KÖHNƏ VERSİYA            

Bakıda mənzil sahibləri qazanmağın yeni yolunu tapıblar - qeydiyyata düşmək neçəyədir...

Image

Şəmsəddin Əliyev: “Bu, tanımadıqları insanları öz evlərinə daimi qeydiyyata salan şəxslərin özləri üçün də böyük təhlükə yaradır”

Bakıda bəzən elə halla rastlaşırsan ki, təəccüblənməyə bilmirsən. Paytaxtda mövcud olan “ev bazarlarında” qəribə təkliflərə, eləcə də sosial şəbəkələrdə diqqətçəkən elanlara rast gəlinir. Bunlardan biri də paytaxtda mənzillərə daimi qeydiyyata düşmək məsələsi ilə bağlıdır.   

Sosial şəbəkələrdə yayılan məlumatlardan, elanlardan məlum olur ki, son zamanlar Bakıda başqasının evinə pulla daimi qeydiyyata düşənlərin sayı artır. Dediyimiz kimi, bu barədə küçələrdə, sosial şəbəkələrdə elanlar yazılır, “ev bazarında” təkliflər irəli sürülür. 

Maraqlıdır ki, paytaxtın bir çox küçələrində divarlarda, eləcə də sosial şəbəkələrdə daimi qeydiyyata düşməklə bağlı elanlara və qeydiyyata meyl edən insanlara rast gəlinir. 

Bəzi ev sahibləri 300, 500, 1000, bəzən daha artıq pulun qarşılığında tanımadıqları adamları öz evlərinə qeydiyyata salırlar. Yeri gəlmişkən, belə elanlara avtobus dayanacaqlarında da rast gəlmək olur. 

Məsələn, sosial şəbəkələrdə yayılan elanlardan birtinə diqqət yetirək, ev sahibi müəyyən məbləğ qarşılığında tanımadığı şəxsləri mənzilinə qeydiyyata almağı təklif edir. Həmin şəxs "ev köhnədir. İçində itlər yaşayır. Orada donuz da saxlayıram. 300 manat qarşılığında sizi bu evə qeydiyyata sala bilərəm"-yazıb. Onun bu fikirlərinə Facebook-da rast gəldik.

Tanımadığı insanları öz evinə pul qarşılığında daimi qeydiyyata salan vətəndaşları nə gözləyir? Bunun təhlükəsi varmı? Pul alıb qeydiyyata salırlar, kim təminat verir ki, sabah o adamlar mənzil sahibinə problem yaratmayacaq?

Ekspertlər bildirir ki, belələri həddən artıq çoxdur. Bu o adamlar olur ki, nə vaxtsa ev alıb və ehtiyac olmadığı üşün içində yaşamır və bu mənzildən pul qazanmaq üçün   pul müqabilində insanları ora qeydiyyata salırlar. Ekspertlərin verdiyi məlumata görə, hətta Sovet dövründə rayondan gələnlərin Bakıya qeydiyyata düşməsinin problem olduğu vaxtlarda burada müəyyən adamlar pul müqabilində bu işlə məşğul olub.  

“Ucuz qazanc yolu bildikləri bu məsələ onları təhlükəyə ata bilər” 

