Parisə yola düşəcək parataekvondoçularımızla görüş keçirilib
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq parataekvondo üzrə milli komanda ilə görüş olub. Görüşdə ATF-in vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziyaçıların son durumu ilə maraqlanıb, onlara Fransa paytaxtında uğurlar arzulayıblar.
Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib. Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, Paralimpiadadan gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyi və federasiyanın onlar üçün bütün lazımı şəraiti yaratdığını vurğulayıb. Parateekvondoçular da Oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacağını deyiblər.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollacanaqlar.
İradə SARIYEVA