KÖHNƏ VERSİYA            

Kreml Azərbaycanla bağlı bunu təsdiqlədi - Qafqazın söz sahibi...

Image

Şimal qonşumuzun rəhbərinin Azərbaycana səfəri, gözlənildiyi kimi, dünya mediasının, o cümlədən Rusiya KİV-inin xüsusi diqqət mərkəzində yer aldı. Bu xüsusda Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqani yazır: 

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri səmimi mühitdə baş tutub. Tərəflər əməkdaşlıq və qarşılıqlı anlaşmaya dair altı sənəd imzalayıb, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Putinin sözlərinə görə, Moskva indi Ukrayna istiqamətində böhranlarla üz-üzədir, lakin onun Cənubi Qafqaz işlərində iştirakı qalır.

Qeyd edilməlidir ki, prezident təyyarəsi avqustun 18-də axşam saatlarında Bakı hava limanına enib. Rusiya lideri hava limanından dövlət başçısı İlham Əliyevlə Bakıdan 40 km aralıda, Xəzər dənizinin sahilində yerləşən “Zuğulba” iqamətgahında qeyri-rəsmi şam yeməyinə gedib. Yeməkdən əvvəl Putin və Əliyev bir-birini qucaqlayıb, səmimi salamlaşıblar. Ertəsi gün Putin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, xanımı Zərifə Əliyevanın, həmçinin Əziz Əliyevin və Tamerlan Əliyevin məzarı üzərinə qırmızı qızılgüllər qoyub. Rusiya prezidenti həmçinin Şəhidlər Xiyabanında Əbədi məşəl önünə əklil qoyub. Bu, 1990-cı ilin yanvarında Bakı hadisələrinin qurbanlarının və birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların dəfn olunduğu xatirə qəbiristanlığıdır. Yalnız bundan sonra həmin “Zuğulba”da iki prezidentin rəsmi görüş mərasimi baş tutub. Putinə Rusiyanın maraqlarını təmsil etməkdə baş nazirin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, xarici işlər naziri Sergey Lavrov, İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov, nəqliyyat naziri Roman Starovoyt, səhiyyə naziri Mixail Muraşko, VTB, VEB, “Qazprom”, “Rosneft” rəhbərləri və başqaları qatılıb. Rusiya prezidenti Bakını “regionda vahə” adlandırmaqla sözə başlayıb və Əliyevə rus dilinə göstərdiyi diqqətə görə təşəkkür edib. “Azərbaycanda 300 rusdilli məktəb, aparıcı ali təhsil müəssisələrimizin filialları fəaliyyət göstərir”, - Rusiya lideri vurğulayıb. Əliyev öz növbəsində qeyd edib ki, Bakı Moskva ilə qarşılıqlı əlaqələrin səviyyəsindən çox razıdır. “2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə uğurla həyata keçirilir”, - deyə Azərbaycan prezidenti qeyd edib. Dövlət səfəri nəticəsində tərəflər səhiyyə, karantin və bitkilərin mühafizəsi, qida təhlükəsizliyi ilə bağlı üç saziş imzalayıblar. İqlim dəyişikliyi və aşağı emissiyalı karbon texnologiyasının inkişafı, əmək müfəttişliyi və investisiyaların təşviqi məsələləri üzrə də üç anlaşma memorandumu imzalanıb. 

Bu arada görüşün bəlkə də ən maraqlı tərəfi Putinin Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hələ də kömək etməyə hazır olduğunu deməsi olub. “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir”, - deyə prezident əmin edib. Eyni zamanda o, danışıqlar barədə Ermənistanın baş naziri Nikol Paşinyana məlumat verəcəyini vəd edib. Paralel olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Bakı Ermənistanla münasibətləri normallaşdırmaq məqsədi daşıyır, lakin İrəvanın əsassız tələbləri aradan qaldırılmalıdır. Öz növbəsində, sülh müqaviləsi bu məsələyə potensial qayıdışın qarşısını alacaq. Departament onu da qeyd edib ki, Rusiya həmişə belə danışıqlar üçün məqbul platforma olub. Bakı prinsipcə Rusiyanın vasitəçiliyinə qarşı deyil, İrəvan buna qarşıdır. Bundan əlavə, tərəflər sülh müqaviləsi danışıqlarından Zəngəzur dəhlizi adlanan bəndin çıxarılması barədə razılığa gəliblər. Bu o deməkdir ki, Moskvanın maraqlandığı yol yaxın gələcəkdə açılmayacaq. Qarabağda Rusiya konsulluğunun yaranması da, çətin ki, baş tutsun, çünki orada ruslar praktiki olaraq yoxdur. MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov Bakı diplomatiyasına ehtiramını bildirib. “Azərbaycan tərəfi eyni vaxtda bir neçə platformada - Qərb və Rusiya platformalarında effektiv oynayır. Xüsusilə, Əliyev bir tərəfdən Rusiya ilə yaxınlaşa bildi, digər tərəfdən isə Avropanın Qarabağı öz ölkəsinin bir hissəsi kimi tanımasına nail oldu. Ermənistan isə əksinə, son zamanlar kollektiv Qərbin vasitəçiliyi ilə danışıqlara maraq göstərib. Eyni zamanda, məsələn, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı çoxlu sayda suallar qalır. Potensial vasitəçilərdən hansının tərəflərin sülh müqaviləsi imzalamasını təmin edə biləcəyi məlum deyil”, - deyə Markarov bildirib”. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031