KÖHNƏ VERSİYA            

“300 min rus Azərbaycandan qovuldu” - Putin Bakıda ikən Rusiyadan Azərbaycana böhtan...

Image

Məhərrəm Zülfüqarlı: “Birincisi, bu cür absurd fikirlərin Putinin Bakıda olduğu zaman ortaya atılması bir təxribatdır, qaşınmayan yerdən qan çıxarmaqdır”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri erməniləri təşvişə saldığı kimi, bəzi rus politoloqlarını da narahat edib. Putin Bakıda olarkən, burada Azərbaycan-Rusiya dostluğu ilə bağlı bəyanatlar verərkən bəzi erməni başlılar öz təxribatlarından qalmayıblar. 

Belə ki,  rusiyalı politoloq Vadim Truxaçev sosial şəbəkələrdə həqiqətəuyğun olmayan fikirlər yazıb və aşkar şəkildə Azərbaycana böhtan atıb. 

Rusiyalı ekspert iddia edib ki, guya “Azərbaycan tarixi” dərsliklərində Rusiya düşmən kimi təqdim olunur. 

Görünür, Truxaçev bu böhtan dolu fikirləri Putinin səfəri öncəsi yazıbmış. O yazıb ki, Azərbaycanla danışıqlarda Rusiyanın dörd əsas mövzusu olmalıdır, qalanını Türkiyə ilə müzakirə etmək olar. 

Truxaçevin dörd absurd mövzusuna gəlincə, o, onları belə “təsvir edib”: 

“1) Azərbaycan etnik cinayətinin və Rusiyada azərbaycanlı mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin məhdudlaşdırılması; VBON, “boz canavar” və oxşar strukturların birgə örtüyü.

2) Azərbaycanın Ukraynaya yardımı, Şimal Hərbi Dairəsinin Azərbaycan mətbuatında işıqlandırılması, onun vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrində iştirakı və azərbaycanlıların Şimal Hərbi Dairəsinin iştirakçılarına hücumları.

3) Rusların və Dağıstan xalqlarının nümayəndələrinin Azərbaycandakı vəziyyəti; Azərbaycanın 1990-cı illərdə 300 min rusun zorakılıqla  qovulmasına görə məsuliyyəti öz üzərinə götürməsi.

4) Rusiya imperiyası və Sovet İttifaqının “düşmən”, “müstəmləkəçi”, “zalım” kimi təqdim edildiyi Azərbaycan tarixi dərsliklərinin məzmunu”.

Gördüyünüz kimi, bu dörd iddianın heç birinin əsası yoxdur və qətiyyən həqiqəti əks etdirmir. 

Rus politoloqun göstərdiyi bu “maddələrin” hamısı təhlükəlidir və birbaşa təxribatdır, böhtandır. Guya Rusyada etnik azərbaycanlılar “cinayətlə məşğul olur”, bu iddia edir ki, “etnik azərbaycanlıların cinayətlərinə son qoyulmalıdır”. Belə qələmə verir ki, guya Rusiyada yaşayan azərbaycanlıların hamısı cinayətkardır və sair. Eyni zamanda iddia edir ki, guya Azərbaycandan 300 min rus köçüb gedib. Bunlar hamısı absudrddur və Azərbaycanda ruslara, eləcə də başqa xalqlara münasibət çox yüksək səviyyədədir. Bu adam unudur ki,  Azərbaycanda 324 rus dilində tədris verən məktəb var,  orada 160 minə yaxın şagird təhsil alır. Bu faktın özü Azərbaycanda ruslara və rus dilinə münasibətin əyani təzahürüdür. Bu adam Moskvada oturub erməni başı ilə düşünüb, erməni ağzı ilə danışırsa, bu onun həm də öz dövlətinə xəyanətidir, Azərbaycan torpaqları uğrunda şəhid olan rusların ruhunu təhqir etməkdir. Azərbaycan burada yaşayan rusların da, başqa xalqların da vətənidir. 

Rusiyalı politoloq deyəsən Ermənistanla Azərbaycanın yerini səhv salıb, ya da qəsdən belə deyir ki, yeni təxribat toxumu əkib aranı qarışdırsın.

“O, 300 min rusun Azərbaycandan guya qovulması kimi saxta iddia ilə ölkəmizə qarşı düşmən mövqeyini ortaya qoyur”     

Siyasi şərhçi, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, rusiyalı politoloqun ortaya atdığı iddia bir təxribatdır. 

