KÖHNƏ VERSİYA            

Sui-qəsd edilən namizədlər çox hallarda ABŞ prezidenti seçiliblər - Tramp yüksəlişdə…

Image

Abutalıb Səmədov: “Dünya özünü Trampın prezidentliyinə hazırlamalıdır”

ABŞ-da baş verən son hadisələr bütün dünyada siyasi şok yaşanmasına səbəb olub. Hazırda ABŞ-ın dostları, rəqibləri, hətta düşmənləri belə, baş verənlərə reaksiya göstərir. Üstəlik, bu reaksiyalar məzmun etibarilə Bayden administrasiyasının siyasi maraqlarına zidd xarakter daşıyır. 

ABŞ-da prezident seçkilərinə hələ bir neçə ay qalsa da, onun mütləq qalibi artıq indidən məlum oldu. Donald Tramp prezident Co Baydeni onsuz da üstələyirdi, uğursuz sui-qəsd cəhdindən sonra isə onun seçkilərdə qalib gəlmə şansının 75 faizin üzərinə çıxdığı bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-da prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənəyə çevrilib:

"Sui-qəsd cəhdi, təəssüf ki, normaya çevrilən bir ənənədir".

Doğrudan da Kennedi, Reyqana da sui-qəsd edilib.  Bu hadisədən doğan nəticələr nə olacaq?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Respublikaçılar Partiyası bu gün prezident seçkilərində iştirak edəcək namizəd barədə son qərarını verəcək: “Namizədin keçmiş prezident Donald Tramp olacağı heç kimdə şübhə doğurmur. Böyük əksəriyyət ondan əmin idi ki, Trampı prezident seçkilərinin qalibi saymaq olar. Qeyri-adi nəsə baş verməliydi ki, onu prezidentliyə gedən yolda saxlamaq mümkün olsun. Əvvəl televiziyada keçirilən debatda ağır məğlubiyyətə uğrayan Bayden ikinci ağır zərbəni aldı. Çoxları bu sui-qəsddə Baydeni günahkar elan etməkdən çəkinmir. Düzdü, sui-qəsddən sonra Bayden bəyanatla çıxış etdi və bildirdi ki, ABŞ - da siyasi ritorika çox qızışıb, soyumaq lazımdı, siyasəti döyüş meydanına çevirmək olmaz. Ancaq siyasi ritorikanın qızışmasında, kəskinləşməsində Baydenin rolu çoxdur. Son teledebatlar zamanı açıq-aşkar uduzduğunu hiss etdiyinə görə, acizliyini gördüyünə görə Trampı təhqir etməkdən də, ona avtoritar faşist deməkdən də çəkinmədi. Onu ABŞ demokratiyası üçün əsas təhlükə elan etdi. Çünki acizliyini, gücsüzlüyünü hiss edirdi. Çox təəssüf ki, bu hal çox geniş yayılıb. Siyasətdə təsadüfi olan adamlar arqument çatışmayanda qarşındakını düşmən elan etməkdən başqa yol tuta bilmir və bir-birini müxtəlif ölkələrin agentləri elan edirlər. Bizdə də belə siyasətçilər var. Bəzən hakimiyyət orqanları da belə dırnaqarası siyasətçilərə qarşı çox səbrli davranır. Onların haqqında vaxtında zəruri addımlar atmırlar. Baydenin Trampa qarşı istifadə etdiyi ağır ittihamlar ona gətirib çıxartdı ki, psixikası tam formalaşmamış 20 yaşında bir gənc Trampı ABŞ demokratiyası üçün təhlükə hesab etdi. Görünür, dövlətini və xalqını ondan qorumaq istədi, Baydenin avtoritar faşist elan etdiyi Trampı öldürmək qərarına gəldi. Son nəticədə heç bir günahı olmayan mitinq iştirakçısı, sui-qəsd planlayanın özü öldürüldü. ABŞ-da keçirilən prezident seçkilərinə həlledici təsiri oldu. Bu sui-qəsd cəhdi Trampı seçkilərin əsas favoritinə çevirdi. Əgər ona kimi Baydenin müəyyən şansı qalırdısa, bundan sonra çox güman, onun bu vəziyyəti düzəltmək şansı olmayacaq. Tramp bu hadisə zamanı daha bir üstünlüyünü ortaya qoydu. Sona qədər şoudan çəkilmədi. Belə məqamlarda insanların xarakteri aydın şəkildə ortaya çıxır. Tramp qorxmadı, qaçmadı, mübarizəsini davam etdirmək istədiyini hər kəsə nümayiş etdirdi. Bu davranış pilləkəndən düşə bilməyən, nə danışdığını bəzən unudan, çox halsız, enerjisiz danışan, prezidentləri dəyişik salan Baydenlə müqayisədə Trampa böyük üstünlük qazandırdı. Bütün dünya belə hesab edir ki, artıq Trampı prezident seçkilərinin qalibi hesab etmək olar. Demokratlar namizədlərini dəyişsələr  də onların yenə də şansı qalmayacaq. Rəy sorğularında Trampın üstünlüyü görünsə də, bu hadisədən sonra üstünlüyün xeyli artacağı məlumdur. Dünya özünü Trampın prezidentliyinə hazırlamalıdır”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

