıyeva, 73 saylı dairədə sabiq vitse-spiker Fəzail İbrahimli ilə YAP-dan Aytən Əliyeva deputat yarışına qatılacaq. VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsində namizədliyini irəli sürdüyünü bildirib. Sözügedən dairədən daha bir tanınmış sima – iqtisadçı ekspert, ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli də namizədliyini irəli sürüb. Jurnalist Fuad Abbasov da 33 saylı seçki dairəsində mübarizə aparanlar sırasındaıdr. Bu dairənin 4 ildən çoxdur ki, deputatı yoxdur. Xatırladaq ki, 2020-ci il parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə əsasında orada nəticələr ləğv olunmuşdu. Daha öncə həmin dairədə YAP-ın namizədi Hüseynbala Mirələmov lider namizəd elan edilmişdi.  Daha bir maraqlı dairə Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin  namizədliyini irəli sürdüyü 81 saylı İmişli seçki dairəsidir.  Sözügedən dairədə YAP-ın namizədi Məmmədov İsrafildir. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirhahmud Mirəlioğlu isə 43 saylı Sumqayıt İkinci seçki dairəsindən namizədliyini irəli sürüb.  YAP-ın bu dairədən namizədi Tahir Mirkişilidir.  Sonuncu YAP-ın aparıcı simalarından biridir və tanınmış şəxsdir. 

Azad Vətən Partiyasının sədri Akif Nağı 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən YAP-ın namizədi isə Leyla Babışovadır. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən seçkilərə qatılır. YAP-ın həmin seçki dairəsindəki namizədi isə Kamal Cəfərovdur. O, Milli Məclisin VI çağırış deputatı olub, YAP İdarə Heyətinin üzvüdür. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. Həmin dairədən YAP Həcər Mirzəyevanın, Azərbaycan Ümid Partiyası isə sədr müavini Tamilla Qulaminin namizədliyini irəli sürüb. Həmçinin, Milli Məclisin VI çağırış deputatı, bitərəf namizəd Azay Quliyev də həmin dairədə seçilmək uğrunda mübarizə aparacaq. AĞ Partiyanın başqanı Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini verib. YAP-ın bu dairədəki namizədi isə yenə Məlahət İbrahimqızıdır. O,  ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən irəli sürülüb. YAP-ın namizədi Hacıyeva Nərminə Aslan qızı bu dairədə onun rəqibi olacaq. 

Ədalət, Hüquq, Demokratiya partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəylinin namizədliyi isə 90 saylı Ağsu seçki dairəsində qeydə alınıb. Qeyd edək ki, həmin dairədən deputat Vəhdət Partiyasının sədri Tahir Kərimli olub. O, parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. YAP-ın namizədi Əli Hüseynovdur. O,  ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub. Altıncı çağırış Milli Məclisin birinci vitse-spikeri vəzifəsini tutub. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən namizəd olur. Hakim partiyanın buradakı namizədi Ədilə Tağıyevadır. YAP tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyini vermis Siyavuş Novruzovu, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyini vermis Eldar İbrahimovu, 34 saylı Xətai ikinci dairəsindən namizədliyini vermis Mixail Zabelini, 125 saylı Zəngilan – Qubadlı seçii dairəsindən namizədliyini vermiş İmamverdi İsmayılovu da rəqibləri tərəfindən məğlub etmək asan məsələ deyil. Onu da qeyd edək ki, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb. Bütün bunlar seçkilərdə kəskin rəqabətin olacağını göstərir.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

SON XƏBƏRLƏR

17.09.2024 | 12:00
Məsud Pezeşkian Nyu-Yorka səfər edəcək

17.09.2024 | 11:30
Türkiyəli aktyor bu serialın hər bölümü üçün 3,5 milyon qazanacaq...

