Türkiyədə geniş əməliyyat keçirilib, minlərlə odlu silah müsadirə olunub
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə olunub. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, 81 vilayəti əhatə edən “Mercek-23” əməliyyatı beş gün davam edib. Əməliyyat nəticəsində ümumilikdə 2269 silah, o cümlədən, 1289 sənədsiz tapança, 387 işlək vəziyyətə gətirilmiş tapança, 32 uzun lüləli tüfəng, 561 sənədsiz ov tüfəngi müsadirə olunub. 2439 şübhəli haqqında hüquqi prosedurlar icra edilib, şübhəlilərdən 127-si saxlanılıb.
Qeyd olunub ki, ən çox qanunsuz silah İstanbulda ələ keçirilib.
Mətləb Salahov