“Qərbi Zəngəzur Azərbaycana qaytarılmalıdır” - Erməni ekspertdən şok açıqlamalar... - VİDEO

ABŞ Zəngəzura yerləşir - İranın müəmmalı sükutu... - VİDEO

İsrail-Türkiyə-Pakistan bucağında münasibətlər kəskinləşir - hər 3-ü Azərbaycanın dostudur... - VİDEO

99-cu dairədə nə baş verir - alternativlərin bir çoxu Fatma Yıldırıma qarşı...

“Youtube"-da pulsuz debata hələlik üç namizəd razılıq verib - Anar Əliyev, Çingiz Şahbazi və Zöhrab Məmmədov...

Azərbaycan BRİKS-in adını dəyişdirəcək. ...BRİKSA...

SON XƏBƏRLƏR

20.08.2024 | 22:30
Lukaşenko Paşinyanın siyasətini sərt tənqid etdi – Ermənilər bizdən başqa kimə lazımdır?..

20.08.2024 | 21:11
ABŞ ATƏT-in Minsk Qrupuna münasibətini dəyişdi - Ermənistan bunu da uduzur...

20.08.2024 | 20:55
Lavrov hələ Paşinyana belə hücum etməmişdi...

20.08.2024 | 20:39
99-cu dairədə nə baş verir - alternativlərin bir çoxu Fatma Yıldırıma qarşı...

20.08.2024 | 20:26
Lazımsızlıq sindromu- YUNUS OĞUZ yazır

20.08.2024 | 20:18
“Youtube"-da pulsuz debata hələlik üç namizəd razılıq verib - Anar Əliyev, Çingiz Şahbazi və Zöhrab Məmmədov...

20.08.2024 | 20:03
Hərbi qeydiyyata düşmək istəməyən miqrantlara Rusiyada yer yoxdur...

20.08.2024 | 19:49
Kreml Azərbaycanla bağlı bunu təsdiqlədi - Qafqazın söz sahibi...

20.08.2024 | 19:35
İran-Ermənistan münasibətlərində hələ belə kritik durum olmamışdı...

20.08.2024 | 19:19
Azərbaycan Rusiyanın Cənubi Qafqaz siyasətini tam dəyişdirdi...

20.08.2024 | 19:05
“300 min rus Azərbaycandan qovuldu” - Putin Bakıda ikən Rusiyadan Azərbaycana böhtan...

20.08.2024 | 18:49
İran Zəngəzurda ABŞ bazasına çox "dişsiz" bir reaksiya verdi...