“Birincisi, bu cür absurd fikirlərin Putinin Bakıda olduğu zaman ortaya atılması bir təxribatdır, qaşınmayan yerdən qan çıxarmaqdır. Belələrinin məqsədi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaqdır. Əlbəttə, ermənilər kimi, bəzi ermənipərəst ruslar da iki ölkə arasında müsbət münasibətlərə paxıllıqla yanaşırlar. Bu, eyni zamanda da etik normalara uyğun deyil. Yəni bunu hansı politoloq yazıbsa, demək bunun etik problemləri var, etik normalardan xəbərsizdir. İkincisi, yəqin ki, Truxaçev bunu ayıq başla yazmayıb. Tarixçi, politoloq alternativ tarix kitablarını, alternativ yazıları da oxumalıdır. Sovet dövründən, ondan əvvəl Çar Rusiyası zamanından saxtalaşdırılmış tarixi beyninə yükləyib imperiya ambisiyası ilə çıxış etməməlidir. XXI əsrin normal rus politoloqu artıq Çar Rusiyasının, Sovet dövlətinin siyasətindən nəticə çıxarmalı idi. Necə ki, indiki Almaniya faşist Almaniyasının hərəkətlərinə görə üzr istəyib yəhudilərə təzminat ödəyir, bu da Çar Rusiyanının və Sovetlərin müstəmləkəsi olan xalqlardan üzr istəməlidir. Normal politoloq bu cür davranmalıdır. Amma bunda əksinədir. İmperiya siyasəti, imperiya ambissiyası ilə elə bil ki, yüz il geri qalan bir iddia irəli sürür. Sizə bir faktı deyim, Gülüstan müqaviləsinin 150 illiyi münasibətilə Moskvanın göstərişi ilə Azərbaycanda tədbir keçirilmişdi, orada ovaxtkı Ali Sovetin sədri də gəlib çıxış etmişdi. Qeyd etmişdilər ki, Gülüstan müqaviləsinə görə, guya Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunmayıb, könüllü şəkildə Rusiyanın tərkibinə daxil olub. Buna qarşı da o vaxt mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazdı, Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əlyarlı kimi tarixçilər buna etiraz etdilər. Buna əgər bizim görkəmli tarixçilərimiz Sovet dövründə, keçən əsrin 60-cı illərində etiraz ediblərsə, indi bu başdan xarab deyir ki, Azərbaycan tarixi dərsliklərindən işğal sözü götürülməlidir. Bu adam siyasi cəhətdən o qədər kor bir politoloqdur ki, gerçəyi dilə gətirmək istəmir. Hətta rus tarixçiləri özləri  İvan Qroznı dövründə Volqaboyu ərazilərin, Sibirin tutulmasını işğal adlandırıblar. Sadəcə olaraq, rus tarixçilərinin bir səhvi var, işğal adlandırsalar da, deyirlər ki, Rusiya bu işğalla həmin ərazilərə mədəniyyət, xalqlara xoşbəxtlik gətirib. Belə qələmə verirlər. Sovet dövrü qapalı bir rejim idi. Bunu başa düşürük. İndi XXI əsrdir, hər şey açıqdır, sosial şəbəkələr, informasiya resursları var. Belə bir vəziyyətdə imperiya şüuru ilə çıxış etmək, mənə elə gəlir ki, normal politoloqa yaraşmayan bir məsələsdir. Hesab edirəm ki, Truxaçevin hansısa problemi var. 

Konkert gələk onun irəli sürdüyü iddialara. Bu yazır kj, guya Rusiyada etnik azərbaycanlılar cinayətlə məşğul olurlar və sair. Birincisi, belə bir hal yoxdur. Digər tərəfdən də, Rusiyada “başı qırxıqlar”, skinhedlər Qafqazdan gələnlərə qarşı tez-tez reydlər keçirirlər, bazarlara girib mallarını dağıdır, özlərini də dəyənəklə döyürlər. Buna da rus polisi göz yumur. Truxaçevin bir balaca düşüncəsi olsaydı bu məsələyə münasibət bildirərdi. Yəni azərbaycanlılar ora bir tikə çörək qazanmağa gediblər və orada işləyib Rusiyaya da fayda verirlər. Bu adam buna görə azərbaycanlılara təşəkkür etmək əvəzinə belə ağılsız tezislər irəli sürür.  

Onun ikinci iddiası Azərbaycanın Ukraynaya dəstəyi ilə bağlıdır. Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsinə o başqa cür don geydirməyə çalışır, buna düşməncəsinə  yanaşır. Biz Ukrayna xalqına humanitar dəstək göstəririk və burada mənfi bir hal yoxdur. Azərbaycan müstəqil dövlətdir və onun öz siyasəti var. Yəni biz müstəmləkə deyilik, asılı ölkə deyilik, Azərbaycan Qafqazın ən güclü dövlətidir, sənin də ölkənin prezidenti bura qonaq gəlib. Belə olduğu halda bu ağılsız politoloq bizə qarşı qarayaxma aparır.    