17.09.2024 | 11:20
Makrona ŞOK - sabah impiçmenti müzakirəyə çıxarılacaq

17.09.2024 | 11:15
Fiziki xidmətlərin 15 faizi rəqəmsal formaya keçəcək- rəsmi açıqlama

17.09.2024 | 11:06
Naxçıvanda hərracda satılan əmlakların sayı açıqlandı

17.09.2024 | 11:00
"Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir" - Azərbaycan QHT-ləri

17.09.2024 | 10:30
"Ən böyük risk Ukraynada Putinin qələbəsi olacaq" - Stoltenberqdən ETİRAF

17.09.2024 | 10:20
Bu ölkədə qasırğada ölənlərin sayı 220 nəfəri ötdü

17.09.2024 | 10:16
Türkiyədə 2 təhlükəli terrorçu öldürülüb - nazir sosial şəbəkə hesabında açıqladı

17.09.2024 | 10:06
Bakı metrosunda qatarların hərəkəti 4 dəqiqə ləngiyib - SƏBƏB?

17.09.2024 | 10:00
II Bakı Təhlükəsizlik Forumu keçirilib

17.09.2024 | 09:30
Sabunçunun bu ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

17.09.2024 | 09:25
Xarici ticarətimizdə profisit 13-dən 4 milyard dollara düşüb - 3 ildir niyə belə olur?...

17.09.2024 | 09:15
Antoni Blinken Misir yolçusudur

17.09.2024 | 09:14
Yer kürəsində güclü maqnit qasırğası başlayıb- XƏBƏRDARLIQ

17.09.2024 | 09:10
Sabunçuda 2 avtomobil toqquşub

17.09.2024 | 09:06
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıdadır

17.09.2024 | 09:00
Tramp Bayden və Harrisi "topa tutdu" - sui-qəsdə görə onlar günahkardır!

17.09.2024 | 08:46
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

17.09.2024 | 08:42
Bu xəstəxanalarda direktor müavini işləmək istəyənlər yoxdur?..

17.09.2024 | 00:49
ABŞ 60-dan çox Gürcüstan rəsmisinə və onların ailə üzvlərinə sanksiya tətbiq etdi...

17.09.2024 | 00:06
ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının görüş imkanını nəzərdən keçirir - Dövlət Departamenti açıqladı

16.09.2024 | 21:14
Ermənilər "slavyan sivilizasiyasının da baniləri" imişlər... Yeni iddia

16.09.2024 | 20:58
Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

16.09.2024 | 20:43
Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

16.09.2024 | 20:29
Pezeşkiyan Kürdüstanda Türkiyə və İsrailə qarşı çoxsaylı gediş etdi...

16.09.2024 | 20:14
Rusiya "Zəngəzur dəhlizi"ndə Azərbaycan əleyhinə oynamağa başladı...

16.09.2024 | 20:10
MSK seçkilərlə bağlı yekun sənədləri Konstitusiya Məhkəməsinə təqdim etdi

16.09.2024 | 20:00
"Müəllimlərin yerdəyişmə biznesi" - Azərbaycanda yeni növ biznes iddiaları…

16.09.2024 | 19:47
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

16.09.2024 | 19:34
Ermənistan Fransa ilə daha bir hərbi müqavilə imzaladı...

16.09.2024 | 19:20
Muğanlı məktəbliləri yeni tədris ilinə təzə binada başladılar

16.09.2024 | 19:12
Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

16.09.2024 | 19:00
Elzaya qarşı "şeirdə gizli pornoqrafiya" ittihamları - AYB müdaxilə edəcəkmi...

16.09.2024 | 18:53
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirildi - FOTO/VİDEO

16.09.2024 | 18:46
Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

16.09.2024 | 18:40
"Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb" - Prezident İlham Əliyev

16.09.2024 | 18:37
ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

16.09.2024 | 18:33
İsveçdən Azərbaycana neçə miqrant qayıdacaq? – Özləri ilə 10 minlərlə avro gətirə bilərlər...

