Rusiyadan etiraf addımı…
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub. Bu Rusiya dövlət başçısının Bakıya hazırkı səfəri zamanı atdığı ən mühüm addımlardan biri idi.
Bu addım mahiyyət etibarilə SSRİ rəhbərliyinin və şəxsən SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Azərbaycana qarşı ədalətsiz münasibətinin və cinayətkarlığının etirafı idi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olması barədə əmri məhz Qorbaçov vermişdi. Həmin əməliyyat nəticəsində respublikamızın müxtəlif millətlərdən olan 170 vətəndaşı həlak olmuşdur ki, bunların da əsas hissəsi qocalar, qadınlar, uşaqlar idi.
Əslində, Vladimir Putinin bugünkü addımı həmin cinayəti mühakimə etdiyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramı özündə ehtiva edirdi. Bu həm də SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun yalnış siyasətinin və cinayətkarlığının günahı ucbatından Ermənistan-Azərbaycan münaqişəsinin alovlandırılmasının etirafı idi.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru