Ukrayna ordusu Kurskda 30-dan çox rus əsgərini əsir götürdü - VİDEO
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsilə başlayan müharibə davam edir. Avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisi olan Kursk vilayətinə irimiqyaslı hücuma başlayıb.
Hazırda bölgədə iki ordu arasında şiddətli döyüşlər gedir.
Sosial şəbəkələrdə rus əsgərlərinin Kursk vilayətində pusquya salınaraq Ukrayna əsgərləri tərəfindən əsir götürüldüyünü göstərən görüntülər yayılıb. Qeyd edilir ki, 30-dan çox rus əsgəri əsir götürülüb.
Görüntülərdə Ukraynanın pilotsuz uçan aparatı ilə bir Mi-24 döyüş helikopterini vurduğu da əks olunub.
Bundan əvvəl isə Rusiya tərəfi bölgədə çox sayda Ukrayna tankının vurulmasının görüntülərini yayıb.
TAHİR