KÖHNƏ VERSİYA            

Yer üzünün dərdini çəkən şair... - FOTO

Image

Zaman o zamandır ki, sözə can dərmanı kimi baxanların sırası seyrəlib, bir şeirin havası ilə dağı dağ üstə qoyanların dizinin taqəti, qolunun gücü tükənib, ürəyinin təpəri qırov bağlayıb. Sözdən əl çəkməyənlər bircə şairlərdir. Necə əl çəksinlər ki, söz olmasa onlar da olmaz. 

Dayandur Sevgin poeziyamızda özünəməxsus yeri olan, çağdaş şeirimizə qara fəhləlik edən, sözünü bazara çıxarmayan, kağıza köçürüb kitablara sığışdıran, oxuculara pay edən bir şairdir. Sadə bir şair, nə iddiası var, nə də kimdənsə umacağı. Özünə sığınıb içində qırov bağlayan dərdlərini şeirə çevirir. Sözə sadiq qalanların peşəsidir bu. 65 yaşını tamamlayan Dayandur Sevgin uzun illərdir ki, poeziyamıza gözəl töhfələr verir. Kimin nə deməsindən, kimin nə yazmasından, bəzi ədəbi tənqidçilərin bəzən ondan kənar gəzməsindən, kimin onu bəyənməməsindən qətiyyən əndişə keçirmir. Öz halından məmnun olan şair öz ilhamının işığında yazıb-yaradır. “Dərdi şairindi bu yer üzünün” şeirlər kitabı D.Sevginin 65 illik yubileyinə həsr olunub. Bu 65 ilin nə qədərini şeirlə bağrıbadaş yaşayıb, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, nə yazıbsa ürəkdən yazıb. 

Yolum yoxuşdur, eniş görünmür,

Bilmirəm ay necə, il necə gəlir. 

Bu qəddar taleyim, zalım taleyim

Nə öldürür məni, nə vecə gəlir.

 Şair yaşadığını yazmasa, əlbəttə, yazdıqları təbii görünməz. Məhz şair özü özünü yazanda səmimi olur.

Şairlərimizin yeni çıxan kitabları barədə çox yazmışam. Həmişə düşünürdüm ki, hamı barədə yazdım, bircə borcum Dayandur Sevginə qalıb. Heç Dayandur Sevgin barədə yazmamışdım. 

Yolun gözlədiyim baharın, yazın

Dolanıb yüz ilin qışından keçir.

Dərdindən Məcnuna döndüyüm qızın

Eşqi bir üzüyün qaşından keçir...

Sevgiyə, o ali hissə, mübhəm duyğuya verilən qiymət deyilmi? Sevib-sevilən gənclərə göstərilən uğurlu bir yol deyilmi? Gəncləri ötəri hisslərdən, könül əyləncəsindən uzaqlaşdırıb ali hisslərə çağıran tərbiyəvi misralardır. 

Əlbəttə, şairin ən böyük missiyalarından biri sözlə tərbiyə etməkdir. Düzdür, bəziləri indi tərbiyə məsələsini, didaktik şeir janrını ədəbiyyatdan kənar saymağa çalışır. Amma ədəbiyyatın vəzifələrindən biri məhz budur-nəsillər tərbiyə etmək. 

Şairin 65 illik yubileyi münaisbətilə nəşr etdirdiyi “Dərdi şairindi bu yer üzünün” adlı kitabına ön sözü filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazıb. O adam yazıb ki, ədəbiyyata, poeziyaya zərgər dəqiqliyi ilə yanaşır. “Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun peoetik yaradıcılığına hopub, yaxşı-pis nəyi var, özüdür, özününküdür...” deyə yazan Q.Bayramov şairin xarakterini olduğu kimi cızıb. Bəli, plagiatlığın, söz oğurluğunun, qeyri-səmimiliyin, boğazdan yuxarı misralarla at oynadanların məkanında Dayandur Sevgin öz sözü, öz halal şeirləri ilə meydandadır. Bu şairinin  üstünlüyüdür. Qurban müəllimin də yazdığı kimi şəhər onu şəhərli edə bilmədi, içində, gözündə, könlündə, xarakterində kənd insanının əbədi saflığını, halallığını yaşadır. İllər səmimiyyətdən mayalanan, halallıqdan yoğrulan adamların içini dəyişə bilmir, şəhər mühiti o adamların xarakterinə sirayət etməkdə acizdir. 

Şair Dayandur Sevgin “Boynuma biçildi dərd”, “Mən bilmirəm ayrılmağın yolunu”, “Əllidən o yana yoxuşdur”, “Xoş gəldin, 55 yaşım” kitablarının müəllifidir.

“Dərdi şairindi bu yer üzünün” kitabının gözəl məziyyətlərindən biri odur ki, burada şairin həm öz şeirləri, həm qələm dostlarının onun haqqında yazdıqları, həm də özünün dostları barədə yazdıqları oxuculara təqdim edilib. 

Ömür boyu kor olmuşam tüstümə, 

Bilməmişəm soyuq nədi, isti nə, 

Karvan-karvan dərd gəldikcə üstümə

Misra-misra şeirə dönən sözəm mən. 

Şair özünün sözə çevrildiyini, sözdən geymə geyindiyini açıq ifadə edib. 

Dayandur Sevginin kim olduğunu, nə yazdığını, hardan gəlib hara getdiyini bilmək istəyirsinizsə, onun şeirlərini oxuyun. Şairin ünvanını, nam-nişanını onun şeiri qədər yaxşı göstərən ikinci bir məfhum yoxdur. 

Şair qardaşımı həm 65 illik yubileyi, həm də “Dərdi şairindi bu yer üzünün” kitabının nəşri münasibətilə təbrik edirəm, ona can sağlığı, uğurlar arzu edirəm. 

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031