KÖHNƏ VERSİYA            

İran-Ermənistan münasibətlərində hələ belə kritik durum olmamışdı...

Image

İran ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır: “Lakin biz ABŞ-ın regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”. 

Bu məlumat İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti tərəfindən də yayımlanıb. 

Beləliklə, İran da artıq açıq şəkildə Qərbin, xüsusən ABŞ-ın Ermənistanda mövqelərini müxtəlif istiqamətlərdə, o cümlədən hərbi müstəvidə möhkəmləndirməsindən ciddi narazılığını ifadə edir. Bu günlərdə isə Ermənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb.  Məlumatı yayan “caliber” saytı daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və “Boinq C-17”nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı. Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib. Xatırladaq ki, avqustun 2 və 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Ermənistanın “Zvartnots” hava limanına enib. Eyni zamanda “Boeing C-17” hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi alətlərin daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib. Azərbaycan və İranla sərhəddə yerləşdirilən şəxsi heyət diqqət çəkməmək üçün diqqətlə seçilib. Belə ki, onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları, həmçinin slavyan və postsovet ölkələrindən ABŞ-a köçmüş qafqazlı olub. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin hərbi geyimi ilə təchiz olunub və Ermənistan Silahlı Qüvvələrinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib. O da bildirilir ki, ABŞ təyyarəsi Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanı vasitəsilə Ermənistan ərazisinə daxil olub. Rus sərhədçilərinin geri çəkildiyi “Zvartnots”da bu Amerika hərbi daşıyıcısından silah və ABŞ hərbçiləri olan üç konteyner boşaldılıb və sonrakı yerləşdirmə yerinə göndərilib.  Xatırladaq ki, bu günlərdə Türkiyənin “Milliyet” qəzeti də ABŞ-ın Ermənistandakı hərbi mövcudluğu mövzusunda geniş məqalə dərc edib. “ABŞ odla oynayır! Amerikalılar Azərbaycanın radarındadır, Ermənistanda əlavə qoşunlar” sərlövhəli məqalədə “Eagle Partner” təlimlərinin başa çatmasına baxmayaraq, Amerika hərbçilərinin Ermənistanda qalması ilə bağlı Azərbaycan mətbuatında yayılan xəbərlərə diqqət çəkilir. Türkiyə qəzeti yazır: “Birləşmiş Ştatlar hərbi qulluqçularının hamısını Ermənistandan çıxarmayıb, onları gizli şəkildə Zəngəzur rayonuna yerləşdirib. Amerika tərəfinin hərəkətləri ilə bağlı iddialar qəzəb fırtınasına səbəb olub. Azərbaycan mediası Vaşinqtonu regionda qüvvələr balansını dəyişməyə çalışmaqda ittiham edib”. Nəşr diqqəti 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış və Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalından azad edilməsi ilə nəticələnən yeni reallıqlara yönəldib. Məqalədə xatırladılıb ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusu cəmi 24 saat ərzində işğalçıları məğlubiyyətlə barışmağa məcbur edib. “Milliyet” qəzeti daha sonra İrəvan ilə Moskva arasında münasibətlərdəki gərginliyin Rusiya hərbçilərinin Ermənistandakı dislokasiya yerində etirazlara səbəb olmasından yazıb. Məqalə müəllifi qeyd edib ki, Nikol Paşinyan hökumətinin müttəfiqləri olan ABŞ və Fransa Azərbaycanın Qələbəsindən narahat olduqlarını gizlətmirlər: “2023-cü ilin payızında bir qrup amerikalı hərbçi “Eagle Partner” təlimlərində iştirak etmək bəhanəsi ilə ilk dəfə Ermənistana gəlib. Bu, gözlənildiyi kimi, Moskvanın mənfi reaksiyasına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi İrəvana açıq şəkildə NATO ilə yaxınlaşmanın yolverilməzliyi barədə xəbərdarlıq edib”.

Türkiyə nəşri qeyd edir ki, ABŞ hərbçiləri 2024-cü ilin iyulunda yenidən birgə təlimlər bəhanəsi ilə Ermənistanda peyda olublar.  Eyni zamanda, Pentaqonun saytında Amerika hərbçilərinin “Eagle Partner” çərçivəsində erməni əsgərlərinə təlim keçməsi və iki ölkənin bayraqları fonunda poz verməsi barədə onlarla fotoşəkil yerləşdirilib. Azərbaycan mətbuatı ABŞ-ın, bu ilin iyulunda təlimləri başa vurmasına baxmayaraq, Ermənistandan hərbçiləri çıxarmadığını, onları strateji əhəmiyyətli Zəngəzur rayonunda yerləşdirdiyini yazıb”. “Milliyet” Azərbaycan mətbuatında dərc olunmuş xəbərlərə istinadla qeyd edib ki, “Eagle Partner” təlimləri başa çatdıqdan sonra Amerika hərbi-nəqliyyat təyyarəsi “Zvartnots” hava limanına eniş edib: “Amerika ordusunun Cənubi Qafqazda görünməsi təsadüfi deyil. ABŞ-ın İrəvandakı səfirliyi birgə təlimlərin başa çatdığını rəsmən elan etsə də, ABŞ hərbi-nəqliyyat təyyarələrinin İrəvana çatdırdığı yüklər çoxsaylı suallar doğurur”. Məqalədə, həmçinin göstərilir ki, Amerika hərbçilərinin İran sərhədləri yaxınlığında peyda olması Tehranı ciddi seçim qarşısında qoyub. Hələlik isə Fransanın, Hindistanın, Avropa Sülh Fondunun və ya ABŞ-ın dəstəyindən asılı olmayaraq, Ernənistanın hərbiləşdirmə siyasətinin davam etdirilməsi qaçılmaz olaraq ciddi nəticələrə gətirib çıxaracaq. Bununla bağlı prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər : “Əgər biz Ermənistana verilən silahların kritik həddə çatdığını görsək, o zaman bizdən heç kim inciməsin, bizim nəyə qadir olduğumuzu hamı bilir. Ordumuz buna qadirdir və iradəmiz nə qədər güclüdürsə, heç kim bizə qarşı dura bilməz”. Azərbaycanla yanaşı, Rusiya və İran da proseslərin inkişafından narazıdır. Bu səbəbdən Ermənistan Qərbin əlində vasitə olaraq qalmaqda davam edərsə, bu ölkəni ciddi problemlər gözləyir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031