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca təhlükəli haldır. Ş.Əliyev hesab edir ki, Sovet dövründə pasport rejimi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə bir də qayıtmaq lazımdır. “Əslində Bakı şəhəri ölkənin paytaxtı kimi üfürülmüş şara bənzəyir. Bakıya daha çox miqrant axını var, şəhər meqapolisə çevrilib, bu gözləniləndir. Amma pasport rejiminin qaydalarına əməl olunmaması kifayət qədər həm ictimai təhlükəsizliyə, həm ictimai münasibətlərə yönəlmiş qəsdlərin çoxalması baxımından bir məsələdir, həm də gələcəkdə mənzil sahibləri üçün problem yaradacaq bir haldır. Deyək ki, keçmiş zamanlarda regionlarda yaşayan şəxslərin Bakı qeydiyyatına alınması məsələsində qohumluq münasibətləri tələb olunurdu. Normadan artıq qeydiyyata alınma halları cəmiyyət, ictimaiyyət üçün kifayət qədər problemlər yaradırdı. Ona görə də müəyyən limitlər vardı. Bakıda yaşayanların qohumlarının yalnız mənzilə qeydiyyat və orada yaşamaq hüquqları vardı, mənzilə hər hansı bir pay hüququ tanınmırdı. Amma indi bəli, bu şəkildə elanların peyda olması gələcəkdə mənzil sahibləri üçün problemlər yarada bilər. Digər tərəfdən, bunların bu şəkildə qeydiyyata düşməsi törədilən cinayətlərə görə subyektlərin müəyyən edilməsi baxımından daxili işlər orqanları üçün problem yaradır. Bundan əvvəl polis bölmələrində vətəndaşlar müəyyən limitlə qeydiyyata alınırdı. Bu da sonralar hədsiz dərəcədə çoxaldığından artıq bu da yoxdur. Deyək ki, 10 nəfər yerinə 100 nəfər qeydiyyata alınırdı. Bu da bir problem yaradırdı. Düşünürəm ki, belə halların qarşısı alınmalıdır, pasport rejiminə ciddi əməl edilməlidir. Bakıda vətəndaşların bu şəkildə, pərakəndə, yaxud başqa cür qeydiyyatı ictimai təhlükəsizlik baxımından subyektlərin axtarılması, onların şəxsiyyəti ilə bağlı müəyyən tədbirlərin həyata keçirilməsi üçün problem yaratdığından, bu, cəmiyyət üçün arzuolunan deyil”-deyə Ş.Əliyev bildirdi. 

Ş.Əliyev qeyd etdi ki, bu gün Bakıda böyük tikintilər həyata keçirilir, kimin imkanı varsa, burada ev almaq hüququna malikdir, evi alırlar, amma içində yaşamırlar, bunun özü də regionlardan insanların paytaxta axınını gücləndirir. “Bunun özü də ictimai təhlükəsizliyin təmin olunması, ictimai təhlükəsizlik baxımından kifayət qədər ziyanlı məsələdir. Ona görə də, arzuedilən odur ki,  bu məsələdə limitlər qoyulsun. Yəni kimlər Bakıda ev ala, kimlər Bakıda qeydiyyata alına bilər, kimlər qeydiyyata alına bilməz. Bu gün Bakının tikinti meydanında nə qədər qeydiyyatı olmayan insanlar “işlə təmin olunub”. Elə hallar var ki, turist axınının güclü olduğu Bakıda arzuolunan məsələ deyil. Bu kimi halların qarşısı alınmalıdır”. 

Ş.Əliyev hesab edir ki, bütün hallarda vətəndaşlar ayıq olmalıdır və hər kəsi evinə qeydiyyata salmamalıdır. Hüquqşünasın sözlərinə görə, elə insanlar ola bilər ki, cinayət törədib, yaxud cinayətkardır, bu insanların sabah ev yiyəsinin başına hansı oyunlar açmayacağı nə məlum? “Bu, tanımadıqları insanları öz evlərinə daimi qeydiyyata salan şəxslərin özləri üçün də böyük təhlükə yaradır. Təəssüflər olsun ki, bəzi vətəndaşlar bu ciddi məsələyə diqqət yetirmirlər. Onların hansı məbləğ müqabilində evlərə daimi qeydiyyata salındığını bilmirəm, bu haqda məlumatım yoxdur. Vətəndaşlara tövsiyəm odur ki, ayıq-sayıq olsunlar, bu təhlükəli işdən çəkinsinlər. Ucuz qazanc yolu bildikləri bu məsələ onları təhlükəyə ata bilər”-deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031