20.08.2024 | 18:35
Sentyabrdan sonra Qafqazda sabitliyin yeni şərtini İlham Əliyev açdı...

20.08.2024 | 18:22
Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmən müraciət etdi...

20.08.2024 | 18:15
Azərbaycan BRİKS-in adını dəyişdirəcək. ...BRİKSA...

20.08.2024 | 18:14
Əhliman Əmiraslanov Sabirabad kəndlərində seçicilərlə daha bir uğurlu görüş keçirdi - FOTO

20.08.2024 | 18:04
Gənclərin inkişafı üçün idman infrastrukturlarından tam istifadə olunurmu?..

20.08.2024 | 17:59
Cavanşir Feyziyev seçiciləri ilə görüş keçirdi

20.08.2024 | 17:51
Yer üzünün dərdini çəkən şair... - FOTO

20.08.2024 | 17:45
AZAL-dan Naxçıvan aeroportundakı vəziyyətlə bağlı açıqlama - əlavə təyyarələr göndərilir...

20.08.2024 | 17:41
Əliyev-Putin görüşündən Şimal-Cənub dəhlizi ölkələrinə mesaj verildi...

20.08.2024 | 17:32
Parisə yola düşəcək parataekvondoçularımızla görüş keçirilib

20.08.2024 | 17:29
24800 nəfər şəxsə yeni pensiya təyin olundu

20.08.2024 | 17:25
“Azərişıq” ASC Gədəbəydə yenidənqurma işlərini davam etdirir

20.08.2024 | 17:10
Rusiya erməni diasporu Putinin Bakı səfərindən bərk əsəbiləşib...

20.08.2024 | 16:53
Lənkəranın süni şəkildə yaradılan problemləri...

20.08.2024 | 16:42
Rusiya XİN-dən Türkiyəyə çağırış - Ukraynaya silah verməyin...

20.08.2024 | 16:36
Təbriklər, dəyərli Rəşad müəllim!

20.08.2024 | 16:27
Lavrov son nöqtəni qoydu – Kurska hücumdan sonra danışıqlardan söhbət gedə bilməz...

20.08.2024 | 16:15
Zurabişvili Gürcüstan hökumətini Rusiyaya qarşı ikinci cəbhəni açmağa çağırdı - Müharibə başlayandan 2-3 gün sonra...

20.08.2024 | 15:58
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin şikayəti rədd edildi...

20.08.2024 | 15:45
"Formula-1"-ə görə paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

20.08.2024 | 15:28
Silsilə oğurluqlar edən Füzuli sakini yaxalandı...

20.08.2024 | 15:11
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub - FOTO

20.08.2024 | 14:36
7 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

20.08.2024 | 14:16
Ermənilər mina tələləri daha çox Xankəndidə quraşdırıblar...

20.08.2024 | 14:06
Şəhidlərimizin əziz xatirəsinə həsr olunan növbəti Quran mərasimi təşkil olunub

20.08.2024 | 13:49
HƏMAS dirənir - ABŞ-ın yenilənmiş təklifini qəbul etmirik...

20.08.2024 | 13:34
Ermənilər işğal illərində 10 yaxın kənd qəbiristanlığını minalayıblar...

20.08.2024 | 13:20
Ermənistan İranla sərhədimizi də işğal zamanı minalayıb

20.08.2024 | 13:05
Армянский фашизм в исполнении Трухачева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.08.2024 | 12:56
İnternet benzinlə işləmir "cənablar"!

20.08.2024 | 12:30
Azad ərazilərin təxminən beşdəbiri mina və partlamamış sursatlarla yüksək səviyyədə çirklənib

20.08.2024 | 12:17
Ermənilər 300-dən çox yeraltı su kəhrizini də minalayıblar...

20.08.2024 | 12:02
“Qarabağ” bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq

20.08.2024 | 12:00
Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçıb - GƏRGİNLİK

20.08.2024 | 11:47
Sarkisyan ailəsinin yediklərini burnundan gətirirlər - əmlakları müsadirə edilir...

