KÖHNƏ VERSİYA            

Rusiya qazı Ukraynadan hələ də Qərbə axır - amma Avropada Azərbaycan qazı əvəzolunmazdır...

Image

Azərbaycan qazının Ukrayna infrastrukru vasitəsilə Avropaya çatdırılması məsələsi hələ də aktuallığını qoruyur. Bu məsələ Avropada xüsusi diqqət mərkəzində olsa da, hələlik rus qazının Ukrayna ərazisindən keçməklə Qərbə nəqli davam edir.

Savaşın başladılmasından 2 il yarım ötsə və çox ayda sanksiya tətbiq edilsə də, Rusiya təbii qazı hələ də Avropaya Ukrayna ərazisindən keçən boru kəmərləri şəbəkəsi ilə ötürülür. Ukrayna Rusiyanın Kursk vilayətinə daxil olub Suca şəhəri yaxınlığındakı qazölçmə stansiyasını ələ keçirəndən sonra da durum dəyişməyib. Baş verənlə fonunda “The Associated Press” Rusiya qazının Ukraynadan keçərək axıdılmasının əsas məqamlarını göstərən maraqlı məqalə dərc edib. Bildirilir ki, Qərbi Sibir qaz mədənlərindən axan maye qaz Sucadan Ukrayna sərhədini aşaraq həmin ölkənin boru kəmərləri sisteminə ötürülür. Bu boru kəmərləri Ukrayna-Slovakiya sərhədindən Avropa İttifaqı ərazisinə daxil olandan sonra şaxələnir və qazı Avstriya, Slovakiya və Macarıstan müəssisələri arasında paylaşdırır. Təbii qazdan elektrik enerjisi istehsalında, sənaye proseslərinin enerji ilə təminatında və bəzi hallarda evlərin qızdırılmasında yararlanırlar. Qaz əvvəlki qaydada axmağa davam edir. Ukrayna özünün boru kəməri sistemindən axan qazı istənilən vaxt kəsə bilərdi. Hərbi sirlər, eləcə də jurnalist və müşahidəçilərə çıxışın olmaması stansiyaya hazırda kimin nəzarət etdiyini dəqiqləşdirməyi çətinləşdirir. Ukrayna qaz ötürmə sistemi şirkətinin məlumatına görə, avqustun 13-də Sucastansiyasından 42.4 milyon kubmetr qazın keçməsi nəzərdə tutulmuşdu. Bu, təxminən son 30 günün ortalama göstəricisinə uyğundur. Ukrayna və Rusiyanın müharibədən öncə əldə etdiyi beş illik razılaşmaya görə, Rusiya Avropaya Ukraynanın boru kəməri sistemi ilə bəlli həcmdə qaz göndərməyə razılıq verib. Bu boru kəməri sistemi hələ hər iki ölkə SSRİ-nin tərkib hissəsi olduğu dövrdə yaradılıb. “Qazprom” bu qazın satışından pul qazanır, Ukraynaya isə tranzit ödəmələri çatır. Bu razılaşma cari ilin sonunadək sürəcək. Ukraynanın enerji naziri Qerman Qaluşşenko bildirib ki, Ukraynanın bu sazişi uzatmaq, yaxud əvəz etmək niyyəti yoxdur. Müharibədən öncə Rusiya boru kəmərləri vasitəsilə Avropanın təbii qaz ehtiyacının 40 faizə qədərini təchiz edirdi. Qaz dörd boru kəməri sistemi ilə nəql olunurdu. Onlardan biri Baltik dənizinin altından, ikincisi Belarus və Polşadan, üçüncüsü Ukraynadan keçirdi. Dördüncüsü isə Qara dənizin altından və Türkiyədən keçərək Bolqarıstana gedən “Turk axını” kəməri idi. Savaş başlayandan sonra Rusiya ödəmələrin rublla edilməsi ilə bağlı mübahisələri əsas gətirərək Baltik dənizi və Belarus-Polşa boru kəmərləri vasitəsilə axıdılan qazın çox hissəsini kəsib. Baltik kəməri sabotaj aktı nəticəsində partladılıb. Ancaq bu hücumun detalları hələ də tam aydınlaşdırılmayıb. Rusiyanın qaz axınını dayandırması Avropada enerji böhranı doğurub. Almaniya borularla deyil, gəmilərlə daşınan mayeləşdirilmiş təbii qazı idxal edə bilmək üçün üzən terminalların quraşdırlmasına milyardlarla avro xərcləməyə məcbur qalıb. Qiymətlər artdıqca istehlakçılar da daha çox qənaət etməyə başlayıblar. Yaranan boşluğu dolduran Norveç və ABŞ Avropada iki ən iri qaz təchizatçısına çevrilib. Rusiyanın qaz nəqlini dayandırmasını enerji şantajı kimi görən Avropa 2027-ci ilədək Rusiyadan qaz idxalını tam dayandırmaqla bağlı planlarını açıqlayıb.

