Lukaşenko Paşinyanın siyasətini sərt tənqid etdi – Ermənilər bizdən başqa kimə lazımdır?..
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın hazırkı rəhbərliyinin siyasətini sərt tənqid edib.
Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyünə diqqət çəkən Lukaşenko deyib ki, Ermənilər bizdən başqa kimə lazım deyil.
"Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Ermənilər öz iqtisadiyyatlarını inkişaf etdirməli və sahib olduqlarına diqqəti yönəltməlidirlər. Hansı Fransa, hansı ( Fransa prezidenti) Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq".
TAHİR