KÖHNƏ VERSİYA            

Rusiya-Ukrayna savaşı fonunda KTMT-nin sonu çatır...

Image

Rusiya və Ukrayna arasında cərəyan edən son proseslər, savaşın Kursk vilayətində davam etməsi dünyanın xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu arada Rusiya Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin hücumunu dayandırmaq məqsədilə işğal olunmuş ərazilərdəki bir neçə birləşməsini oradan çıxarıb. Bu birləşmələrin briqada ölçüsündə olduğu deyilir. 

CNN telekanalın kəşfiyyata yaxın mənbələrə istinadla yaydığı xəbərdə deyilir ki, bununla belə, Rusiya əsas qüvvələrini Ukrayna ərazisində saxlayır. Mənbələrdən biri bunu belə şərh edib: “Hesab olunur ki, Rusiyanın Ukrayna cəbhəsində yüz minlərlə əsgəri var. Odur ki, rəsmilərin dediyi kimi, bir neçə min əsgərin başqa istiqamətə keçirilməsi qısa müddətdə elə də ciddi nəticələrə səbəb olmaya bilər”. CNN-nin adı çəkilməyən mənbəsi əlavə edib: “Biz hələ ki, əsaslı qoşun köçürülməsini görmürük və bunun səbəbini deyə bilmirik: çünki onlar qoşunları ya təzəlikcə hərəkətə gətiriblər, ya da yerini dəyişmək üçün qüvvələri yoxdur”. Digər mənbə isə bu qənaətdədir ki, Rusiya Kurskun müdafiəsini, daha çox, müddətli hərbi qulluqçuların hesabına möhkəmləndirməyə çalışır. Yüksək vəzifəli ABŞ məmuru telekanala deyib ki, kəşfiyyatın məlumatına görə, Rusiya Ukraynadakı birləşmələrdən başqa, Kursk vilayətinə Leninqrad hərbi dairəsinin şəxsi heyətini və Kalininqraddakı hərbçilərini göndərib. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi kanala deyib ki, Rusiya bəzi resurslarını Kursk vilayətinə, ehtimal ki, Ukrayna qüvvələrinin qarşısını almaq məqsədilə keçirir. Lakin Kirbinin sözlərinə görə, qoşunların Ukrayna ərazisindən aparılması, hələ Kremlin Donbas və Zaporojyedəki hərbi əməliyyatlardan əl çəkməsi kimi qiymətləndirilməməlidir. CNN-in mənbələrindən biri deyib ki, Ukrayna ordusunun Kurskda apardığı əməliyyat diqqətəlayiqdir, lakin Ukrayna ora itirilməsini istəmədiyi təcrübəli döyüşçülərini göndərib. Telekanalın mənbələri bildirirlər ki, onların fikrincə, Ukrayna Kursk vilayətindəki əraziləri uzun müddət saxlaya bilməyəcək və buna görə də bu əməliyyatın müharibənin ümumi gedişini necə təsirləndirəcəyini söyləmək çətindir. Bundan başqa, CNN telekanalının bir neçə mənbəsi bildirir ki, ABŞ Ukrayna ordusuna Amerikanın uzaqvuran silahlarından istifadə icazəsi vermək istəmir. Lakin bu, Vaşinqtonun eskalasiyadan çəkinməsi ilə yox, ABŞ-ın Ukraynaya çox sayda ATACMS raketi verə bilməməsi ilə bağlıdır. ABŞ hərbçilərinin fikrincə, qənaət üçün bu raketlərlə Krımdakı obyektlərin vurulması daha məqsədəuyğundur. Belə vəziyyətdə Rusyanın “EADaily” nəşri yazır ki, Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından xeyli vaxt keçsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hələ də heç bir reaksiya yoxdur: “Söhbət Ukraynanın müdaxiləsinə siyasi qiymət verilməsindən gedir, çünki indiki şəraitdə KTMT-nin hərbi cavab tədbirləri qəbul etməsi tamamilə qeyri-real görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, təşkilata üzv ölkələr Rusiyaya yardım etməli idilər. Lakin bu yoxdur. Lazımi hərbi yardımın göstərilməsi təcavüzə məruz qalmış KTMT dövlətinin onun üçün rəsmi müraciəti ilə bağlıdır. Rusiya təbii ki, müttəfiqlərini çətin vəziyyətə salmamaq üçün belə bir xahişlə çıxış etməyəcək. Lakin bu, Kiyevin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması ilə bağlı KTMT üzvlərinin kollektiv siyasi mövqe bildirmə zərurətini inkar etmir”.

