KÖHNƏ VERSİYA            

AQTA kütləvi zəhərlənmələrlə uğurlu mübarizə apara bilmir - AQTA-çıların tək işi...

Image

Eyyub Hüseynov: “Düşünürəm ki, bu cür intensiv zəhərlənməyə görə AQTA rəhbərliyi istefa verməlidir, bu vəziyyət dəyişməlidir”

Son illər Azərbaycanda kütləvi zəhərlənmə hallarının artmasını müşahidə etmək, az qala hər gün bu barədə xəbər oxumaq ictimaiyyətdə ciddi sosial narahatlıq yaradır. Bir gün eşidirik ki, hansısa dönərxanada, hansısa restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib, başqa bir gün toylarda, yaslarda analoji hadisənin yaşandığı haqda məlumat alırıq.   

Son həftələr ölkəmizdə baş verən kütləvi zəhərləmə hadisələri də toy və yas mərasimlərində baş verib. Bu hadisələrin insanlar üçün nə qədər fəlakətli bir vəziyyət olduğunu ifadə etmək çətindir.  

Mətbuatda da yazılır ki, son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb. Son hadisələrdən biri Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə,  avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib. 

Respublika ərazisində yaşanan kütləvi zəhərlənmə hallarının vətəndaşların narahatlığına səbəb olduğu məlumdur.

Odur ki, ictimaiyyət arasında yaranan fikrə görə, burada ən böyük məsuliyyət Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzərinə düşür. Cəmiyyət arasında belə söhbətlər yayılıb ki, 

AQTA-nın işi-gücü ancaq qida təhlükəsizliyinin qaydalarına  formal əməl edilməsinin yoxlanılmasından və müxtəlif obyektlərdən haqq yığmaqdan ibarətdir. İctimaiyyət hesab edir ki, AQTA-nın əməkdaşlarının böyük bir hissəsinin fəaliyyəti bununla bağlıdır. Cəmiyyət arasında söz-söhbətlər var ki, AQTA-nın əməkdaşlarının əsas işi ancaq müəyyən obyektlərdən qida təhlükəsizliyi qaydalarına əməl olunub-olunmaması ilə bağlı haqq yığmaqdan ibarətdir. Guya gəlib normativlərə əməl olunmasını yoxlayırlar, haqlarını alıb gedirlər. Cəmiyyətdə belə bir fikir var ki, onların əməkdaşlarının müəyyən hissəsinin fəaliyyəti bundan ibarətdir. Nəticədə, budur, kütləvi zəhərlənmələr baş alıb gedir. Bu, AQTA nın birbaşa fəaliyyətsizliyinin nəticəsidir ki, Bakıda və regionlarda tez-tez bu halların şahidi oluruq. 

“AQTA-nın regionlardakı ofislərinin verdiyi o yalançı kağızlara, saxta ekspert rəylərinə ölkədə son qoyulmalıdır” 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, son bir ayda neçə yüz insanın zəhərlənməsi barədə mətbuatda məlumatlar yayılıb: “Yaxşı ki, mətbuat var və baş verən hadisələr barədə bizə məlumat verir. Mediada yayılan mıəlumatların 60-70 faizi həqiqəti əks etdirir. Düşünürəm ki, bu cür intensiv zəhərlənməyə görə AQTA rəhbərliyi istefa verməlidir, bu vəziyyət dəyişməlidir.  Özünə hörmət edən insan “bu mənlik deyil, bu işi mən yerinə yetirə bilmirəm” deyib  postunu qoyub gedər. AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsdir. Məndə olan məlumata görə, rayon yerlərində toy edən insanlar özünə lazım olan qidaları (ət, toyuq və sair-E.H) götürüb AQTA-nın regional ofisinə gedir, guya orda o məhsulları analiz edirlər, arayış verirlər ki, istifadə etmək olar. Ondan sonra toyxana sahibi onların toy keçirməsinə razılıq verir. Rayon yerlərində adətən malı, ətliyi toy sahibləri özləri gətirir. Amma əgər toyu toyxana edirsə, o da bir neçə malı göstərib AQTA-nın regional ofisindən kağız alır, amma məhsullar ekspertiza olunmur. O qidalardan da toylarda istifadə olunur. AQTA-nın regionlardakı ofislərinin verdiyi o yalançı kağızlara, saxta ekspert rəylərinə ölkədə son qoyulmalıdır, bu işin sonu olmalıdır.   Ölkədə müstəqil ekspertiza yaranmalıdır, onun rəyi məhkəmələrdə tanınmalıdır. Amma belə bir şey yoxdur. Ölkədə ekspertiza adlı xidmət yarıtmaz vəziyyətdədir. Yalançı ekspertizaya son qoyulmalıdır. Statistikanın gizlədilməsi, zəhərlənmələrin qeydiyyata alınmaması məsələsi ölkədə anormal vəziyyətin yaranmasına gətirib çıxarır. Bütün cəmiyyət mətbuata minnətdar olmalıdır ki, media bu məsələləri araşdırıb gündəmə gətirir. Görək, AQTA medianın işlərini izləyirmi? Mən AQTA-da ictimai şuranın üzvü olarkən dəfələrlə demişəm ki, siz medianı izləyin, onlara təşəkkür edin, onlarla birgə işləyin. Mənə sədr müavini dedi ki, hardan bilirsiz işləmirik? Dedim ki, axşam filan kanalda məlumat verilmişdi, siz onlara bir təşəkkür etmisiz? Soruşmusuz ki, məlumatın mənbəyi hardadır? Xeyr”-deyə E.Hüsynov bildirdi. 

