Qırğızıstanda zəlzələ olub
Qırğızıstanın cənubunda zəlzələ olub. Bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb. İnstitutun saytında dərc olunan məlumata görə, intensivlik 12 ballıq şkala üzrə 3,5 bal olub.
Zəlzələnin ocağının Üç-Terek kəndindən 6 km şimalda yerləşdiyi bildirilir. Yaxınlıqdakı kəndlərdə intensivlik 3 bala yaxın olub.
Mətləb