Daha sonra nəşr yazır ki, hazırda təşkilata sədrlik edən Qazaxıstan Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması və Kiyevi qınayan müvafiq sənədin qəbulu təşəbbüsü ilə çıxış edə bilərdi: “Bu o qədər də sadə deyil. Məsələn, “erməni məsələsi”ni götürək. Bu, artıq KTMT-ni faktiki məhdud fəaliyyətinə gətirib çıxarıb. Bu ilin əvvəlində İrəvan hərbi-siyasi blokda iştirakın dondurulduğunu elan edib, büdcəsini maliyyələşdirməkdən imtina edib və KTMT-dən çıxmaq məsələsini qaldırıb. Kurskdan sonra Ermənistan paytaxtında hökumətyönlü şərhçilər istehzalarını ört-basdır etməyə cəhd belə göstərmədən qeyd etməyə başladılar ki, Cənubi Qafqaz respublikası Moskvaya heç bir şəkildə kömək edə bilməz, hətta Kiyevin addımına siyasi qiymət verilsə belə: “Çünki Rusiya-Ukrayna sərhədi delimitasiya edilməyib”.  Nəşr yazır ki, təkcə Ermənistan deyil, Moskvanın KTMT-dəki digər tərəfdaşları da aydın və birmənalı mövqe bildirməyə həvəsli deyillər: “Bu arada, İrəvanın həm KTMT-yə, həm də Rusiyanın Kiyevə qarşı siyasətinə antaqonizmi təkcə emosiyalarla bağlı deyil. Burada son vaxtlar Ermənistan-Rusiya münasibətlərində daha bir xoşagəlməz epizodu xatırlamaq olar. Rusiya Xarici İşlər Nazirliyi iyunda Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça vilayətinə səfərindən sonra İrəvana etiraz notası göndərib. Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir. Ermənistanın hazırkı rəhbərliyi əslində özünü təkcə Ukraynada deyil, Rusiyanın müttəfiqləri sırasında görmür. İrəvanın Qərb meyli artıq ona gətirib çıxarıb ki, BMT Baş Assambleyasında səsvermə zamanı o, başqa mövqe tutmağa başlayıb, xüsusən də Gürcüstanla bağlı ən yüksək siyasi səviyyədə onun ərazi bütövlüyünün “tam tanınmasını” vurğulayır. Maraqlıdır ki, Kiyevin hücumundan təxminən bir ay əvvəl Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiyanın iki sərhəd bölgəsinə - Belqorod və Kursk vilayətlərinə səfər edib. İyulun 1-də erməni diplomat, xüsusən də Belqorodda 2024-cü il mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində dağılmış yaşayış binasına gəlib. Ertəsi gün o, Kurskda işgüzar səfərdə olarkən “1941-1945” abidəsi önünə gül dəstələri qoyub”. Hesab olunur ki, baş verənlər KTMT-nin bir qurum kimi tükənməsinin göstəricisi də ola bilər. Digər tərəfdən, təşkilata üzv ölkələr arasında yeganə nəzərəçarpacaq hərbi qüvvəsi olan ölkə Rusiyadır. Düzdür, Qazaxıstan böyük dövlətdir, Özbəkistanın güclü ordusu var, amma Türkmənistanın, Tacikistanın və Qırğızıstanın orduları çox zəifdir. Bu fonda təşkilatın üzvü olan Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susqunluq nümayiş etdirir. Bununla da KTMT-nin  işlək bir qurum olmadığı bir daha ortaya çıxır. 

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031