Zurabişvili Gürcüstan hökumətini Rusiyaya qarşı ikinci cəbhəni açmağa çağırdı - Müharibə başlayandan 2-3 gün sonra...
“Salome Zurabişvili görüşlərdə açıq şəkildə bizi ikinci cəbhəyə çağırırdı”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zurabişvili ilə Ukraynanın yüksək rütbəli məmurları arasında dostluq onun üçün qətiyyən təəccüblü deyil.
“Təəssüf ki, Salome Zurabişvili də ikinci cəbhə ilə bağlı çağırışların eşidildiyi yerdədir. Mən Şalva Papuaşvili və mənim Salome Zurabişvili ilə görüşümüzü bir daha xatırlamaq istəyirəm. Müharibə başlayandan sonra ikinci və ya üçüncü gün idi, Salome Zurabişvili iclasa bu sözlərlə başladı: Baxıın, Zelenski qəhrəmandır, siz də belə qalın. Zurabişvilinin bizi hara çağırdığını başa düşmək çox asandır. Zurabişvili ilə konkret yüksək rütbəli ukraynalı məmurlar arasında dostluq mənim üçün qətiyyən təəccüblü deyil, Zurabişvili görüşlərdə bizi açıq şəkildə ikinci cəbhəyə çağırırdı”, – baş nazir bildirib.
TAHİR