Azərbaycan BRİKS-in adını dəyişdirəcək. ...BRİKSA...
Azərbaycanın BRİKS təşkilatına üzvlüyü reallaşa bilər. Rəsmi məlumata görə Azərbaycan artıq təşkilata müraciət edib. Məlumdur ki, BRİKS bu təşkilata üzv ölkələrin adlarının baş hərflərindən təşkil olunub. Braziliya,Rusiya, İndiya ( Hindistan), Kitay ( Çin) və Yujna - afrikanskaya respublikanın (Cənubi Afrika respublikası) baş hərflərindən BRİKS alınır.
Bəs Azərbaycan üzv olandan sonra təşkilat necə adlanacaq? Təbii ki, ad dəyişilməlidir, həm də bu təkcə Azərbaycanla yox, bir ay əvvəlki sammitdə təşkilata qəbul edilmiş yeni üzv dövlətlərlə bağlı dəyişəcək .Məsələn ,
Misir, İran, Efiopiya və digərləri artıq qəbul ediliblər. Azərbaycan üzv olandan sonra təşkilat BRİKSA adlana bilər. Bütün hallarda Azərbaycanın baş hərfinin abreviyaturada əks olunması pis olmazdı..
Nahid Salayev