Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçıb - GƏRGİNLİK
Şimali Koreya əsgəri ölkənin şərqində sərhədi keçərək Cənubi Koreyaya qaçıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) iddia edilən qərargah çavuşunun qaçdığını təsdiqləyib və müvafiq orqanlar araşdırmaya başlayıb. Bu barədə Yonhap” xəbər agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, hadisə bu gün, avqustun 20-də səhər saatlarında baş verib.
Cənubi Koreya hərbçiləri əsgəri iki Koreyanı ayıran demilitarizasiya zonasında hərbi demarkasiya xəttinin şimalında tapıblar. Həmin şəxs haqqında ətraflı məlumat verilmir. JCS əlavə edib ki, “Şimali Koreya ordusu tərəfindən hələlik qeyri-adi hərəkətlər qeydə alınmayıb”.
Mətləb