Rusiya XİN-dən Türkiyəyə çağırış - Ukraynaya silah verməyin...
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiçlə görüşündə Qərb silahlarının Kiyevə göndərilməsinin yolverilməzliyi ilə bağlı Moskvanın mövqeyini yenidən təkrarlayıb.
Rusiya XİN-in açıqlamasına görə, nazir müavini Türkiyəni “kollektiv Qərbin bu cür dağıdıcı siyasətində” iştirakdan imtina etməyə çağırıb.
Xəbəri “Xarici İşlər Nazirliyi Türkiyədən Ukraynaya silah verməməyi xahiş etdi” başlığı ilə yayan RBC, fevralın 9-da Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhovun Ankaranın Ukraynaya silah tədarükünü davam etdirdiyini bildirdiyini xatırladıb.
TAHİR