20.08.2024 | 11:35
Deputatlığa namizədlərin 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır...

20.08.2024 | 11:30
Bu məşhur aktyor kilsədə 35 itinin yanında dəfn olunacaq

20.08.2024 | 11:20
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq - AYNA

20.08.2024 | 11:10
Xankəndində rus konsulluğu məsələsi yenə müzakirə olunur - CANLI

20.08.2024 | 11:06
Azərbaycan bu ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoydu

20.08.2024 | 11:00
Bu gün ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb

20.08.2024 | 10:49
Bakıda istifadəyə yararlı döyüş sursatı tapıldı - FHN məlumat yaydı

20.08.2024 | 10:20
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

20.08.2024 | 10:16
Türkiyədə geniş əməliyyat keçirilib, minlərlə odlu silah müsadirə olunub

20.08.2024 | 10:06
Mingəçevirdə dəhşətli qətl - oğul anasını öldürüb...

20.08.2024 | 10:00
İsrail Hizbullah komandirini öldürdü

20.08.2024 | 09:40
Türkiyəli aktrisa bu paylaşımı etdi, sosial media qarışdı...

20.08.2024 | 09:35
Bakıda mənzil sahibləri qazanmağın yeni yolunu tapıblar - qeydiyyata düşmək neçəyədir...

20.08.2024 | 09:30
Qırğızıstanda zəlzələ olub

20.08.2024 | 09:16
İsrailə məxsus təyyarə qəza enişi edib

20.08.2024 | 09:06
"Qoca sinyora" mövsümə qələbə ilə başladı

20.08.2024 | 09:00
Tramp İlon Maska vəzifə verəcək - özü açıqladı...

20.08.2024 | 08:41
AQTA kütləvi zəhərlənmələrlə uğurlu mübarizə apara bilmir - AQTA-çıların tək işi...

19.08.2024 | 22:30
"Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir" - Prezident

19.08.2024 | 22:07
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış oldu - FOTO

19.08.2024 | 21:27
Rusiyadan etiraf addımı…

19.08.2024 | 20:41
Rusiya qazı Ukraynadan hələ də Qərbə axır - amma Avropada Azərbaycan qazı əvəzolunmazdır...

19.08.2024 | 20:25
Rusiya-Ukrayna savaşı fonunda KTMT-nin sonu çatır...

19.08.2024 | 20:10
Ermənistan Ukrayna tərəfdə Rusiyaya qarşı daha açıq oyuna keçdi…

19.08.2024 | 19:52
Tənzilə Rüstəmxanlı ilə Vəfa Nağının arasında nə baş verir?..

19.08.2024 | 19:37
Makrona impiçment prosesi başladı - ifrat sağ və sollar da qərar verdi...

19.08.2024 | 19:33
Putinin Azərbaycana səfəri başa çatdı - FOTO

19.08.2024 | 19:22
Azərbaycan-Rusiya münasibətləri regionu yönəldən əsas faktora çevrilir

19.08.2024 | 19:07
Ukrayna ordusu Kurskda, NATO İrəvanda, Putin Bakıda - dairə qaranlıq və qapalıdır...

19.08.2024 | 18:50
Rusiya erməniləri Putinin Bakı səfərinə qarşı "zəhərlərini tökdülər" - Azərbaycan Mətbuat Şurası bəyanat yaydı...

19.08.2024 | 18:33
Lavrov Ermənistan hökumətini Azərbaycanla sülh sazişini sabotaj etməkdə ittiham etdi...

19.08.2024 | 18:26
Bütün müxalifət Naxçıvanda cəmi 2 namizəd çıxara bildi...

19.08.2024 | 18:12
Qadınların seçkidə iştirakı demoqrafik prosesin tərkib hissəsidir...

XƏBƏR ARXİVİ

«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031