E.Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyi olaraq daim AQTA-nı media və cəmiyyətlə birgə işləməyə çağırıblar. “Onların ayaqları yerdən üzülüb. Milyon dollarlıq laboratoriyalar, akkreditasiyalar, Avropa Birliyinin, kimlərin sənədləri bunların ağıllarını başlarından alıb. Elə bilirlər ki, laboratoriyanı qurub ora qoymaqla məsələni həll etmək olar. Cəmiyyətin, xalqın içinə enmək lazımdır. Şadlıq saraylarında, mərasim evlərində AQTA-nın nümayəndələri olmalıdır, yaxud ictimaiyyətlə onların əlaqələri olmalıdır. Amma onlar cəmiyyətdən uzaqlaşıblar, ayaqları yerdən üzülüb. Nə qədər ki, onların ayaqları yerə dəyməyəcək o qədər də kütləvi zəhərləmələr baş verəcək, davam edəcək. Ölkədə zəhərlənmələrin qeydiyyatı məsələsi bərbad vəziyyətdədir. Həmişə dediyim kimi, AQTA-nın rəsmi saytında zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 1400 dəfə az göstərilir. Guya bizdə zəhərlənmələr dünya ölkələrindən, hətta Avropa dövlətlərindən 1400 dəfə azdır. Bu anornaldır, bu yalançı statistikadır. Bu saxta statistikadan zövd alıb deyirlər ki, bizdə belədir. Bu məsələlərə son qoyulmalıdır. Ölkənin mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. AQTA-nın əsasnaməsində dəyişikliklər olmalıdır, qurum cəld yoxlama mexanizminə malik olmalıdır. AQTA-nın böyük volontyorlar şəbəkəsi olamlıdır ki, onlara kömək etsin. Öncədən deyirəm, onlar mütləq deyəcəklər ki, bu toyda insanların zəhərlənməsi ev sahibinin hazırladığı yeməklərdən, istifadə etdikləri məhsullardan olub. Bu 27 ildə hələ görməmişəm ki, sənaye üsulu ilə hazırlanan maldan bir zəhərlənmə qeydiyyata alınsın, bu qeydiyyata alınmır. Çünki o məhsulların sənədi var. Sənədi varsa, o sənədləri də onlara AQTA verib, qurum özü-özünü təkzib edə bilməz.  Bu kiminsə boynuna qoyulacaq, zəhərlənmə özləri hazırladıqları məhsuldan olub, nə bilim, şadlıq evlərində sanitariya vəziyyəti elə idi, belə idi deyəcəklər.  Yalan və cəfəngiyatdır. Öncədən deyirəm ki, sənaye üsulu ilə hazırlanan məhsuldan heç zaman, çox təəssüflər olsun ki, zəhərlənmə qeydiyyata alınmayacaq. Baxmayaraq ki, dünya ölkələrində ildə hər on adamdan biri bir dəfə zəhərlənir. Hətta sənaye üsulu ilə hazırlanmış qidalardan Avropa ölkələrində zəhərlənən insanlar olur. Sənaye üsulu ilə məhsul  hazırlayanların lobbiçiliyini aparan böyük qüvvələr var. Sənaye üsulu ilə məhsul hazırlayanların əllərində pul var, ekspertizalar, hüquqşünaslar var. Onlar özlərini daim hər cür qoruyurlar. Ona görə də istehlakçılar zəhərlənəndə onu istehlakçıların üzərinə atırlar ki, günahkar onlardır. Çox təəssüf...” - deyə E.Hüseynov bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031