Baş nazir Əli Əsədov İrandakı səfirliyimizdə olub - FOTO
İyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İran İslam Respublikasındakı səfirliyini ziyarət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və səfirliyin heyəti ilə söhbət edib.