KÖHNƏ VERSİYA            

Ermənistan Ukrayna tərəfdə Rusiyaya qarşı daha açıq oyuna keçdi…

Image

Ermənistan və Rusiya arasında gərginləşən münasibətlər fonunda İrəvanın Ukrayna ilə bağlı növbəti addımı Moskva üçün yeni şok hesab edilir. Söhbət İrəvanın Ukraynaya silah ötürməsindən gedir. Belə ki, “avia.pro” hərbi-siyasi portalının məlumatına görə, son həftələr Ukraynada gözlənilmədən xeyli sayda köhnəlmiş sovet silahları peyda olub.

Söhbət ilk növbədə S-125 “Peçora” zenit-raket komplekslərindən və “Toçka-U” taktiki raket sistemlərindən gedir. Gələcəkdə Ermənistan ordusunun xidmətində olan S-300 və 9K33 Osa-K zenit-raket kompleksləri üçün Ukraynaya raketlərin tədarükü də gözlənilir. Rusiya saytının verdiyi məlumata görə, bunu Ermənistanın ehtiyatlarını Kiyevə ötürməsi ilə izah etmək olar. Belə ki, mənbələrə istinadən yazılır ki,   daxili və xarici problemlərlə üzləşən Ermənistan Vaşinqtondan dəstək və müdafiə qazanmaq üçün köhnəlmiş hava hücumundan müdafiə sistemlərini və raket sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlməsi istisna deyil. O da iddia edilir ki, “geosiyasi qeyri-sabitlik və regional oyunçuların təhdidləri şəraitində İrəvan öz təhlükəsizliyini möhkəmləndirmək yollarını, o cümlədən Qərb tərəfdaşları ilə daha sıx əlaqələr qurmaq yolu axtarır. Bu da İrəvanın Ukrayna ilə bağlı siyasətinə təsir edir. Bildirilir ki, S-125 sistemləri və “Toçka-U” kompleksləri müasir silahlı qüvvələr üçün əhəmiyyətsiz hesab edilirdi, lakin Ukraynadakı hazırkı münaqişə kontekstində onlar kifayət qədər faydalı ola bilər. “Toçka-U” raket komplekslərinin Ukraynaya verilməsi barədə qərarın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak arasında keçirilən görüşdə verilə bilməsi də istisna olunmur.”Bloknot.ru” saytı isə bir qədər də irəli gedərək yazır ki, Kiyev “Toçka-U” zərbə raketləri və S-125 zenit-raket komplekslərini əldə edərək Kurskda istifadə edib. Saytın məqaləsində vurğulanır ki, Ukraynanın Kurs istiqamətində bu silahları kütləvi şəkildə istifadə etməsi bir çox şübhələrə əsas verib: “Silahlar köhnəlmiş silahlardır, SSRİ dövründə hazırlanıb. Və bir sıra hərbi müxbir və analitik Teleqram kanallarında yazır ki, Ermənistan ABŞ-ın tövsiyəsi ilə Ukraynaya öz hava hücumundan müdafiə sistemlərini və raketlər verib. Bu məlumat yalan ola bilərmi? Nəzəri olaraq, bəli. Ancaq burada faktlar var. Avqustun 16-da Rusiya Fövqəladə Hallar Nazirliyi öz Teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə zərbələr endirmək üçün istifadə etdiyi sursatların videolarını yayıb. Videoda energetika kompleksi obyektinin yaxınlığından tapılan “Toçka-U” raketinin fraqmentləri, həmçinin Amerika istehsalı olan döyüş sursatları əks olunub. Dörd gün əvvəl Kiyev rejimi eyni raketlərlə Kursk və xüsusən də dəmiryol stansiyasına hücum edib”.

Nəşrin yazdığına görə, Ukrayna bu silahlardan müharibənin əvvəlində, yalnız ehtiyac olduqda istifadə edirdi. İndi isə SSRİ dövründən qalan bu silahlarla kütləvi şəkildə hücum edir və məntiqlə Kiyevin bu növ silah-sursatı tükənmiş olmalı idi: “Ukrayna Silahlı Qüvvələri SSRİ-də hazırlanıb 1989-cu ildə istifadəyə verilmiş raketləri indi haradan alıb? Məntiqi cavab: onları keçmiş SSRİ respublikalarından biri təhvil verib. Xain kimdir? Bütün faktları nəzərə alsaq, Ermənistan ən münasibidir. Birincisi, onlar ABŞ-ın əlaltısına çevriliblər. Rusiyanın “Mir” kartlarından imtina ediblər. Fransadan qoşun göndərməyi və hərbi baza açmağı xahiş ediblər. Daha sonra onların baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ münasibtlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib. Görünür, Paşinyana seçim təklif olunub: dəstəyimizi istəyirsənsə, Ukrayna Silahlı Qüvvələrinə yardım etməyə başla. Və Ermənistanın baş naziri də öz seçimini edib”. Burada onu da xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı erməni hava hücumundan müdafiə sistemləri Azərbaycan ordusunun, o cümlədən hücum pilotsuz uçan aparatlarının və yüksək dəqiqlikli raketlərin məhv edilməsi ilə sıradan çıxarılıb. Müharibə başa çatdıqdan sonra Ermənistan ilk növbədə hava hücumundan müdafiə sistemini daha müasir zenit-raket kompleksləri və Rusiya istehsalı olmayan radarlarla yeniləyərək hərbi potensialını sürətlə bərpa etməyə başladı. Bununla belə, köhnəlmiş sovet zenit-raket kompleksləri hələ də Ermənistan ordusunun arsenalında qalır. İndi onlar Ukraynaya ötürülür. Onu da qeyd edək ki, Ermənistan Hindistandan Sovet S-125 zenit-raket komplekslərinin bazasında istehsal olunan daha müasir “Akaş 1S” zenit-raket komplekslərinin böyük partiyasını sifariş edib. Hindistan bu ilin sonunda Ermənistana özünün “Akaş 1S” zenit-raket komplekslərini tədarük etməyə başlamaq niyyətindədir. Onlar  döyüş təyyarələri, qanadlı raketlər və pilotsuz təyyarələr kimi hava təhdidləri ilə mübarizə aparmaq üçün komanda rəhbərliyi və aktiv hədəfləmə birləşməsindən istifadə edir. Xatırladaq ki, Ermənistan ümumi dəyəri təxminən 720 milyon dollar olan 15 Akash kompleksini 2022-ci ildə sifariş edib. 2020-ci il müharibəsindən sonra Hindistanla Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq xeyli genişlənib. Hindistan Ermənistanı təkcə “Akaş 1S” zenit-raket kompleksləri ilə deyil, “Pinaka” raket sistemləri, həm də haubitsalar, tank əleyhinə raketlər və antidron qurğuları ilə təchiz etməlidir. İrəvanla Nyu Delhi arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən “taktiki məşqlər” və “təcrübə mübadiləsi” daxildir. Bu fonda hesab olunur ki, Paşinyan Moskvaya qarşı son dərəcə qeyri-dost jest edir. Çox güman ki, Kreml hakimiyyəti İrəvanın hazırkı rəhbərliyinə qarşı hansısa diplomatik və digər cavab tədbirləri görəcək. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031