Çərşənbə günü, 16 iyul 2025
     

6-cı sinif "Azərbaycan tarixi" dərsliyinin son buraxılışında görün nə faktlar var...

Image

Hidayət Cəfərov: "Göstərilən qeydlər elmi səhv deyil, bunlar görkəmli Azərbaycan tarixçisi, professor Yusif Yusifovun qələminin məhsuludur"

Azərbaycan tarixinin yeni metodologiya əsasında yazılması ən aktual məsələlərdən biri kimi qarşımızda durur. Xalımızın da əsas istəyi, tələbi odur ki, milli tariximiz Sovet təfəkküründən, Sovet metodologiyasından, köhnədən mövcud olan səhv ideoloji yanaşmalardan təmizlənsin. 

Bu gün Azərbaycan tarixşünaslığına yeni yanaşmaların olduğunu inkar edə bilmərik, ayrı-ayrı tədqiqatçıların əsərlərində biz milli yanaşmanı görürük. Müşahidəmizə görə, "Azərbaycan tarixi" dərsliklərinin bir çoxunda tariximizin yad elementlərdən təmizləndiyini görürük. Son illər milli təfəkkürlü tarixçilərin dərslik yazılması prosesinə qoşulmasının nəticəsidir ki, köhnədən qalma səhvlərə "Azərbaycan tarixi" dərsliklərində rast gəlmirik. Bu bizim qazancımızdır.

Amma bəzən sosial şəbəkələrdə ayrı-ayrı tarixçilərin yazılmış dərsliklərdə nöqsan aşkarladığına rast gəlirik. Heç şübhəsiz ki, dərslikdə bu nöqsanları görmək bizə pis təsir edir. 

Məsələn, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnolgiya İnstitutunun əməkdaşı, tarixçi Ramin Əlizadə bu günlərdə öz şəxsi Facebook hesabında Aidə Məmmədovanın, Hidayət Cəfərovun, İlyas Babayevin və Vəli Əliyevin həmmüəllifliyi ilə 2021-ci ildə nəşr olunan 6-cı sinif "Azərbaycan tarixi" dəsrliyində nöqsanlar tapdığını yazıb və həmin mətnin fotosunu paylaşıb. R.Əlizadənin paylaşımına diqqət yetirək. R.Əlizadə "Sonuncu nəşr (2021) 6-cı sinif Azərbaycan tarixi dərsliyinin 49-ci səhifəsində 8 saylı dərsin cəmi iki abzasında 8 səhv!

Səhv No. 1 – Araz çayından şimal, Azərbaycanın şimal hissəsidir. Niyə düzgün redaktə olunmur, bu cür təkrarçılığa yol verilir?

Səhv No. 2 – E.ə. 3-2 minilliklərdə Naxçıvan və Mil-Qarabağda türkdilli naxç, gərgər (kəngər, qarqar) tayfalarının yaşadığını hansı mənbə sübut edir? Əslində belə bir mənbə mövcud deyil! Niyə bu yalan məlumat plagiat fakt kimi təbliğ edilir!

Səhv No. 3 – Cümlədə naxç, gərgər (kəngər, qarqar) tayfaları "və başqa" dedikdə hansı tayfalar nəzərdə tutulur? Hansı mənbədə bu barədə məlumat verilir? Yoxdur belə bir mənbə!

Səhv No. 4 – E.ə. 3-2-ci minilliklərdə heç bir mənbədə "kassit" adlı tayfadan bəhs edilmir! Bu tayfanın qədim adı kaşşu olub. Niyə şagirdlərə doğrunu yox, yanlışı təbliğ edirsiniz!

Səhv No. 5 – Kaspi tayfasının e.ə. 3-2 minilliklərdə harada yaşaması haqqında hansı mənbə məlumat verib? Bu da yanlışdır!

Səhv No. 6 – Kadusi tayfasının e.ə. 3-2 minilliklərdə harada yaşaması haqqında hansı mənbə məlumat verib? Bu da yanlışdır!

Səhv No. 7 – Tapşırıq hansı dövrdən bəhs edir?

Səhv No. 8 – Kassit əyanları hansı dövrdə yaşayıb, kim çəkib o dövrdə onların təsvirlərini? Növbəti yalan təbliğ edilir!