Qaldı ki, azərbaycanlıların müharibəyə getməsi iddiasına, bu adam belə qəhrəmandırsa, onda Rusiyanın müharibə ilə bağlı qəbul etdiyi qərarları ləğv etdirsin, görsün Rusiya vətəndaşları bu barədə nə düşünür. Onsuz da bu müharibədə ölənlərin əsas hissəsi ruslar yox, etnik, milli azlıqlardır. Bunlar da narazılıq doğurur və etirazlar zor gücünə yatırılır. Sən bu məsələləri qoyub birbaşa Azərbaycana hücum edirsən, bu da sənin ermənipərəstliyindən irəli gəlir”.

M.Zülfüqarlının sözlərinə görə, onun Azərbaycanda rusların və Dağıstan xalqlarının vəziyyəti ilə bağlı irəli sürdüyü iddialar da absurddur. “Çünki Azərbaycanda heç zaman etnik problem olmayıb. Hətta milli azlıqlara əhalinin əsas hissəsini təşkil edən Azərbaycan türklərindən qat-qat üstünlüklər verilib. Bu adam görün tarixdən nə qədər xəbərsizdir ki, Şamil hərəkatını belə qeyd etmir. Şeyx Şamilin başçılığı altında Çar Rusiyasına qarşı baş verən üsyanlar, Çeçenistanda azadlıq müharibəsi onu göstərir ki, Dağıstan xalqları Rusiyadan ayrılmaq istəyirlər, imperiya siyasətinin əleyhinədirlər. Bu poiltoloqun hüquqları pozulan Dağıstan xalqlarının hüquqlarını müdafiə etməyə cürəti çatmır, bunun əvəzində Azərbaycana şər atır. Azərbaycanda tolerantlıq hökm sürür, milli azlıqların hüquqları tamamilə təmin olunur. 300 min rusun Azərbaycandan köçüb getməsi barədə dedikləri də, təbii ki, yalandır. Görəsən, bu politoloq bu rəqəmi hardan alıb? Azərbaycanda heç bir vaxt hansısa xalqa qarşı zorakılıq olmayıb və heç kəs burdan qovulmayıb. Ruslara və digər xalqlara qarşı heç bir ayrıseçkiliyə yol verilməyib. Vadim Truxaçevin 300 min rus barədə dedikləri də tamamilə cəfəngiyyatdır, Azərbaycanda bu gün də ruslar kütləvi şəkildə yaşayırlar, heç bir problemlə üzləşmirlər. Truxaçev tamamilə erməni ağzı ilə danışır. O, 300 min rusun Azərbaycandan guya qovulması kimi saxta iddia ilə ölkəmizə qarşı düşmən mövqeyini ortaya qoyur. 20 yanvar faciəsi ərəfəsində biz guya  300 min rusu burdan qovmuşuq. Bu çox təxribatçı fikirdir. Bu yerdə deyirlər ki, adımı sənə qoyum, səni yana-yana qoyum. Təbii ki, deyilənlərin hamısı cəfəngiyatdır”.

Azərbaycan tarixi dərslikləri ilə bağlı iddialara gəlincə, professor Zülfüqarlı bunu da absurd adlandırır. M.Zülfüqarlının sözlərinə görə, yeni dövrdə Azərbaycan tarixi tamam real faktlar əsasında yazılır, ağa ağ, qaraya qara deyirik. O hesab edir ki, Çar Rusiyanın və Sovetlərin Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasətinin bu gün tarix kitablarında əks olunması  Vadim Truxaçevi narahat etməməlidir, o, bu imperiya siyasətindən utanmalıdır. IX əsrdə Kiyev Rus dövləti yaranandan işğalçılıq siyasəti həyata keçirdiyini deyən M.Zülfüqarlı bildirdi ki, bu, Azərbaycandan da yan keçməyib. O, bu  faktın tariximizdə əks olunduğunu bildirdi. M.Zülfüqarlının sözlərinə görə, Truxaçev müasir Rusiya barədə düşünmək əvəzinə Çar Rusiyanın və Sovetlərin imperiya siyasətini dəstəkləyir. “Truxaçev qəsdən təxribat xarakterli iddialar ortaya qoyub ki, buna da hər bir Azərbaycan tarixçisi cavab verməyə borcludur. Çar Rusiyası və Sovet hökuməti tərəfindən saxtalaşdırılmış tariximizi yeni-yeni saxtalaşırmadan xilas edə bilirik, obyektiv tariximizi ortaya qoyuruq. Bu da Truxaçev kimi savadsız politoloqları narahat edir və onlar bu cür səsrsəmləmələrə yol verir. Bunun  Putinin Azərbaycanda olduğu vaxtda ortaya atılması ilk növbədə Putinin özünə hörmətsizlikdir. Bu mdəəniyyətsizlikdir, tarixi bilməməzlikdir. Buna layiqli cavab verməyin tam yeridir”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031