16.09.2024 | 18:30
Paşinyan: "Cənubi Qafqazda münaqişələrə son qoymaq üçün tarixi imkanımız var"

16.09.2024 | 18:20
20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

16.09.2024 | 18:07
Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

16.09.2024 | 17:52
İngilis kəşfiyyatının şefi amerikalı həmkarı ilə görüşdən sonra Bakıya niyə gəlmişdi...

16.09.2024 | 17:39
“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

16.09.2024 | 17:25
Formula-1 Azərbaycana bunları verdi - ekspert təhlilləri...

16.09.2024 | 17:19
Tokayev Almaniya kanslerinə Rusiyanın hərbi cəhətdən yenilməz olduğunu dedi...

16.09.2024 | 17:10
Xaricdə işə düzəltmə vədi ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən “Tempo Trips” və “365 Tourism" MMC-yə işi açıldı

16.09.2024 | 16:47
BMU-da yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib

16.09.2024 | 16:38
DİN-in maarifləndirmə işləri müsbət nəticəsini verir - kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma var...

16.09.2024 | 16:19
Şamaxda Heydər Əliyev Fondunun inşa etdiyi 460 şagird yerlik yeni məktəb binası istifadəyə verildi

16.09.2024 | 16:10
Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam açıldı

16.09.2024 | 16:06
Sevgisi Vətən olan şəhid Aqil doğum günündə anıldı... - FOTO

16.09.2024 | 15:56
Birinci vitse-prezident Mehriban Əliyeva: "Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram" - VİDEO

16.09.2024 | 15:54
Trampın qətlinə cəhd edən şəxsin Ukrayna ilə əlaqəsi olduğu iddia edildi - Kremldən də açıqlama gəldi...

16.09.2024 | 15:40
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər yaxalandı - VİDEO

16.09.2024 | 15:16
İlon Maskdan haqlı sual - Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?..

16.09.2024 | 14:46
Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi

16.09.2024 | 14:30
Astanada COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirildi

16.09.2024 | 13:52
Milli Məclisə seçkilərə yekun vuruldu

16.09.2024 | 13:38
Parlamentdə 11 siyasi partiya təmsil olunacaq...

16.09.2024 | 13:23
Bu il İİV-ə yoluxlardan 52 nəfər narkotik istifadəçisi olub

16.09.2024 | 13:14
Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı

16.09.2024 | 13:03
Оверчук лично разоблачил русско - армянский спектакль - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.09.2024 | 12:47
32 ildən sonra Şuşada ilk dərs günü... - FOTO

16.09.2024 | 12:23
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - RƏSMİ AÇIQLAMA

16.09.2024 | 12:20
Qərbin İrəvanı silahlandırmasında əsas məqsəd...

16.09.2024 | 12:13
Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabının təqdimat mərasimi olub

16.09.2024 | 12:08
Xocalıda 32 ildən sonra ilk zəng çalındı - FOTO

16.09.2024 | 12:00
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin bu addımını pislədi

16.09.2024 | 11:53
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib...

16.09.2024 | 11:51
Azərbaycan şəhidlərini Vikipediyadan kim(lər) çıxarıb? Elyar İslamoğlu ilə geniş müzakirə... - CANLI

16.09.2024 | 11:30
Qusarda yük avtomobili dərəyə aşıb, sürücü ölüb

16.09.2024 | 11:20
Kiberhücumların sayında kəskin artım var - Dövlət Xidməti məlumat yaydı

16.09.2024 | 11:18
Vardanyanın Ağdərədə biznesindən eksklüziv görüntülər yayıldı

16.09.2024 | 11:18
Bakıda 23 yaşında 22 min dollarlıq dələduzluq edən şəxs yaxalanıb...

16.09.2024 | 11:15
Yeni tədris ilində Naxçıvanda birinci sinfə gedən şagirdlərin sayı açıqlandı

16.09.2024 | 11:06
Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub

16.09.2024 | 11:00
Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!

16.09.2024 | 10:30
Türkiyəli məşhur aktyor evləndi

16.09.2024 | 10:18
Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30