P.S. Xahiş edirəm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, həmçinin Dövlət İmtahan Mərkəzi sınaq və qəbul imtahanlarına bu cür dərsliklərdən suallar tərtib etməsinlər"-deyə bildirib.

R.Əlizadənin paylaşımında o qədər ciddi məqamlar yer alıb ki, bunu araşdırmaq istədik. 

"Mən "ibtidai icma quruluşu" bölməsinin müəllifiyəm" 

2021-ci ildə nəşr olunan 6-cı sinif  "Azərbaycan tarixi" dərsliyindəki məsələlərin hardan qaynaqlandığına aydınlıq gətirməsi üçün   tarix elmləri doktoru, professor Hidayət Cəfərovla əlaqə saxladıq. H.Cəfərov "Bakı-Xəbər"ə bildirdi ki, dərsliyin o hissəsinin müəllifi o deyil. "Bu dərslik ilk dəfə 1989-cu ildə yazılıb və 90-cı illərdə nəşr olunub. Sonralar dəfələrlə yenidən işlənib, nəşrə məsləhət bilinib. Rəylərə əsasən xeyli dəyişikliklər edilib. Ramin müəllimin iradlarına hörmətlə yanaşır, hər kəsin fikir bildirmək haqqına da hörmət edirik. Göstərilən qeydlər elmi səhv deyil, bunlar görkəmli Azərbaycan tarixçisi, professor Yusif Yusifovun qələminin məhsuludur. O, həm də dərsliyin ümumi redaktoru, rəhbəri idi. Onun vəfatından sonra bu vəzifə professor Vəli Əliyevə həvalə olundu. Təəssüf ki, dərslik müəlliflərindən Vəli Əliyev və İlyas Babayev də haqq dünyasına qovuşdular. Bir mən qalmışam. Mən "ibtidai icma quruluşu" bölməsinin müəllifiyəm.  İstənilən irad və qeydlərə cavab verməyə hazıram. Ramin müəllimin redaktə xarakterli qeydindən başqa, qalanlarında Azərbaycan tarixinə xələl gətirə biləcək ciddi nöqsan yoxdur. Məgər türkdilli tayfaların ən qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmasına etiraz etmək olar?"-deyə Hidayət Cəfərov bildirdi.

Qeyd edək ki, bu məsələ ilə bağlı bu dərsliklə əlaqəsi olmayan bəzi tarixçilərin sözlərinə görə, bu dərsliyi tənqid edərkən orada əks olunan faktların hardan alındığına fikir vermirlər. Sözügedən dərslikdə də Azərbaycan tarixçilərinin yazdıqlarına istinad edilib. Əksər tarixçilərə görə, burada elmi səhv yoxdur. Bunu da vurğulayırlar ki, bəzi müəlliflər dərsliklərdə AMEA-nın Tarix İnstitununun vaxtilə nəşr etdiyi ideoloji cəhətdən nöqsanlı  VII cildlik "Azərbaycan tarixi"ndən də istifadə ediblər. Tarixçilərə görə, elə adlar var ki, onlar müxtəlif mənbələrdə müxtəlif cür yazılıb, məsələn, "kassit"lərin kaşşu adlandırılması kimi. Bunun VII cildlikdə də verildiyini deyən tarixçilər qeyd edir ki, dərsliklər elmi əsərlər əsasında yazılır. İndiyə qədər isə elmi əsərlərdə bu adların bu şəkildə verildiyini deyən tarixçilərin sözlərinə görə, bir tarixçi bir tarixçinin yazdığını tənqid edəndə yazılan əsərləri, elmi monoqrafiyaları nəzərə almalıdır. Eyni zamanda tarixçilər qeyd etdi ki, o dərslikdə səhv adlandırılan məsələlər Elmlər Akademiyasının nəşrlərində də öz əksini tapıb. 

Bu məsələni araşdırmağımız nəticəsində bizdə yaranan fikirlərdən biri belə oldu ki, dərsliklərdəki səhvlər indiyə qədər yazılan əsərlərdən, kitablardan, elmi məqalələrdən, monoqrafiyalardan qaynaqlanır...Əlbəttə, o yazılanlara yeni gözlə baxmaq, yenidən saf-çürük etmək heç vaxt gec deyil.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910