Deputatlığa namizədlərin 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır...
Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınanların 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Onlar Səbail, M.Ə.Rəsulzadə, Nərimanov, Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, Binəqədi, Yasamal, Xocasən, Sumqayıt, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyələrindən namizədliklərini irəli sürüblər.
Bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-də parlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatında bildirilib.
Hesabatda göstərilir edilir ki, namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). Otuz namizəddən 13-ü qadın, 17-si isə kişidir.
ZÜMRÜD