KÖHNƏ VERSİYA            

Hərbi qeydiyyata düşmək istəməyən miqrantlara Rusiyada yer yoxdur...

Image

Moskvada Rusiya İstintaq Komitəsinin hərbi şöbəsi və Daxili İşlər Nazirliyi qanunsuz miqrasiyaya və keçmiş miqrantların Rusiya qanunvericiliynə riayət etməsinə dair faktların üzə çıxarılması məqsədilə reyd keçirib. 

“Kommersant” qəzeti yazır ki, reyd zamanı Rusiya pasportu almış onlarca miqranta hərbi komissarlıqlara çağırış vərəqələri verilib. Qəzetin yazdığına görə, reydlər “Şelkovskaya” metro stansiyasının yaxınlığındakı avtovağzalda, tərəvəz bazasında və Moskvanın şərqindəki hostellərdə keçirilib.

Bundan əvvəl belə reydlər Moskva vilayətinin Serpuxov və Çexov yaşayış məntəqələrində keçirilmişdi. İstintaq Komitəsi bildirir ki, hərbi müstəntiqlər Rusiya pasportları alsalar da, hərbi qeydiyyatdan keçməyən xeyli keçmiş miqrant aşkar ediblər. Xatırladaq ki, Rusiya Dövlət Duması iyulun 31-də eyni vaxtda üç oxunuşda Rusiya vətəndaşlığı alanların icbari hərbi qeydiyyata götürülməsi haqqında qanun qəbul edib. Bu qanunun pozulması Rusiya vətəndaşlığının ləğvi ilə nəticələnə bilər. Sözügedən qanun məxsusi olaraq Rusiya vətəndaşlığı almış miqrantlar üçün qəbul edilib. Ukrayna müharibəsində iştirakdan imtina edən yeni vətəndaşların Rusiya pasportlarının ləğv olunmasını ötən ilin payızında İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin təklif etmişdi: “Fikrimcə, nə qədər ki xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyata cəlb etmək lazımdır. Əgər o, Rusiya vətəndaşı olaraq hərbi borcunu yerinə yetirmək istəmirsə, belə adamın vətəndaşlıqdan çıxarılmasına dair qərar qəbul olunmalıdır”. Bastrıkinin bu bəyanatından sonra Rusiyada miqrantların üzərinə reydlərin sayı kəskin artıb. Hüquq-mühafizə orqanları Rusiya vətəndaşlığı olan miqrantları saxlayır və onları hərbi qeydiyyatdan keçirir. Hərbi qeydiyyata düşməkdən imtina edən miqrantların ölkədən deportasiya olunmasına başlanıb. Bu arada Dövlət Duması avqust və sentyabr aylarını miqrasiya sahəsində nizam-intizamın yaradılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin işlənib hazırlanmasına həsr edəcəyini vəd edib. Və bir çox yeni qanun layihələri artıq miqrantlara qarşı məhdudlaşdırıcı tədbirlərlə doludur.   Rusiya Liberal Demokrat Partiyasının  fraksiyası bu fonda aşağı palataya miqrant işçilərin Rusiyaya ailə olaraq köçməsini qadağan edən qanun layihəsi təqdim edib. Deputatların sözlərinə görə, gələn qohumlar assimilyasiya etmək istəmir və yerli sakinlərlə ziddiyyət təşkil edən kompakt anklavlarda yaşamağa üstünlük verirlər. Partiya hər il minlərlə miqrantın ailələri ilə birlikdə işləmək üçün Rusiyaya sərbəst şəkildə gəldiyini vurğulayaraq, qonaq işçilərin həyat yoldaşları və uşaqları ilə ölkəyə girişinə qadağa qoymağı təklif edir. Yüksək ixtisaslı mütəxəssislər üçün istisna edilməsi təklif olunur.

Bundan əlavə, liberal demokratlar qeyri-kommersiya təşkilatlarının immiqrasiya qanunlarının pozulmasının qarşısının alınması və qeyri-qanuni immiqrantların müəyyən edilməsinə cəlb edilməsi ilə bağlı daha bir təşəbbüs irəli sürürlər. İzahat qeydində göstərildiyi kimi, söhbət “ziyarətçilərin sosial və mədəni adaptasiyasına və inteqrasiyasına diqqət yetirən və bunun üçün dövlət dəstəyi alan” QHT-lərdən gedir. Bununla belə, ekspertlər, Dövlət Dumasının artıq antimiqrant layihələri ilə dolmasına baxmayaraq, miqrasiya siyasətinin hələ də ciddi çətinliklərlə üzləşdiyini bildirir. Prezident yanında İnsan Haqları Şurasının üzvü Aleksandr Brod bildirir ki, bu günlərdə yalnız tənbəllər miqrasiyadan danışmır: “Ancaq bir qayda olaraq, bu, qaynar mövzu hesabına piar üçün nəzərdə tutulub. Bu zaman əmək bazarının ehtiyaclarını nəzərə almırlar. Ağzı köpürmədən aktual problemi dəyərləndirənlər bilirlər ki, işçi qüvvəsinin dəqiq seçimi, miqrantların təlimi, ciddi uçot və nəzarət lazımdır”. Beləliklə, Dövlət Dumasının bir qrup deputatının təşəbbüsü düzgün görünür, lakin praktikadan çox uzaqdır, çünki o, nə konseptual aparat, nə də qiymətləndirmə meyarları ilə dəstəklənir. Bu fonda ekspertlər sual verirlər: rusların özlərinin tarix, dil kimi sahədə biliklərinin əhəmiyyətli dərəcədə çatışmadığını nəzərə alsaq, miqrantın dil, mədəniyyət və hüquq uçurumuna qərq olması nə qədər lazımdır? İxtisaslaşmış sosial yönümlü QHT-lərin bu işə cəlb olunmasına gəlincə, ekspertlər çaşqınlıq içində qalıb ki, hansı ictimai fəallara yaşıl işıq yandırılacağına kim və necə qərar verəcək. Bəs hansısa təşkilat uzun illər miqrantlarla işləməkdə uğur qazanıbsa, lakin xarici agent elan edilibsə və ya faktiki olaraq maliyyə resursları yoxdursa onda necə olacaq? Brod bu fonda qeyd edir: “Biz onu da bilirik ki, məmurlar necə işləməyi bilən təşəbbüskar vətəndaş fəalları ilə məşğul olmaqdan çəkinirlər, amma mütləq problem tapıb bu barədə məlumat yayacaqlar. Çoxları üçün loyallarla məşğul olmaq daha arzuolunandır, hətta QHT proqramına möhür vurmaq və onlara qrant vermək daha asandır. Ona görə də deputatların təklif etdiyi təşəbbüs mənə gözəl çemodan kimi görünür, amma qulpsuz”. Şərqşünas tarixçi Anastasiya Tsedenbalın isə qeyd edir ki, əksər təşəbbüslər seçki və partiya piarı kimi görünür, bunun üçün hüquqi işlənmə o qədər də vacib deyil. Onun özü də hesab edir ki, yaxın illərdə qeyri-qanuni miqrasiyanın həcmi azalacaq və bununla belə, hakimiyyət axına nəzarəti tətbiq edəcək, çünki ilk növbədə bu onların özlərinə lazımdır. 

Samirə SƏFƏROVA







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031