Təbii qaz ixracından qazanılan pullar Rusiyanın dövlət büdcəsini dəstəkləyir və rublun gücləndirilməsinə kömək edir. Ancaq bununla yanaşı, Rusiya qazı heç vaxt yasaqlanmayıb. Bu, Avropanın keçmişdə və bəlli anlamda indi də Rusiya enerji qaynaqlarından nə dərəcədə asılı olduğunun bariz göstəricisidir. Sucadan keçən qaz nə dərəcədə önəmlidir? Avropanın qaz idxalının 3 faizə qədəri məzh buradan keçir. Ötən il bu göstərici təxminən 15 faiz idi. Enerji idxalatçısı olan və enerji qiymətlərinin artması nəticəsində yüksək inflyasiya ilə üzləşən Avropa narahatdır. Suca axını Avstriya, Slovakiya və Macarıstan üçün vacibdir. Bu axın olmasa, həmin ölkələr yeni təchizat mənbələri tapmağa məcbur qalacaq. Avropa İttifaqı 2027-ci ilədək Rusiya qazıntı yanacağının idxalına son qoymaq planı hazırlayıb. Ancaq son zamanlarda bu istiqamətdə irəliləyiş hamar olmayıb. Avstriya son iki ildə Rusiyadan qaz idxalını 80 faizdən 98 faizə qaldırıb. İtaliya birbaşa idxalı dayandırsa da, hələ də Avstriya vasitəsilə Rusiya qazını almaqdadır. Üstəlik, Avropa mayeləşdirilmiş qaz almağa davam edir. Mayeləşdirilmiş qaz ötənilki qaz ixracının 6 faizi qədərdir. Ticarət rəqəmləri bu ilin ilk yarısında Fransaya göndərilən mayeləşdirilmiş təbii qaz həcminin iki dəfədən çox artdığını göstərir. Avropa İttifaqı üzvü olan Rumıniya və Macarıstanın Rusiyadan qaz idxal edən Türkiyə ilə qaz sövdələşmələri var. Londonda Kral Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı tədqiqatçısı Armida van Riy deyir ki, Rusiya qazı Avropanın davam edən yüksək tələblərinə cavab vermək üçün Azərbaycan və Türkiyə vasitəsilə də ptürülə bilər.  O, bu zamana qədər Avropanın Rusiya qazından istifadəni azaltmaq cəhdlərini heyrətamiz: “Ancaq siyasi gerçəklik belədir ki, çoxu onsuz da yüksək inflyasiya və yaşayış xərcləri böhranı ilə üz-üzə qalan Avropa ölkələri üçün öz enerji təchizatlarını şaxələndirmək son dərəcə çətindir”. Bunun üçün isə indi əsas mənbələrdən biri qismində Azərbaycan qəbul olunur. Qeyd edildiyi kimi Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir. Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər. Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun dediyinə görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Bununla yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə də Azərbaycan qaz nəqlinin artırılması xüsusi diqqət mərkəzindədir. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031